BU DÜNYADA
YAXŞILIQLAR QALACAQ
MÜBARİZ
Milli Qəhrəmanımız Mübariz İbrahimova
O mənfur düşmənin başının üstə,
O gecə şimşək tək çaxdı Mübariz!
O gün daş qoymadı daşının üstə,
Düşməni odlara yaxdı Mübariz!
"Biz şəhid olsaq da, sağ olsun Vətən",-
Deyib irəliyə şığıdı birdən.
Düşmənin üstünə gör neçə yerdən,
Güllə tək, mərmi tək yağdı Mübariz!
Göz aça bilmədi o gecə yağı,
Gördü qisasımı intiqam çağı.
Şəhidlər qanına batan bayrağı
Əsir torpaqlara taxdı Mübariz!
Türk oğlu dünyanı saldı heyrətə,
Vicdanı yatmışlar gəldi qeyrətə.
Vətən səmasından əbədiyyətə
Parlaq ulduz kimi axdı Mübariz!
Yaralı torpağı anası sandı,
Səməndər quşu tək Vətənçün yandı.
Düşmən qarşısında mətin dayandı,
Yenə səngərdədi, sağdı Mübariz!
TƏKİ VƏTƏN
YAŞASIN
Qarabağ döyüşlərində
əlil olmuş igidlərimizə
Siz- düşmən bağrına
sancılan bir ox,
Siz- elin dayağı, yurdun sipəri.
Biz sizi tanıda bilməmişik, yox,
Siz
Allah, əfv edin biz şairləri!
Mən düşkün görmədim
sizi heç vədə,
Qolunu, qıçını
itirən də var.
Döyüşdən dönəndə
öz bədənində
Güllə qəlpələri gətirən
də var.
Siz ey sinəsini sipər edənlər,
Ölümün üstünə mərd tək gedənlər.
Sarsılmaz dəyanət gördüm
mən sizdə,
Yarı
canınızı itirsəniz
də!
Sağkən qiymətiniz verilməlidi,-
Qoy sizə qəhrəman adını verək!
Sizə
söz çələngi
hörülməlidir,
Sağkən heykəliniz qoyulsun
gərək!
Heç
nə qıra bilməz inadınızı,
Bir gün xoş müjdəni tarixə yazın.
Siz qurban verdiniz həyatınızı,
Təki
yurd yaşasın, Vətən yaşasın!
Qələbə eşqi var dağ köksünüzdə,
Siz yenə keşikdə durmusuz ayıq,
Döyüşə gedəndə başımız üstə
Biz sizi bayraq tək
qaldırmalıyıq!
BU DÜNYADA YAXŞILIQLAR QALACAQ
Qoyma gözdən kor qoyula bulağı,
Qoyma sına
qar altında budağı.
Yerdən
qaldır o yıxılan
uşağı,-
Bu dünyada yaxşılıqlar
qalacaq.
Vaxtsız gələn qonağa
da süfrə aç,
Yol gəlibdi,
ya yorğundu, ya da ac.
Bəlkə onu gətiribdi ehtiyac,
Bu dünyada yaxşılıqlar
qalacaq.
Bir cüt oğlum mənim bir cüt qalamdı,
Məndən sonra ocağımda qalandı.
Var-dövlət də, imarət
də yalandı,
Bu dünyada yaxşılıqlar
qalacaq.
Öz gözündən bulananlar
durulmaz,
Yad bağına
daş atanlar yorulmaz.
Qoy atsınlar, haqq nazilər, qırılmaz,
Bu dünyada yaxşılıqlar
qalacaq.
Sıxlaşsa da başın üstə dumanlar,
Düz çıxsa
da ürəyinə damanlar.
Yaxşılıq et, qoy utansın yamanlar,
Bu dünyada yaxşılıqlar
qalacaq.
Atam oğlu, yamanlığı
qoy yerə,
Tövbə elə, get alnını döy yerə.
Biz ki, ömrü yaşayırıq bir kərə,
Bu dünyada yaxşılıqlar
qalacaq.
Öz qınından sıyrılıbdır
bizi vaxt,
Haqq uğrunda
savaşdayıq baxta-baxt.
Aç
gözünü bu dünyaya yaxşı bax,-
Bu dünyada yaxşılıqlar
qalacaq.
QARABAĞ
HEY...
Sarılıbdı Qarabağım,
Yarılıbdı qara bağrım.
Ha çağırım, ha bağırım,
Qarabağ hey!..
İçimizdən yandırılan,
Atəşkəslə "dondurulan",
Ər qüruru sındırılan,
Qarabağ hey!..
Baxmadıq ölüb-itənə,
Qapı açdıq hər yetənə.
Sahib çıxmadıq Vətənə,
Qarabağ hey!..
Ağdam,
Şuşa, Laçın darda,
Oğlum, qızım, bacım darda.
Vətən olmaz çadırlardan!-
Qarabağ hey!..
Köksü talan, özü
nalan,
Əlləri qoynunda qalan.
Ayaq altda tapdalanan,
Qarabağ hey!..
Göz görəsi itirib biz,
Evimizdə oturub biz.
Uzaqlarda
gəzdiyimiz,
Qarabağ hey!..
Gözləyirik hansı ölkə,
Gəlib bizə verər "kökə".
Dözdüyümüz bəsdi bəlkə?-
Qarabağ hey!..
Hara tutduq üzümüzü,
Aldatdılar özümüzü.
Deməliyik sözümüzü,
Qarabağ hey!..
Qisas qalmasın sabaha,
Silaha sarılıb daha
Hayqıralım:
-Gəlirik ha...
Qarabağ hey!..
Qarabağ hey!..
QOYMADI DÜNYA
Dayanıb kənardan özümə
baxdım,
Gördüm mən deyiləm, daralıb vaxtım.
Bir şair ömrünü yaşayacaqdım,
Məni yaşamağa qoymadı dünya.
Mənim
tapındığım öz
dünyam vardı,
Müqəddəs sandığım söz
dünyam vardı,
Halal dünyam vardı, düz dünyam vardı,
Məni yaşamağa qoymadı dünya.
Hər gün bir sualla
kəsdi qarşımı,
Hər gün bir yalanla qatdı
başımı.
Ömür sarayımdan sökdü
daşımı,
Məni yaşamağa qoymadı dünya.
Dərdini kim çəkdi qəlbi çat oldu,
Özgə damaqlarda şirin dad oldu.
Mənə ögey oldu, mənə yad oldu,
Məni yaşamağa qoymadı dünya.
Mən onu saxladım qolumun üstə,
O ilan çıxartdı yolumun üstə.
Elə bil dayanıb mənimlə qəsdə,
Məni yaşamağa qoymadı dünya.
Arxamca daş atdı namərd əliylə,
Qəlbimi qanatdı nadan diliylə.
Özündən bezdirdi fitnə-feliylə,
Məni yaşamağa qoymadı dünya.
Əcəl kəməndini yaxşıya
atdı,
Yamanı
qoynunda yüz il yaşatdı.
Halal çörəyimə haramı
qatdı,
Məni yaşamağa qoymadı dünya.
Sözlə qoyacaqdım öz
heykəlimi,
Qırdı qələmimi, tutdu əlimi.
Arxamca saldırdı neçə
ölümü,
Məni yaşamağa qoymadı dünya.
Günaha
batırdı alıb
ağlımı,
Mərdi namərd edən dünya haxlımı?
Savaba aparan yolu bağlımı?
Məni yaşamağa qoymadı dünya.
Üzünə kim dedi qəbahətini,
Gördü bu dünyanın xəyanətini.
Niyə
ucuz tutdu Ədalətini,
Niyə yaşamağa qoymadı dünya?
***
Günahı axtarma sən özgələrdə,
Hamıya tor qurar öz adamları.
Mənəvi dəyərlər itdiyi
yerdə
İlahi, nə çəkir söz adamları.
Adam var fikirdən sübhədək yatmır,
Yalançı şüarlar başını
qatmır.
Drdini deməyə cürəti
çatmır,
İçini yandırır köz adamların.
Hər gün gah vaydayıq,
gah da ki
toyda,
İtib başımız da bu soyasoyda.
Baxırsan, namərdi, mərdi
bir boyda,
De, necə ayırsın
göz adamları?
Qurbanı olduğum,
kürreyi-ərzin
Əşrəfi sayıbdır bizi, əzizim.
Qədrini bilməsək bir-birimizin
Kim uca tutacaq biz adamları.
***
Baxmadı heç yaşına,
Həyat çoxunu əydi.
Dəydi
əhlət daşına,
Mənim də başım, dəydi.
Çiynimi eləyib taxt,
Oturan oldu xoşbəxt.
Sınadım, çatanda vaxt,
Baxıb... gözünü döydü.
Yıxılana əl tutdum,
Pisliyini unutdum.
Xoş üz verdim, qudurtdum,
Sonra.. dizimə döydüm.
El dərdi düşmür yada,
Satılır ar-həya da,
Tüpürdüm bu həyata,
Söydüm, özümü söydüm.
HƏLƏ YAŞAYA BİLİRƏM
Yaratmısan, mən də varam,
Qoy eyləyim
sənə şükür.
Yaxşı-yaman dolanıram,
İlahi, bu günə şükür.
Yanımdan küləyin əsir,
Aldığım nəfəsə şükür.
Gözüm görür, ağlım
kəsir,
Eşitdiyim səsə şükür.
Yeyirəm halal tikəni,
Şükür, içdiyim suya da.
Tamarzı qoymadın məni,
Çatdırdın çox arzuya da.
Durub bir yerə getməyə,
Şükür, bir cüt ayağım var.
Dar gündə dada yetməyə,
El-obam tək dayağım var.
Su içəndə quşcuğaz da,
Başını göyə qaldırır.
Bilmədiyin bir şey yoxdu,
Bilirsən niyə qaldırır.
Kaş təkcə sənə əyiləm,
Qarşında dağ da diz çökür.
Naşükür bəndə deyiləm,
Nə vermisən, buna şükür.
Öz yükümü öz çiynimdə
Dözüb daşıya bilirəm.
Şükür, kəfənim əynimdə
Hələ yaşaya bilirəm.
ƏDALƏT
SALMAN
Ədalət.-2014.-14 may.-S.7.