Qənirə Paşayevadan daha bir kitab - "Əli bəy Hüseynzadə Turan "

 

Türkiyənin Karabük vilayətində millət vəkili, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru Qənirə Paşayeva və yazar Azər Turanın Türkiyə türkcəsində çap edilən "Əli bəy Hüseynzadə Turan” kitabının təqdimat və imzalanma mərasimi keçirilib.

Mərasimdə Karabük bölgəsinin rəsmiləri, ziyalıları, gənclər mətbuat media nümayəndələri iştirak edib. "Əli bəy Hüseyinzadə Azərbaycanda doğulmasına baxmayaraq ömrünü bütün dünyada yaşayan türklərin müdafiəsinə həsr edən, türk dünyası ziyalıları görkəmli şəxsiyyətləri arasında xüsusi yerə sahib olan dəyərli bir şəxsiyyətdir”. Bu fikirləri millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostuq Qrupunun üzvü Qənirə Paşayeva Karabükdə təşkil edlən Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib. Millət vəkili Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyyə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar verdiyi fərmana görə böyük aydın, mütəfəkkir barədə müxtəlif silsilə tədbirlərin keçiriləcəyini deyən millət vəkili bu cür tədbirlər təşkil edərək gənclərə Əli bəy Hüseynzadə şəxsiyyəti, fikir düşüncələri, hələ gənclik dövrlərindən etibarən türklərin birliyi uğrunda etdiklərinin gənclərə daha çox öyrədilməli olduğunu vurğulayıb. "Əli bəy Hüseynzadənin həyat fəaliyyəti həm öz dövrünün, həm gələcək dövrlərin gənclərinə örnəkdir.”

O, sonda görkəmli ziyalı Əli bəy Hüseyinzadənin Türkiyə Cumhuriyyəti qurulduğu zaman söylədiyi, "Mən Türkəm, Müsəlmanam. Türkiyə bir Türk Müsəlman hökümətidir. Bu hissiyatla hər digər vətəndən daha artıq vətənimdir. Bu vətəndaşları tanıyaq,- fikirlərindən yola çıxaraq, harada doğulmasından, harada böyüməsindən asılı olmayaraq hər bir türk insanının türk dünyasının birliyi bərabərliyi uğrunda çalışmalı olduğunu bu yolda əlindən gələni əsirgəməməli olduğunu deyərək fikirlərini yekunlaşdırıb. O, deyib ki, Türkiyədə doğulub yaşayan bir gəncimiz Azərbaycanı da vətən kimi sevməli onun maraqlarını da müdafiə etməlidir. Azərbaycanda doğulan gənclərimiz Türkiyənin. Bu cür düşüncənin bütün Türk dövlət toplumlarında yayılmasının vacibliyinə toxunan millət vəkili Qənirə Paşayeva Əli Bəy Hüseynzadənin türk gəncliyindən məhz bunu istədiyini deyib. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva "Əli bəy Hüseynzadə Turankitabını imzalayaraq tədbir iştirakçılarına təqdim etmişdi.

Millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu "Əli Bəy Hüseynzadə Turankitabının Türkiyədə, Karabükdə təqdimatı çıxışının linkini sizə təqdim edirik.

 

Ədalət.-2014.-14 may.-S.5.