HƏR SÖZ BİR DÜNYADI

YENİ NƏŞRLƏR

 

"Müasir ədəbi proses ədəbi tənqid"

 

Bugünlərdə şair-publisist, professor Rafiq Yusifoğlu "Müasir ədəbi proses ədəbi tənqid" adlı kitabı işıq üzü görüb. Kitabın elmi redaktoru, filologiya elmləri doktoru, professor Şamil Salmanov, rəyçiləri filologiya elmləri doktorları professorlar Akif Hüseynov Məhərrəm Qasımlıdır. ADPU-nun nəşriyyatında işıq üzü görmüş 344 səhifəlik bu kitab əslində dövrümüzün ədəbi proseslərinə Rafiq Yusifoğlunun özünəməxsus baxışıdı.

Ayrı-ayrı araşdırma məqalələrdən ibarət olan bu kitabın demək olar ki, hər bir mövzusu bugünümüzlə, zamanımızla səsləşir. İstər dünya ədəbiyyatının, istər klassik sovet, həmçinin müstəqil Azərbaycan məmləkətinin bu gün yaranan ədəbi nümunələri araşdırmaçı alimin diqqətindən yayınmayıb. O, apardığı paralellər təhlillər nəticəsində hər bir dövrün xüsusiyyətlərini, tərəflərini dövrə uyğun da ədəbi mühiti diqqətə çatdırmağa çalışıb. Özü bu işi təkcə təxəyyülün, məntiqin bəhrəsi kimi deyil, həm istifadə etdiyi çoxsaylı mənbələrin, ədəbiyyatların hesabına ortaya qoyubdu.

Rafiq Yusifoğlunun adı çəkilən kitabında Xəqanidən, Füzulidən, Səməd Vurğundan, Rəsul Rzadan, Xəlil Rzadan, Məmməd Arazdan, Nəbi Xəzridən, Süleyman Rüstəmdən tutmuş yazıçılarımızdan İlyas Əfəndiyev, Süleyman Rəhimov digərlərinin əsələrinə istinadən öz fikrlərini şərh edərkən o, dünyanın eləcə yaxın qonşumuz olan Rusiyanın ədəbi camifəsini diqqətdən kənarda saxlamamışdı. Yəni şair, ədəbiyyatşünas alim bütün mənzərələri bir məxrəcə gətirərək ədəbi prosesə bir tənqidçi yanaşmasını sərgiləmişdi. Onun ədəbi tənqid barəsindəki fikirləri elə bu şərhlərin özündə kifayət qədər diqqətçəkən, həm düşündürən bir məqamın yaranmasına səbəb olmuşdu. Konkret ifadə etsəm, müəllifin təqdim etdiyi nümunələr özü-özlüyündə onun fikirlərinin bir növü açarlarına çevrilmiş, qapıları oxucu üzünə açmışdı.

Ümumiyyətlə, bu kitabda, daha doğrusu, məqalələr toplusunda Rafiq Yusifoğlu təkcə ədəbi prosesin görünən tərəfini yox, həm köklərini, folklora bağlılığını, ədəbi əlaqələri, inkişafın dinamikasını, tərcümə işini, uşaq ədəbiyyatının ümumi mənzərəsini sairəni bir elm adamı kimi, bir ədəbiyyatşünas kimi təhlil etmiş fikirlərini toplum şəkildə ortaya qoymuşud. Düşünürəm ki, Rafiq Yusifoğlunun bu araşdırmalar toplusu - məsqalələr kitabı müəllifin ədəbiyyatımıza layiqli bir töfhəsidir.

 

"Mənəviyyat zirvəsi"

 

Öncə bu kitabın müəllifi Mübariz Binnətoğlu ilə bağlı bir neçə kəlmə diqqətinizə təqdim edim. Onunla "Azərbaycan" nəşriyyatında tanış olmuşam. Necə deyərlər, bizi birləşdirən yurd nisgili, yurd həsrəti, faciələrimizin ağrısı zaman-zaman bu münasibətləri daha da istiləşdirib, daha da doğmalaşdırıb. Özünə, şəxsiyyətinə hörmət edən, necə deyərlər, harda dayanmalı olduğunu yaxşı bilən Mübariz Binnətoğlu öz sözünə, qələminə diqqətlə yanaşır. Bir jurnalist kimi, bir qələm adamı kimi maraqlı fikirlərə, maraqlı yazılara könül verən Mübariz Binnətoğlu demək olar ki, daha çox doğulduğu torpağa, el-obaya ünvanlanan Laçın həsrətini qaysaq bağlamağa qoymayan materiallarla mənim üçün əziz olubdu, doğma olubdu. Onun həmin o kövrək yazılarında mən həmişə Laçını, laçınlıları görmüşəm.

Bugünlərdə Mübariz Binnətoğlu mənə özünün yeni kitabını təqdim etdi. mənəviyyat zirvəsi adlanan kitabın redaktorları tanınmış jurnalistlər Qəmbər Yusif Daşdəmir Əjdəroğludu. Öncədən deyim ki, kitab çox nəfis şəkildə tərtib olunub bu kitab Azərbaycan idmanının ən layiqli təmsilçilərindən, hətta müəllifin yazdığı kimi, Azərbaycan idmanını dünyada tanıtdıran, bu yolda yorulmaq bilməyən İnqilab Əliş oğlu Novruzova həsr olunub.

Müəllif kitabın ilk səhifəsində cəmi 56 il yaşamış, necə deyərlər, bu dünyanın qısa ömründə tanıya bilmişbu qısa ömrünün mənalı anlarını tarixləşdirmiş İnqilab Novruzovun portretini oxuculara təqdim edir. Məhz bu təqdimatla açılan kitabda oxucu, yəni şəxsən mən bir anlıq gözlərimi həmin portretdən çəkə bilmirəm. Çünki həyatını, fəaliyyətini Azərbaycan idmanına həsr edən, Laçının və laçınlıların qürur duyduqları İnqilab Novruzovun həyatından bəhs edən bu kitabda çox qəribə məqamlar var. Həmin qəribə məqamlardan birincisi kitabın yazılmasına səbəb olan qələmdi həmin qələmin üzərində "İnqilab Novruzovdan eloğlusu Məhəmməd Süleymanova hədiyyə, 1972-ci il".

Müəllifin etiraf etdiyi kimi, həmin o qələm onu yazmağa, İnqilab Novruzovu bugünkü nəslə tanıtmağa səsləyir, həvəsləndirir. Beləliklə də indi gözümüzün önündə olan mənəviyyat zirvəsi kitabı araya-ərsəyə gəlibdi. Kitabda müəllif İnqilab Novruzovun bütün həyatını, fəaliyyətini ayrı-ayrı zamanların çərçivəsində oxucuya şirin bir qələmlə oxutmaq təbii ki, müəllifin uğuru sayılmalıdı.

Mən bu kitabda başqa bir məqamın da şahidi oldum. Bu da Azərbaycanın müxtəlif nəsil və nümyaəndəsi olan söz adamının, əslən Laçından olan dəyərli ziyalıların, eləcə də İnqilab Novruzovun doğmalarının öz imzaları ilə bu kitabda yer alan xatirələri düşüncələridir. Həmçinin kitabdakı müxtəlif zamanları özündə donduran fotolar da oxucu üçün bir sərgi, bir keçmişə səyahət təsiri bağışlayır. Açığını deyim ki, kitabda İnqilab Novruzovun əldə etdiyi uğurları əks etdirən mükafatların fotosürətləri də çox qürurvericidi.

Bəli, xalqa, millətə onun layiqli övladını tanıtmaq, onu yaşatmaq söz adamının, öncə isə həmin ünvan sahibinin aid olduğu bölgənin ziyalısının əsas missiyalarından biridi. Çünki onlar öz həmyerlilərini daha yaxından tanıyır, onun tərcümeyi-halını daha dəqiq bilirlər. Bax, Mübariz Binnətoğlu da belə bir xeyirxah işin öhdəsindən layiqincə gələ bilmişdi. Mən ona daha böyük uğurlar arzu edirəm.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-16 may.-S.6.