KƏMALƏNİN KİTABI

"Gizlənqaç"

 

  vaxtdı bir kitab oxuyuram. " vaxtı" sözü sizə uzaq tarixi xatırlatmasın. Əslində bu çox yaxın bir tarixdi. Aprel ayının 29-da həmin kitabı mənə müəllif çox dəyərli bir aftoqrafla bağışlayıb həmin aftoqrafı da sizə təqdim edirəm:

- Sadəcə dost dediyim, dost bildiyim Əbülfət Mədətoğluna müəllifdən dostundan!..

Bəli, öncə kitabı mənə bu aftoqraf oxutdu. Çünki məni özünə dost bilən, mənə dost deyən mənim dost bildiyim, dost dediyim bir xanımın kitabını birnəfəsə oxumamaq sözün çox səmimi bir mənasında deyim ki, həm Allah qarşısında, həm bəndə qraşısında günah ola bilərdi. Həyatımızın müəyyən hissəsini özümüz bilmədən günahlarla yola verdiyimizdən bilə-bilə günah altına girmək ən yaxşı halda ağılsızlıq sayıla bilər. Mən olan ağlımın diktəsinə qulaq asıb çox böyük həvəslə "Gizlənqaç"ı oxudum...

Bəli, bəribaşdan deyim ki, bu kitabdakı müəyyən fikirlər bəzi şeirlər mənə tanış idi, onları mətbuatda oxumuşdum. Amma kom halında, bir qom bənövşə kimi ilk dəfə idi ki, əlimə alırdım. Bu bir qom bənövşə məni çox-çox uzaq illərə apardı yadıma ötən əsrin 70-80-ci illəri düşdü. Onda biz hələ bu dünyanı söz adamı kimi təzə-təzə tanıyırdıq rəhmətlik Vaqif İbrahimlinin başçılığı altında fəaliyyət göstərən Respublika komsomolunun nəzdində olan bir dərnəkdə yığışıb görüşürdük, şeirlərimizi oxuyurduq, ədəbi almanaxların səhifələrinə xeyir-dua alıb yol tapırdıq. Həmin o dərnəyin üzvlərinin bir çoxu artıq respublikanın tanınmış söz adamlarıdı. Onlardan biri məktəbin, bütövlükdə bir çox dəyərli məqamların, ünvanların obrazlı desək, himnini yazmış nəğməkar şairə bacımız Kəmalə Abıyevadı. Təsəvvür edin ki, Kəmalə xanımın müəllifi olduğu neçə-neçə gözəl şeir mətnləri nəğmə kimi, özü tanınmış, sevilən müğənnilərimizin, bəstəkarlarımızın təqdimatında dillər əzbəri olub. Ona görə son dərəcə sadə təvazökar, həm son dərəcə səmimi mehriban Allah bəndəsi olan, onu tanıyanların, onu oxuyanların dinləyənlərin qəlbində özünə, adına layiq bir söz abidəsi ucaltmış Kəmalə xanımın hər yeni sözü, misrası dərhal diqqəti çəkir. Bax, bu mənada şəhərimizin 131 saylı orta məktəbində Kəmalə xanımla, onu sevən kollektivi ilə görüşəndə mənə bağışladığı kitabın bu camiyədə necə sevilə-sevilə oxunduğunu, qarşılandığını öz gözlərimlə gördim. Bir ona sevindim ki, dostum öz kitabını aftoqrafla mənə bağışladı.

Bu təqdimatdan sonra Kəmalə xanımın kitabı barəsində içimdən keçənləri sizlərin nəzərinizə çatdırıram. Kitab çox sadə, necə deyərlər, müəllifin öz dünyası kimi zəngin tutumlu bir şəkildə ortaya qoyulub. Redaktoru filologiya üzrə fəlsəfə doktoru olan çox hörmətli Esmira Fuadın Kəmalə xanımın özünün bu işdə əməyi dərhal hiss olunur. Müəllif yazısında Kəmalə xanım vurğulayıb ki, "mən ön sözləri sevirəm, baxmayaraq eyni səpkili olurlar, yazarı bir az tərifləyir, sitatlar gətirirlər". Bax elə bu cümlə artıq müəllifin ürək qapısını yavaş-yavaş oxucu üzünə açır bunun ardınca Kəmalə xanım barəsində dəyərli söz, sənət adamlarının, tanınmış insanların fikirləri kitabda yer alır. Nəhayət, oxucunun səbirsizliklə gözlədiyi şeirlər bir-bir səhifələnir, oxunur. Bu şeirlərin hər birində doğurdan da ürək çırpıntısı, özü nəyinsə hökmüylə, təsiriylə yox, sadəcə, ürəyin öz ritminə uyğun çırpıntısı oxucuyla həmsöhbət olur. Şeirləri oxuduqca daxil olduğun aura səni o mühitdə yaşamağa, o mühitdə özünə köçürməyə məcbur edir. Təsəvvür edin ki, bu misralar səndə yaratdığı auranın böyüklüyünü başqa bir kimsə necə duya bilər.

 

Səni özlədim

Elə hey "Mənə sevdiyini anlat"

deməyə birini gözlədim.

Aradım tapmadım

Səni kimdən sorum ki, mən?

Sən mənim sevdiyimsən.

Adı AZƏRBAYCAN olan

Sevgilimsən.

 

yaxud:

 

Hər payızın öz qışı

Hər qışın baharı var.

Ömrün qışından sonra

Amma gəlmir ki, bahar...

 

Günlər öz axarında

Gətirər yenə qışı.

Ömrümün payızıdı

Yağır yarpaq yağışı.

 

Fərqli-fərqli şeirlərdən olan bu nümunələr bir nöqtədə birləşir. O nöqtənin adı mənə görə duyğudu, sevgidi. Kəmalı xanım məhz o duyğunun, o sevginin pıçıltılarını şeirə çevirir göstərir ki, ən böyük sevgi vətənə, ən kövrək payız isə insan ömrünə aid ola bilər. Sonda insanla vətən bir-birinin qoynunda sığınacaq tapdığı üçün sevgilər birləşir ...

 

Ürəyimə

bircə yumruq ağrı doldu

Daşa çırpılan güzgü tək

Paramparça oldum...

hər parçada bir parçam qaldı.

Bir təhər əllərimi tapdım

Özümü bir yerə yığdım.

Paralar bitişmədi,

Bütövləşmədi...

 

yaxud:

 

Həyat həqiqətdi, kimsə deyin ki,

Yalandı ölümə daşınmağımız.

Xəyaldı, yuxudu gerçək deyil ki,

Bir gün ölmək üçün yaşamağımız.

 

Bəli, indi oxuduğunuz bu şeir parçaları mənə müəyyən mənada müdrik aforizmləri, yəni söz xətrinə deyilmiş, yazılmış yox, həyatın diktəsi olan aforizmləri xatırlatdı. Mən baxıb gördüm ki, yavaş-yavaş Kəmalə xanımın hökmüylə mən "Qəddar oluram".

Gecələr qəddar oluram

Ölən arzularımdan

qisas alıram.

Öldürürəm bir-bir

ağrılarımı

arzu qatillərimi,

ən gözəl duyğuları öldürənləri.

Qəddar oluram gecələr.

Amma səhərlər...

 

, bax elə Kəmalə xanımın ürəyinin bütün cizgiləri bu şeirdə görünür. Şeirin ardını oxuyanda qəddar olduğunu söyləyən xanımın "inanma şair sözü yalan olar" fikrinə bütünlüklə söykəndiyini özünüz görəcəksiniz. Görəcəksiniz ki, gecələr qatil olan Kəmalə xanım səhər öldürdükləriylə, öldürmək istədikləriylə qol-boyun, bir sinədə iki ürək kimi qucaq-qucağa yaşayır.

Mən bu kitabda Kəmalə xanımın anasına, qələm dostlarına rəğbət bəslədiyi insanlara iqtibaslı şeirlərini oxudum. Hamısı bir-birindən maraqlı bu şeirlər arasında anası nəvəsi İzelə yazdığı şeirlər mənə kövrək notlar yaşatdı. İzelə yazılan şeirdə Kəmalə xanım bir qadın, bir ana, bir şairə kimi sözləri elə həzin pıçıldayır ki, sanki laylay dinləyirsən.

 

Sevməyə heç olmamışdı elə bil,

Sevməyə heç kim qalmamışdı elə bil,

Balacam, sən gəldin

qara gözlərində

Günəşi gizləyən işıq gətirdin.

Qaranlığı sevdim. İşığı sevdim...

Səsin elə əziz ki,

Bütün səsləri sevdim.

Nəfəsin elə təmiz ki,

Nəfəsi sevdim,

Təmizliyə inandım.

Kiçik əllərində

Ömrümə sığmayan sevinc gətirdin -

kiçikliyi sevdim

sevməyi öyrəndim.

Balaca ürəyində

Həyata sığmayan sevgi gətirdin

Sevməyi sevdim.

Hamını, hər şeyi sevmək istədim,

Sevmək,

Sənintək...

 

, dəyərli oxucu, mən dostumun, Kəmalənin kitabı barəsində ürəyimdə olan fikirlərin bir hissəsini, daha doğrusu, bir parçasını sizlərə çatdırdım. Amma siz bununla kifayətlənməyin. Ayın 24-də bu kitabın imza mərasiminə qatılın. Mütləq siz qazanacaqsınız...

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-14 may.-S.6.