Vur

 

Elə mən özüm bu gün yırtıcıg

Yırtıcı nifrətim düşməni qovur.

Ayıq kirpiklərim qisas qılıncıg

Vur, ölən daşnakdır, adam deyil, vur!

Yırtıcı düşmənim düşməni qovur.

Adam bənzəyir yalnız zahiri,

Kirli caynaqları neştərdən iti.

Dişinin dibində ölüm zəhəri,

Gəlir Yer üzünün ən murdar iti.

Kirli caynaqları neştərdən iti.

Bu gün Azərbaycan boylu gəlindir,

Yurdum özü boyda intiqam doğur.

Polad yumruğunu gürz kimi endir,

Gəbərən daşnakdır, adam deyil, vur!

Yurdum özü boyda intiqam doğur.

ilan, əqrəb təhlükəlidir,

Qəsbkar əqrəbdən qat - qat şərəfsiz.

Maskalı surəti ərzə bəllidir.

Paklar məbədinə girir natəmiz.

Qəsbkar əqrəbdən qat-qat şərəfsiz.

Girir qılığına Nazarbayevin,

Girir arxasına Rafaellinin.

Min - min sifəti var təpəgöz divin,

Haça ürəklinin, haça dillinin.

Girir arxasına Rafaellinin.

İnanma millətbaz dələduzlara,

Rütbədən rütbəyə sürünənlərə.

Çoxu qulbeçədir tox donuzlara.

Rütbədən rütbəyə sürünənlərə.

Yalnız Ulu Türkə, Xəlil Rzaya,

Yalnız öz ruhuna inamın olsun.

Ey arslan ürəklim, dönmə quzuya,

Qələbə ən böyük məramın olsun

Yalnız öz ruhuna inamın olsun!

Güllə tükənərsə avtomatında,

Baxışın güllədir, əsirgəmə,vur.

Tankın büdrəyirsə əlin altında,

Tankdan, raketdən güclü qardaşım,

Vur, fateh külünü göylərə sovur.

Baxışın güllədir, əsirgəmə,vur!

Südəmər balamın boğazında

Göy ləkələr qoyub o beyni çopur.

Dön qaynar polada ilan ağzında,

Vur,ölən daşnakdır, adam deyil,vur!

Daşnak - planetə ən böyük yağı

Ayağı altında vulkan olmalı!

"Dənizdən dənizəg"deyən alçağı

Boğmağa ildırım, ümman olmalı.

Ayağı altında vulkan olmalı!

Çağırır Zəngəzur: - Zərbəni bərk vur!

Səngərdə möhkəm dur !.. Çağırır Göyçə.

Laçınım, Şuşa adlı sonsuz cahanım -

Natəmiz əllərdə qalan gülqönçəg

Çağırır ox kimi minarələri,

Müqəddəs heykəli devrilənlərim.

Yıxılan baş daşı, məzarı, qəbri

Nəbatat bağına çevrilənlərim,

Müqəddəs heykəli devrilənlərim.

"İntiqam" Qışqırır yaralı dağlar,

Qanları çaylara qarışanlarım.

Dağılan tifaqlar, sönmüş ocaqlar,

Şikəst taleyilə barışanlarım,

Qanları çaylara qarışanlarım.

"İntiqam" qışqırır yaralı çaylar -

Zarıslı, Xəlfəli, Xaçınçay, Tərtər.

Çaylara söylər ulduzlar, aylar:

Qul kimi sürünmək ölümdən betər!

Qalıbsa canında bircə damla qan,

İnanma saxtakar sülhbazlara sən.

Şuşadan, Laçından əl çəkən, inan,

Kor olur, əl çəkir iki gözündən

İnanma, saxtakar sülhbazlara sən.

Əgər ölməyibsə eşqin,qeyrətin,

Vur,ölən daşnakdır, zərbəni bərk vur!

Odur ilk düşməni bəşəriyyətin.

Yırtıcı nifrətim düşməni qovur,

Gəbərən daşnakdır, adam deyil, vur!

 

AZƏRBAYCAN

 

Gəzdim sənin çöllərini

Oba- oba, oymaq- oymaq.

gözəlmiş qoynun sənin,

Ana torpaq, ana torpaq!

Astarada, Lənkəranda

Limonların rəngi sarı,

Süfrələrin bəzəyidir

Kürdəmirin qızıl narı.

Kür üstündə, göy Xəzərdə

Vətəgələr gözəldir!

Tora düşən balıqların

pulları sanki zərdir.

Seyr edirəm Abşeronun

Səhərini, axşamını.

Çox sevirəm burda bitən

Bal ənciri, şanını.

Qızıl Quba, qızıl Qusar

Xatırladır ilk baharı.

Bağlarının şöhrətidir

Gül yanaqlı almaları.

Zaqatala qoruğunda

Cüyür- ceyran sürü- sürü.

Baxdıqca bu gözəlliyə

Uzanmazmı insan ömrü?

Mingəçevir dənizindən

Neçə- neçə kanal gəlir.

Bağ- bağatlı Şirvanla bir

pambıqlı Muğan gülür.

Gör qədər filiz yatır

Daşkəsənin dağlarında.

Xan çinarlar göyə qalxır

Qədim Gəncə bağlarında.

Çıxdım Şuşa yaylağına,

Çeşmələrdə gözüm qaldı.

Endim İsa bulağına,

Cığırlarda izim qaldı.

Kəlbəcərin dağlarında

Durub baxdım al səhərə,

Yerdə əlvan çiçəklərə,

Göydə qızıl şəfəqlərə.

Dərələrin gül beşiyi

Təpələrin gül dağıdır.

Səni belə gözəl edən

Azərbaycan bayrağıdır!

 

***

 

TÜRK sözündən qorxan gəda

TÜRK sözünü eşitcək, dərhal omba durursan,

Bacarsan həmin sözün düz gözündən vurursan.

Qardaşım oğlu-Türkel,

Doğma kəndim də-Türkan.

Şeirimdə görsən, dərhal pozub qaralayırsan.

Ya Mərdəkan yazırsan,

Ya Şüvəlan yazırsan,

Təki Türkan olmasın.

Dodaqaltı mırtdanıb, söylənib xısın-xısın

Bəzən aşkar deyirsən:

-Qardaş, "Türkan" olmasın.

Yox, "qardaş" sözünü sən götür geri, ey gəda!

Sözdən qorxan hərifdən qardaş olmaz dünyada

yaxına, yada.

Bu dünyada növbənöv qorxaqlar görmüşəm mən:

Oddan, sudan, dənizdən, ilandan qorxan da var.

Həyulədən, teyfdən, xortdandan qorxan da var.

Ancaq sözdən qorxanı dünyada görən hanı?

- Yox, bu adi söz deyil,TÜRK sözüdür, ay canım!

Sus, tanıdım mən səni, vicdanı çoxdan susan!

Otuz yeddinci ilin lap dibinin xıltısan.

Sən neçənci ildənsən?

Qırxıncıdan?

fərqi?

Hələ heç doğulmamış qorxuludur qorxaqlar,

Bütün cinayətlərdə qorxağın barmağı var.

Sənin kimilərini süpürməsək cahandan,

Inan, bir qayıdar bəlkə o qırğın, o qan.

Sənə xitab etməyi ar bilsəm özümə,

Gərək davam eləyim başladığım sözümə.

Dinlə: hər halda səndən beş-altı yaş böyüyəm,

Ərzin ən böyük çayı Nilə bənzəyən TÜRKƏM!

AZƏRBAYCAN TÜRKÜYƏM, bu soyun şah budağı,

Neçə-neçə eranın köksümdədir qaynağı.

Ərzin buz laylarını əridən qüdrət mənəm,

Daş dövrünü yaşayan tunc,

Dəmir dövründə polad əridən qüdrət mənəm.

Avropanı oyatdı Atillanın qılıncı,

O qılıncı Füzuli qələminə çevirən

Cürət, ləyaqət mənəm.

Raketlərin anası arabanı kəşf edən,

qədər uluslara: yunanlara, ruslara,

Tunquslara, lehlərə, almanlara, çexlərə

Min-min sözü bəxş edən bəşər atası TÜRKƏM!

Qulaq as, ey əqli kəm:

Məndən başlanır tarix,

Tarix qədər qocaman, tarix qədər müdrikəm.

TÜRKƏM, neçə millətə öz qanımı vermişəm,

Dənizlər bətnimdədir, ümmanımı vermişəm.

Get dolan Kamçatkanı, Alyaskaya gedib çat,

Amerikaya kəmənd at, orda rişəm var mənim.

Dillərini araşdır,

Öz doğmaca balamdır qədim hindular mənim.

Mən cığır yox, tarixin kəhkəşantək yoluyam,

Dədə Qorqud, Alpamış, Manasam, Koroğluyam.

Şeirin, elmin, rübabın ilk bahar nəsimiyəm,

Türküstanda Farabi, İraqda Nəsimiyəm.

Bir qanadım Nəvai, o biri Yunis Əmrə,

Öyrən, hansı məqamda endim səmadan yerə.

Neçə millətin saçı əllərimlə darandı,

Iohan, İvan sözləri

Bizim "Xan"dan yarandı.

Uluq-Oleq qardaşdır, bəs Uğur-İqor necə?

Bunlar tapmacadır, ovsun, bilməcə.

Volqa-İrtış, Yenisey, Qızılirmaq - qollarım,

Ərzin şah damarıdır mənim döyüş yollarım.

Yox, biganə qalmadım xeyirə, şərə,

Mən "çelovek" sözünü bəxş eylədim bəşərə.

Sınırlanma boş yerə,

TÜRKƏ qarşı tuşlanmış cəsuslar görmüşəm mən,

Bulanlıqkən durulmuş,

Öyrənərkən ayrılıb özü TÜRKƏ vurulmuş.

TÜRKƏM!

Bircə həyatım yetmiş dəniz yelkəni,

Sən get anandan öyrən kimdən qazanmış səni?!

 

Xəlil Rza Ulutürk

Ədalət.-2014.-17 may.-S.20.