İNKİŞAFIN ZAQATALA MODELİ

ARTIQ BELƏ BİR İFADƏ FORMALAŞIR

 

Ənənələr üzərində müasirləşmə

Özünəməxsus ənənələrlə yaşayan Zaqatala ölkə üzrə ən çox inkişaf etmiş rayonlar sırasındadır. Doğma Azərbaycanımızın müstəqilliyə qovuşduqdan sonrakı sürətli inkişafı fonunda bu elə təəccüblü görünmür. Ancaq bir məsələ xüsusi diqqət çəkir. Zaqatala rayonu, onun mərkəzi gözəl Zaqatala şəhəri müasirləşmənin vacib elementləri ilə yanaşı, həm mövcud şəhər biçiminin çoxillik ənənələri ilə inkişaf edir. Bir tərəfdən ən müasir binalar, qurğular, xidmət obyektləri sıralanır, küçələr, meydanlar, park bağlar göz oxşayır, bir tərəfdən əvvəllərdən mövcud olan varsa ənənələr üzərində yeniləşərək urbanik şəhər inkişafını tarixi köklərə bağlayır. Bax, Zaqatala bu səbəbdən həmişə təravətli cazibədar görünür. Rayon rəhbərliyinin, həmişə camaatla birgə olan icra başçısı Mübariz Əhmədzadənin quruculuq müasirləşmə istiqamətində ideya fəaliyyəti məhz bu zəmin üzərindədir. Əslində sakinlər belə olmasını istəyir. Şəhərin qonaqları da...

 

Rayon rəhbərliyinin nikbin proqnozları

 

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 2014-cü ilin birinci rübünün yekunlarına dair keçirilən yığıncaqda da rayonun sosial-iqtisadi inkişafı digər məsələlərin həlli barəsində danışarkən bölgənin özünəməxsusluğunu xüsusi vurğulamışdır. M.Əhmədzadə demişdir:

- Regionların inkişafı sahəsində qəbul edilmiş uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Ölkədə növbəti illərdə qeyri-neft sektorunun regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ı təsdiq edilmiş Zaqatala rayonu üçün 17 tədbirin icrası nəzərdə tutulmuş artıq tədbirlərdən irəli gələn vəzifələrin icrası istiqamətində işlər aparılır. Cari ilin birinci rübündə rayonumuz dinamik inkişaf etmiş, məhsul istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilmişdir. Məhsul buraxılışı əvvəlki illə müqayisədə kənd təsərrüfatında 6,6 faiz, sənayedə 47,9 faiz, rabitədə 21,8 faiz, nəqliyyatda 4,9 faiz, ticarətdə 1,9 faiz çox olmuş, pərakəndə əmtəə dövriyyəsi 3,0 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,3 faiz artmışdır. Hesabat dövrü ərzində rayonda 236-i daimi olmaqla 253 yeni yeri açılmışdır. 2014-cü ilin birinci rübündə büdcəyə vergi tədiyyələr üzrə 1,9 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 135,9 faiz icra edilmişdir.

Gəlirlərin 84,2 faizi qeyri-dövlət sektorunun payına düşmüş, vergi qanunvericiliyini pozan 327 vergi ödəyicisinə 226,5 min manat həcmində maliyyə sanksiyası tətbiq edilmişdir...

...Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əməkhaqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılmışdır. 2014-cü ilin birinci rübündə rayonda orta aylıq əməkhaqqı orta aylıq pensiyanın məbləğində artım müşahidə edilmiş, əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 13,4 faiz artmışdır. Hesabat ilində 239 pensiya işi təyin edilmiş, 16531 pensiyaçıya xidmət göstərilmiş, 1,4 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 104,4 faiz icra olunmuş, 12 hüquqi fiziki şəxsə qarşı maliyyə sanksiyaları tətbiq edilmişdir. 2014-cü ilin birinci rübündə rayonda 4169 nəfərə sosial müavinət, 1656 ailənin 7161 üzvünə (hər ailəyə orta hesabla 122,81 manat) ünvanlı sosial yardım verilmiş, 215 nəfər tək-kimsəsiz qocalara xidmət göstərilmişdir.

İl ərzində məşğulluq xidməti orqanları tərəfindən 159 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 87 nəfər münasib işlə təmin olunmuş, 4 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Rayonda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti gücləndirilmiş, işverənlər tərəfindən 15-dən çox qanun pozuntusu aşkar edilərək müvafiq tədbirlər görülmüşdür.

Rayonun 134981 hektar vahid torpaq fondunun 84354 hektarı dövlət mülkiyyətində, 17554 hektarı bələdiyyə mülkiyyətində, 33073 hektarı isə xüsusi mülkiyyətdədir...

 

Təsərrüfatçılığın yeniliklər üzərində qurulması aqrar sektoru inkişaf etdirir

 

Son illərdə aqrar sektorda həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində rayonda 2014-cü ilin I rübündə kənd təsərrüfatı məhsullarının istehsalı 6,6 faiz artaraq 8,9 milyon manata çatmışdır. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" nın icrası ilə bağlı rayonda xeyli görülmüşdür. Kənd təsərrüfatı işlərinin aqrotexniki müddətlərdə keyfiyyətlə icra edilməsi məqsədi ilə 647 ədəd özüyeriyən texnikadan istifadə edilmiş, "Aqrolizinq" ASC-nin rayon filialında olan 45 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vasitəsi ilə cari ilin I rübündə 78 ha sahədə aqrotexniki işlər yerinə yetirilmiş, lizinq yolu ilə 1 ədəd kombayn satılmışdır.

Rayonda 2014-cü ilin məhsulu üçün 12082 ha (+143 ha) sahədə əkilmiş payızlıq taxıl sahələrində yaz-tarla işləri davam etdirilmiş, 3514 ha (+62.5 ha) sahədə yazlıq bitkilər, o cümlədən 1322 ha (+51.5 ha) sahədə yonca, 1073 ha (+6 ha) sahədə kartof, 811 ha (+2 ha) sahədə tərəvəz, 295 ha (+2 ha) sahədə qarğıdalı, 13 ha (+1 ha) sahədə bostan bitkiləri əkilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamının icrası olaraq buğda istehsalçılarının maddi marağının artırılması məqsədi ilə 280822 manat subsidiya ayrılmış, 2014-cü ilin I rübündə fermer təsərrüfatlarına güzəştli qaydada 295.15 ton mineral gübrələr satılmışdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-15 iyun.-S.7