İNKİŞAFIN ZAQATALA MODELİ

ARTIQ BELƏ BİR İFADƏ FORMALAŞIR

 

Cari ilin I rübündə rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verməmiş, epizotik vəziyyət sabit saxlanılmışdır. Ötən müddət ərzində rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə damazlıq təsərrüfatları fəaliyyətini davam etdirmiş, süni mayalanma yolu ilə 1541 baş (+205 baş) ana maldan 1017 baş (+89 baş) bala əldə edilmiş, iribuynuzlu mal-qaranın baş sayı 60666 (+111 baş) başa, qoyun-keçilərin baş sayı 165919 başa (+1086 baş) çatdırılmış, rayonda 1604 ton (+34 ton) diri çəkidə ət, 8911 ton (+330 ton) süd, 3724 min ədəd (+133 min ədəd) yumurta istehsal edilmişdir.

 

Ekologiyanın qorunmasına xüsusi diqqət

 

Rayonda ekoloji məsələlər diqqət mərkəzində saxlanılmış, ətraf mühitin mühafizəsi məqsədi ilə inzibati tədbirlər həyata keçirilərək 17160 manat cərimə tətbiq olunmuşdur. 2014-cü ilin I rübündə 2010 ədədi yol kənarlarında olmaqla, inzibati ərazilərdə 83250 ədəd ağac əkilmişdir. 36.5 ha sahədə mədəni meşə əkininə xidmət olunmuş, 25 ha sahədə isə mədəni meşə əkini aparılaraq müxtəlif cinslərdən ibarət tinglər əkilmişdir. Hazırda Zaqatala rayonunun meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbəti 37,6% təşkil edir. Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz yekun nitqində ekoloji məsələlərə xüsusi yer verərək demişdir: " ... ictimaiyyəti , məni narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir".

 

Meliorasiya tədbirlərinin effektliyi artır

 

Torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri əhatəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılmışdır. "Azərbaycan Meliorasiya Su Təsərrüfatı" ASC tərəfindən cari ilin I rübündə 2013-cü ildə qazılan 6 ədəd subartezian quyusu istismara qəbul olunmuş, Göyəm kəndində 2 ədəd, Çobankol, Qımır, Bazar Gözbarax kəndlərinin hər birində 1 ədəd olaraq cəmi 6 ədəd subartezian quyusu təmir olunmuşdur. Bundan başqa, 2100 ha əkin sahəsinin suvarılmasına xidmət edən iki pilləli Alazan nasos stansiyasında təmir-bərpa işləri davam etdirilmişdir.

2014-cü ilin I rübü ərzində rayon ərazisində 191.2 min m3 həcmində cay yataqları, 71.7 min m3 həcmində suvarma kanalları təmizlənmiş, Muxax çayda Tala çayda 1114 m3 həcmində daş-beton bəndlərin təmiri 135 m3 həcmində qabion bəndlərin quraşdırılması işləri həyata keçirilmişdir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 29 yanvar 2014-cü il tarixdə imzaladığı "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamına əsasən "Azərbaycan Meliorasiya Su Təsərrüfatı" ASC tərəfindən Zaqatala rayonunun yaşayış məntəqələri üzrə 17 ədəd subartezian quyularının yerləri müəyyən edilməklə torpaqayırma işləri tamamlanmışdır.

 

Yeni tikililər

 

Rüb ərzində Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün yeni binanın, rayon Maliyyə İdarəsinin inzibati binasının, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınının, Zaqatala şəhərində Dövlət Yanğın Xidmətinin rayon şöbəsinin depo binasının, Əliabad qəsəbəsində Çobankol kəndində yeni Yanğından Mühafizə bölmələrinin, Qandax kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə yeni tibb məntəqəsinin tikintisi davam etdirilmişdir. Zaqatala rayon Məhkəməsi üçün yeni inzibati binanın tikintisinə başlanılmışdır. Ümumtəhsil məktəblərinin məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin yerində yeni 450 şagird yerlik məktəb binasının tikintisi davam etdirilmiş, 2012-ci ilin may ayında baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Kürdəmir kənd ümumi orta məktəb binasının yerində 50 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verilmiş, Aşağı Tala kənd 3 saylı 600 şagird yerlik Yuxarı Tala kənd 4 saylı 360 şagird yerlik məktəb binalarında tikinti işləri başa çatdırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Zaqatala rayonunda 2012-ci il 7 may tarixində baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş şəhər 6 saylı, Aşağı Tala kənd 1 saylı, Əliabad qəsəbə 4 saylı, Muxax Muğanlı kənd körpələr evi-uşaq bağçalarının bərpa-gücləndirilməsi şəhər 2 saylı, Danaçı, Lahıc Faldarlı kənd körpələr evi-uşaq bağçalarının tikintisi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Həmin vəsait hesabına artıq Aşağı Tala kənd 1 saylı, Əliabad qəsəbə 4 saylı Muxax kənd körpələr evi-uşaq bağçalarında bərpa-gücləndirmə işləri aparılmış, yeni texnoloji avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. Hazırda şəhər 2 saylı körpələr evi-uşaq bağçasının yerində 50 yerlik, Lahıc Danaçı kəndlərinin hər birində 40 yerlik Faldarlı kəndində 20 yerlik yeni körpələr evi-uşaq bağçalarının tikintisi, şəhər 6 saylı Muğanlı kənd körpələr evi-uşaq bağçalarında bərpa gücləndirmə işləri davam etdirilir.

Bundan başqa rayonun Əliabad qəsəbəsində 1 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir edilərək yeni inventar avadanlıqlarla təchiz edilmişdir.

Sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmiş, rayonda ümumi sahəsi 2467 kv.m olan 19 fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir.

 

Abadlıq-quruculuq işləri bütün istiqamətlərdə davam edir

 

Rayonda aparılan abadlıq quruculuq işləri davam etdirilmişdir. Hesabat ilində rayonda 1,6 milyon manatlıq, o cümlədən yerli imkanlar hesabına 1,1 milyon manat həcmində abadlıq təmir işləri görülmüşdür.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2014.-16 may.-S.7.