İSİLİ, İSİSİZ DÜNYA...

İsi Məlikzadə- 80

 

 Eh, İsi, İsi..Son dəfə sizi Televiziya və Radio Şirkətinin həyətində gördüm. 1995-ji ilin gözəl bir may günüydü. Siz rəngi ağarmış halda, bir ağaja söykənmişdiniz, halsızlığınız üzünüzdən bilinirdi. Yaxınlaşdım, salam verdim, sizi o halətdə görüb dedim ki, İsi müəllim, nəsə kömək lazımdırmı? Dedin ki, yox, Mövludun yanına gedirəm, bir az qonorarım var.

Üç gündən sonra isə televiziyadan o ajı xəbəri eşitdim: görkəmli yazıçı İsi Məlikzadı dünyasını dəyişmişdir.

Yeddi gündən sonra isə sizin dostunuz, gözəl şair İsa İsmayılzadə ilə birgə Ağjabədiyə gəldik, şəhər qəbristanlığında məzarınızı ziyarət etdik. İsa İsmayılzadə orda, o məzar başında bir söz dedi mənə: "İsi janını qurtardı bu dünyadan".Sonra da bir ah çəkdi.

İki ildən sonra İsa İsmayılzadənin özü 57 yaşında "janını qurtardı bu dünyadan". Amma dünyanın nə İsiylə, nə də İsayla davası vardı. Dünya öz işindəydi. İsinin, İsanın Dünya dedikləri isə yaşadıqları mühit idi, insanlar idi, Bakı idi, Qarayazı idi, Ağjabədi idi, kinostudiya idi, "Azərbayjan" curnalı idi, Yazıçılar İttifaqıydıg

İsi Məlikzadə 61 il yaşadı. 1may 1934-jü ildə Ağjabədi şəhərində Abbas kişinin ailəsində dünyaya gəldi, 12 may 1995-ji ildə, Bakıda vəfat etdi. Mən heç güman eləmirəm ki, İsi Məlikzadə 80 yaşına qədər gəlib çıxar, yubileyində özü iştirak edərdi. Son ayları xəstə idi, taqəti yox idi. Deyirlər ki, Ağjabədidən deputat seçilə bilmədiyinə görə yaman sarsılmışdı. Ola bilər. Çünki o, zahirən sakit və təmkinli olsa da, emosional adam idi. Bu jür adamlar hər şeyi ürəyinə çəkir və bir də görürsən, elə ürəyindən də gedirlər. Amma İsinin bir özünəməxsus jəhəti də vardı, o adamları qəşş edinjəyə qədər güldürə bilirdi, yazıçılarla bağlı özünün quraşdırdığı lətifələri külli-aləmdə məşhur idi. O güldürürdü, amma özü gülmürdü.

Doğrudan da, illər boyu üzünə-gözünə öyrəşdiyin, dostluq etdiyin, ya da bir yerdə çalışdığın bir insanı itirəndə özünə gələ bilmirsən. İsi Məlikzadə "Azərbayjan" curnalında əvvəljə nəsr, sonralar publisistika şöbəsinin müdiri işləyib. Nəsr şöbəsində işləyərkən onun nejə jiddi, tələbkar, həm də səliqəli bir redaktor oluğunun şahidiyəm. İxtisası qaz mühəndisi olsa da, İsi Məlikzadə Azərbayjan ədəbi dilini injəliklərinəjən bilirdi. Onun istənilən bir nəsr əsərini bu niyyətlə izləyin, səlis, rəvan jümlələr, ifadələr, sözlər axınına düşəjəksiniz, xalq ruhunun, el nəfəsinin bu əsərlərdə rayihəsini hiss edəjəksiniz. Həm də İsiyə məxsus injə, zərif bir yumor da sizi müşayiət edəjək.

İsi Məlikzadə sözün əsl mənasında görkəmli yazıçı idi. Bu "görkəmli" sözünü indi çox yazıçının adının qarşısında işlədirlər. Layiq oldu-olmadı. Mənjə, həmin sözü ədəbiyyatda-sağdımı, öldümü, fərqi yoxdur- o yazıçıya yaraşdırmaq olar ki, onun yaratdığı əsərlər illər keçdikjə öz bədii təravətini itirməsin, hər yeni nəsil üçün o əsərlər təzədən "doğulsun". Bu gün "görkəmli yazıçı" mərtəbəsinə yüksəldilən, zorla, şişirdilərək üfürülən o kəslərə üzümü tutub deyirəm: "Siz heç "Küçələrə su səpmişəm" ya "Quyu" kimi bir əsər yaza bilərsinizmi? Yaza bilməzsiniz, onda gedin İsi Məlikzadənin "Dədə palıd", "Gümüşgöl əfsanəsi", "Qırmızı şeytan" povestlərini də oxuyun, onlardan nejə yazmağın, konflikt və xarakter yaratmağın sirlərini öyrənin.."

İsi Məlikzadəni ədəbiyyatın çətin, bir az mürəkkəb, bir az da dolanbaj yollarından keçə-keçə, sonra təsdiqlənən, etiraf olunan və görkəmli yazıçı səviyyəsinə elə sağlığında yetişən bir yazıçı kimi səjiyyələndirmək olar. O öz yaradıjılığı ilə sübut elədi ki, əsl ədəbiyyat adamı birdən-birə yetişmir, nejə deyərlər, göydən zənbillə düşmür..əsl ədəbiyyat adamı şöhrət üçün, titul üçün gəlmir sənətəgo, sadəjə yazmaya bilmirgTanrı bəlkə də belə adamları özü qabaqjadan seçir, ayırır..

Onun ilk hekayələri və povestləri keçən əsrin altmışınjı illərinin həyat həqiqətlərini əks etdirirdi. O hekayə və povestlərin qəhrəmanları da elə İsi yaşında ya da ondan javan idilər. "Evin kişisi" povestindəki milisioner Qaçay, "İki günün qonağı"ndakı İslam, "Kövrək qanadlar"dakı, "Qartal yuvası"ndakı, "Sağlıq olsun"dakı obrazlar..hamısı javan idi. Və bu javanlar bir balaja qəsəbədə ya bir rayon mərkəzində, ya da kənddə-kəsəkdə yaşayırdılar. Onlar sosrealizmin tələbiylə yanaşsaq, "müsbət qəhrəman" deyildilər. Və buna görə də, bəzi tənqidçilər İsini tənqid edirdilər ki, niyə bu obrazları passiv verir. Onlar niyə sözdən işə, etirazdan mübarizəyə keçmirlər? Nə olsun ki, bu obrazlar mənən təmizdirlər, safdırlar?

Amma zaman dəyişmişdi, altmışınjı illərdə stereotiplərdən, şablonlardan fərqli bir ədəbiyyat yaranırdı və İsi Məlikzadə də o ədəbiyyatı yaradanlardan biri idi. Onlara sonralar "altmışınjılar" deyəjəkdilər.

Əlbəttə, İsi Məlikzadə yaradıjılığından söz açan müəlliflər onun yaradıjılıq yolunu mərhələlərə də ayırıblar. Bu da təbiidir. Mən belə düşünürəm ki, İsi Məlikzadənin yaradıjılığının birinji dövrü önjə adını çəkdiyim povestləri ilə bitir. İkinji dövrü isə "Küçələrə su səpmişəm" povesti ilə başlayır. Bu povestdə İsi Məlikzadə artıq o "kövrək qanadlar"dan fərqli yeni bir qəhrəman tipini oxujulara təqdim edir. Artıq həyatı dərk edən, çətinlikdən, əzablardan, maddi və mənəvi sıxıntılardan keçərək formalaşan bir insanla üzləşirik.

Və bu povestdən sonra İsi Məlikzadənin yaradıjılıq baharı gəlir. "Yaşıl gejə", "Günəşli payız", "Quyu", "Dədə palıd", "Gümüşgöl əfsanəsi" kimi şedevr povestlər yaranır. İsi Məlikzadə Anar, Elçin, Maqsud İbrahimbəyov, Əkrəm Əylisli, Sabir Azəri kimi yaşıdları ilə bir sırada müasir Azərbayjan povestinin təqdirəlayiq nümunələrini yaradır. Qətiyyətlə demək olar ki, Azərbayjan povesti də özünün baharını keçən əsrin 70-80-ji illərində yaşadı.

İsi Məlikzadənin "Quyu" povesti o zaman ədəbi aləmdə çoz yaxşı qarşılandı. Elçin "Quyu müəllifinə məktub" yazdı.

"Quyu" gSizin yaradıjılığınızdakı inkişafı, bədii-estetik kamilliyə doğru keyfiyyət dəyişikliyini əyani şəkildə göstərir, çünki Sizin bu əsərinizdən danışmaq-öz canrında müasir Azərbayjan ədəbiyyatının yaxşı nümunələrindən biri haqda söhbət açmaqdır.

Sizin əsas yaradıjılıq qələbəniz mənjə, ondadır ki, hamımızın yaxşı bələd olduğu, yaxşı tanıdığı hisslərə, duyğulara, ijtimai və əxlaqi qaydalara yeni gözlə baxa bilmisiniz və buna görə də Umudların aqibətini kəşf etmisiniz; Siz quraşdırmamısınız, malalamamısınız və buna görə də Umudların sütül kişilik həvəsinə, təmizliyə, mənəvi paklığa doğru hələ sövq-təbii meylinə qazılan quyunun qaranlığını, xofunu, çirkabını, sosioloci-etik eybəjərliyini göstərə bilmisiniz".

İsi Məlikzadənin adını çəkdiyimiz bu povestlərində jəmiyyətin pozulmamış, əxlaqi jəhətdən saf, büllür insanları ilə eybəjər mühit arasında mübarizə təsvir edilir və o saf, büllür insanlar bu mübarizədə real baxımdan məğlub olsalar da, istəklərinə yetməsələr də, bir təmizlik etalonu, simvolu kimi həyatdan ədəbiyyata gəlirlər. Ədəbiyyat bu qəhrəmanların simasında özü də saflaşır, durulaşır. Qabaqjadan planlaşdırılmış "müsbət" qəhrəmanlardansa, taleyi dolanbajlardan, mürəkkəb dolaylardan keçən obrazlar yaratmaq, onları "boyaların qatışığında" təsvir etmək "altmışınjılar"ın sənət prinsipi idi.

Burada yerinə düşər deyim ki, İsi Məlikzadə XX əsr Azərbayjan nəsrində KƏNDi təsvir edən, onu bütün reallıqları ilə, ijtmiai-mənəvi prizmalardan janlandıran yazıçılardan idi. Deyək ki, Süleyman Rəhimov və Əbülhəsən Ələkbərzadə Azərbayjan kəndinin bütöv mənzərəsini epik planda janlandırmağa səy göstərmişdilərsə də, Əli Vəliyev kəndin zəngin folklor aləmini, ağbirçəkli-ağsaqqallı dünyasını, İlyas Əfəndiyev romantik aləmini, Sabir Əhmədli dramatizmlə dolu ijtimai həyatını və sosialist həyat tərzinin naqisliklərini, İsa Hüseynov müharibə dövrü və müharibədən sonrakı Azərbayjan kəndinin fajiəli məqamlarını, Əkrəm Əylisli şeriyyət dolu nağılvari dünyasını. Mövlud Süleymanlı köçəri elat dünyasını, mifik aləminigədəbiyyata gətirmişlərsə, İsi Məlikzadə o kəndin, yaxud balaja bir qəsəbənin və rayon mərkəzinin adi insanlarını təsvir edirdi. Bu əsərləri oxuyanda ən əvvəl qarşında o kəndin təbiət mənzərələri ("Dədə palıd", "Yaşıl gejə") janlanır, sonra təbiətin özü qədər saf, təbii insanları səni özünə jəlb edir və sonra da bu insanları bədbəxtliyə, uğursuzluğa düçar etmək istəyən mühitlə tanış olursan.

İsi Məlikzadə ömrünün son illərində "Qırmızı şeytan" və "Dolaşaların novruz bayramı" povestlərini qələmə alır. "Qırmızı şeytan"da Azərbayjanın XI Qızıl Ordu tərəfindən istilası ilə 20 Yanvar fajiəsi arasında paralel müqayisələr aparılır və ijtimai-siyasi zorakılığın nələr törətdiyi fajiələr janlandırılır. "Dolaşaların novruz bayramı"nda isə yetimxana uşaqları, onların taleyi bədii lövhələrlə təqdim edilir.

İsinin bir neçə əsəri əsasında ("Gümüşgöl əfsanəsi", "Küçələrə su səpmişəm", "Dolaşaların novruz bayramı") bədii filmlər də çəkilib. "Qatarda" hekayəsi əsasında çəkilən televiziya filmi el il olmasın ki, bir neçə dəfə nümayiş etdirilməsin.

Bu balaja yazının sonunda bir də son dəfə gördüym, Televiziya və Radio Şirkətinin həyətində bir ağaja söykənib halsız dayanan İsi Məlikzadəni xatırladım. İndi düşünürəm ki, o Ağaj Dünya imiş və görkəmli Azərbayjan yazıçısı İsi Məlikzadə bu dünya ilə vidalaşırmış..

Eh..İsi,..İsi..

 

VAQİF YUSİFLİ

Ədalət.-2014.-13 may.-S.7.