İNKİŞAFIN ZAQATALA MODELİ

ARTIQ BELƏ BİR İFADƏ FORMALAŞIR

 

 (əvvəli ötən saylarımızda)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 avqust 2013-cü il tarixli sərəncamı ilə Zaqatala şəhərinin tarixi görkəminin geri qaytarılması abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına şəhərin H.Əliyev prospektində, 28 may, Ü.Sadıqov, Şəhriyar Qarabağ küçələrində 160 min manat dəyərində əsaslı təmir, bərpa abadlıq işləri aparılmış, hazırda bu istiqamətdə işlər davam etdirilir.

Ötən rübdə rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmişdir. Zaqatala şəhərinə yeni çəkilmiş içməli su şəbəkəsində yaşayış evlərinə yeni xətlərin qoşulması, sayğacların quraşdırılması, sazlama gündəlik məhsuldarlığı 10 min kubmetr olan çirkab su təmizləyici qurğular kompleksinin tikintisi işləri aparılmışdır. Zaqatala Sukanal İdarəsi tərəfindən 5000-ə yaxın abonentə yeni istifadəyə verilmiş şəbəkədən içməli su xidmətinin göstərilməsinə başlanılmış bu sahədə işlər davam etdirilir.

2014-cü ilin I rübü ərzində rayonun şəhər, qəsəbə kənd yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilmişdir. Rayonun Qəbizdərə kəndinə daşıyıcı xətlərin çəkilişi başa çatdırılaraq əhaliyə təbii qazın verilməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2013-cü il tarixli Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamı ilə on altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun təmiri məqsədi ilə Prezidentin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə ayırmış vəsait hesabına avtomobil yolunda tikinti işləri davam etdirilmişdir.

Kommunal müəssisələri Kombinatı tərəfindən 2014-cü ilin I rübü ərzində əhaliyə 56.2 min manat dəyərində xidmətlər göstərilmişdir.

Birinci rübdə rayonda əhaliyə 237,2 min manat həcmində poçt rabitə xidməti göstərilmişdir. 01 aprel 2014-cü il tarixə rayonda genişzolaqlı internet xidməti istifadəçilərinin sayı 304 abonent artaraq 5984 abonent olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1625 abonent çoxdur.

 

Təhsil sahəsindəki uğurlar

 

Hesabat dövründə rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinə hərtərəfli yardım göstərilmişdir.

Rayonun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi üçün mövcud təcrübənin təkmilləşdirilməsinə yeni mexanizmlərlə işləməsinə diqqət artırılmış, rayonun məktəblərində açıq dərslər keçirilmişdir. Əliabad qəsəbə 1 saylı, Yolayrıc kənd tam orta, Danaçı kənd 4 saylı ibtidai məktəblərində kurikulum nəzəriyyəsi öyrənilmiş, eyni zamanda Qandax kənd tam orta, Şəhər 5 saylı, Car 2 saylı ümumi orta məktəblərində riyaziyyatın tədrisi vəziyyəti öyrənilərək rayon Təhsil şöbəsinin şura iclasında müzakirə edilmişdir.

"Cəsurlar" "Şahin" oyunlarının rayon birinciliyi başa çatmış, Balakən rayonunda keçirilən "Cəsurlar" idman oyunlarının zona birinciliyində Humanitar Fənlər Gimnaziyasının komandası I yeri tutmuşdur.

Ağcabədi şəhərində Xocalı soyqırımına həsr edilmiş Respublika şahmat yarışında rayon Şahmat məktəbinin şagirdi Mirzəyev Fərid Mais oğlu II yerə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçirilən Respublika şahmat festivalında Muradova Zərifə Natiq qızı III yerə layiq görülmüşdür.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə Heydər Əliyev irsinin dərindən öyrədilməsi məqsədi ilə qrafik əsasında rayonun Heydər Əliyev Mərkəzində dərslərin keçirilməsi davam etdirilir.

 

Səhiyyənin inkişafına qayğı diqqət

 

Rayonda səhiyyənin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, elektron sağlamlıq kartlarının verilməsi işi davam etdirilmiş, 2014-cü ilin I rübü ərzində xəstəxana 95315 manat dəyərində dərman sarğı materialları ilə təmin edilmişdir. Ərzaq təminatındakı problemlər aradan qaldırılmış, xəstəxananın gündəlik yükü 60-70 xəstə sayından 110-120 xəstə sayına qədər artmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Rayon İcra Hakimiyyətinin Şura yığıncağının qərarına əsasən xəstəxanada qərargah yaradılmış əhalinin kütləvi profilaktik müayinələrə cəlb olunması işinə start verilmişdir. Müayinə işləri ərazi nəzərə alınmaqla 5 mərkəzdə həyata keçirilir. Bundan əlavə rayon üzrə 3 səyyar həkim briqadası da təşkil edilmişdir. Müayinələr rayon ərazisində olan hərbi hissələrdə aparılır.

Görülən işlərin nəticəsi olaraq 01 aprel 2014-cü il tarixə qədər əhalinin 34559 nəfərinin tibbi profilaktik müayinəsi təşkil olunmuşdur. Rayon üzrə fəaliyyət göstərən bütün təşkilat müəssisələrdə çalışan əməkdaşların obliqat qruplar üzrə tibbi müayinəsi yekunlaşdırılmışdır. Eyni zamanda həkim məntəqələri olmayan ucqar kəndlərdə həm məktəb şagirdlərinin, həm əhalinin müayinəsinə başlanılmışdır.

 

Mədəniyyət Turizm

 

Respublikamızda bütün sahələrinin dinamik inkişafı mədəniyyət sahəsinin inkişafını sürətləndirmişdir. 2014-cü ilin I rübündə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sərgilər, stendlər təşkil olunmuş, kompozisiyalar göstərilmiş, fevral ayının 5-də rayon mədəniyyət evində "Türk Azərbaycan ənənəvi əl sənətləri", fevral ayının 25-də Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar rayon mədəniyyət evinin foyesində ümumrayon sərgisi təşkil olunmuş, Heydər Əliyev Mərkəzinin hazırladığı "Tarixə yazılmış Qanlı faciə" sənədli filmi nümayiş etdirilmiş, 26 fevral tarixində rayon xalq teatrının həvəskar aktyorlarının çəkdiyi "Xocalı həqiqətləri" filminə baxış keçirilmişdir.

Rayonda zəngin folklor tariximizi mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı ilə əlaqədar təntənəli tədbirlər keçirilmişdir. Bakı şəhərində Novruz bayramı ilə əlaqədar keçirilən sərgidə rayon üzrə turizm məhsulları ilə yanaşı kənd təsərrüfatı, arıçılıq, şirniyyat məhsulları, milli mətbəx, sənətkarlıq nümunələrinin satış yarmarkası təşkil edilmiş, folklor sənətkarlıq nümunələri nümayiş etdirilmişdir.

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-17-19 may.-S.19.