Fanidi bu dünya

 (mahnı)

 

Sevginin, deyirlər, yoxdu mənası,

Bəs niyə sevginin çoxdu cəfası?..

Gəl məni bu qədər üzmə, qadası,

Fanidi bu dünya, əzəldən fani.

 

Maşınım yol gedir dağlar boyunca,

Seyr edir dağları gözüm doyunca.

Sanmayın dünyanı quru oyuncaq,

Fanidi bu dünya, əzəldən fani.

 

Yenə yaz gəlir uca dağlara,

Bülbüllər səs salır barlı bağlara.

Aldanma, sevgilim, ötən çağlara

Fanidi bu dünya, əzəldən fani.

 

Sonuncu yarpaq

 

("Quran"ın 73-cü surəsinin 17-ci ayəsində Ulu Rəbbimiz "Uşaqlarınızı qocaldan günün əzabından qorunun" deyə buyurur)

 

Bir gün hava kimi

yoxa çıxacaq,

Lütfizadənin

"Qeyri-səlist məntiq"

nəzəriyyəsi...

haçan əbədi olub axı,

Cütlərin birləşməsi

Ah... erodik nəzəriyyə

Ah... Altsheymer xəstəliyi

Tələsdirdiniz məni

Yoxsa arvadı qoca

vaxtımda

Ona odun odun daşıyan

Əbu Ləhəb kimi

Tənha qalmazdım...

Ömrümün son günündə.

Bəlkə, mən bir

"hektinq ton xoreyası"na

tutulmuş

Xasiyyət xəstəxsiyəm...

Huk xəsətliyinə

tutulauban

Ağlını itirmiş

qoçlar kimi -

Sayılmamaq istəyirəm,

Ömrümün yaz çağında

yenidən

həm açılmaq -

həm saralmaq

istəyirəm,

Poeziya burulğanında

saralmış son yarpaq kimi.

 

* * *

 

Uşaqlıqda dincliyim

bir nəğmə,

röya kimi dolaşır

Xəyallarımda

hələ qaranquşları

seyr edirəm,

Səhər kimi

çin olmuş

qərib yuxularımda

Dünya bir nərdivandı,

düşüb qalxırırıq

bir-bir

Ulduzların sayrışan

dünyalarında

hərəsi bir tənha

ulduzun ömrü kimi,

Cazibə nöqtəsinə

qovuşur insanlar,

Ah çəkdiyi gecələrin

nəğmə dolu -

şərqi dolu -

sevgi dolu

gerçəkləşən sevdalarında

 

 

* * *

 

Ozan babam nəğməkardı,

sevgim dolu

gecələrin nəğməkarı...

Ürəkdən çəkdiyimiz

ahlar bir gün

ruzigarın

dəyişdiyi bir anda,

payız gülləri kimi solur...

Dünyamız da

bəzi şairlər kimi

hərdəm xəyal olur,

kimisinin yarı olur -

kimisinin məzarı olur...

nədəndisə hər axşam

günəş batanda

üfüqdə,

qaraca gözlərim dolur...

uşaq kimi

ağlamaq istəyirəm,

gözlərimin önündə

birdən-birə

fani şən dünyanın

acıyıb qərib halına...

Ozan babam, ağlamaq istəyirəm.

 

 

* * *

 

Son bahar çağını

xatırlamasam,

gözlərimə yuxu gəlməz

qardaşım...

Saçlarıma düşən dən

budağını tərk edən

qərib bir quşcuğazın

ayrılıq həsrətindən

yara bağlayıb,

elə bil, bu keçən

sənələrdə

"Min bir gecə" nağılından

qorxuya düşmüş

bir körpə uşaq ağlayır,

Ərəfat dağının başında oturub

Leylisinə ağlayan,

divanə Məcnun kimi...

qədər ki, hər Məcnun

Leylisini tanımır

ana eşqinə ağlayan

körpənin səsi kimi

Məsum qalacaq dünyada...

Son bahar çağında

unudulmamış

sevgi nəğməsi kimi

 

* * *

 

Yuxusunu dalğalara

danışan gözəl,

dalğaların rəngi qədər

gözəl olur gecələr...

Bəyaz Ay doğulanda

Ulduzların ahını

duymadıqca

şair könlüm,

şirin-şirin nəğmələrlə

dastanlar söyləməkdən,

dil-dil ötüb quşlar kimi

dağları-daşları

dilə gətirməkdən

həzz alır, bil,

dalğaların dilini

bilən nəğməkar kimi...

Yuxusunu dalğalara

danışan gözəl,

bir gün qeyb olacaq dəniz

rayonlara qərb olub,

buludların arasında

dolaşan

Leyli Məcnun kimi

yox olub ürəyində

qoşa kölgəmiz...

 

* * *

 

Yaşıl-yaşıl yarpaqların

arasında

gözdən itən kölgəmiz

Min il sonra yenidən

eynilə bizi xatırladan

iki qoşa sevgilinin

nazlandığı bir ocaqda

yenidən doğulan kölgəmiz

Bizi al qanadlarına

əfsanəvi "Simurq" quşu kimi,

apar göy üzündə

səf-səf düzülmüş

Mələklərin diyarına

İki dünya arasında

doğulan kölgəmiz

Cənnət-Cəhənnəm ocağında

qarşılaşan kölgəmiz.

"A bese" uçbucağı kimi

kəndlə şəhər arasında

dolaşan kölgəmiz

Xoş xəbər nənəmizin

bir xoş misalı kimi,

Ulduzlar arasında

hey sayrışan kölgəmiz

Öz gücünü bilməyən

canavar kimi

yalquzaqlaşan kölgəmiz

Yaşıl-yaşıl

yarpaqların arasında

gözdən itən kölgəmiz

 

* * *

 

Aydan düşən bir kölgə

nələr danışır mənə,

gecələr ulduzların

yalquzaq gözlərində

İlanları seyr edib,

Cəhənnəmdən-Cənnətə

Cənnətdən-Cəhənnəmə

gedib-qayıdan yollarını

seyr edirəm gizlicə...

Mələklərin dilindən

nağıllar eşidirəm:

öz həddini aşan insan

Cəhənnəmə düşür deyir,

Mənə bakir mələklər -

Dalğaların dililə.

 

* * *

 

qəribləşən -

faniləşən dünyanın

gecələri ahla dolur,

gerçəkləşən röyanın...

rənglərin arasında

rənglərə bürünürəm,

elə bil, yuxularımda

hər gecə

eyni bir nərdivana

minirəm,

köhnədi -

təzədi bu nrdivan

Ay kimi oyanınca,

Günəş kimi sönürəm

Dünyanın üfüqlərində

"Qaf" dağının

müəmmalı sirrinin,

Zirvəsində

gündüz-gecə

əfsanəli nəğmələr oxuyan

"Ənqa" quşumun

qanadları kimi gəzdirirəm,

Sevgi dolu dünyanın zirvəsində.

 

* * *

 

Gözlərimin önündə

sahilsiz dəniz kimi

mavi dalğalarıyla

uşaq tək ağlayan sevgim,

günlərin bir

gözəl günündə

al məni qanadlarına

Füzulinin röyalarında

gecələrin ahı kimi

sızlayan sevgim

 

Nazim Hikmət əfəndim,

gecə dəniz deyilmi...

Yuxularımı mələklərə

danışan min-min

ölülərin gözləri

qonaq gəlir hər gecə

kədər dolu, ah dolu

şairanə ürəyimə.

Ölüm necə də gözəl yaraşır,

Qərib şairin gözlərinə.

Uşaq gözləri kimi

Tənhalaşan gözlərinə...

Uşaq tək ağlayan sevgim -

Dəniz tək çağlayan sevgim.

 

Elsevər Məsim

Ədalət.-2014.-15 may.-S.7.