BALAKƏNDƏ YENİ DÖVRAN
(əvvəli ötən
saylarımızda)
Ölkənin inkişaf strategiyasında
Balakənin xüsusi yeri
2014-cü ilin birinci
rübündə rayon ərazisində
abadlaşdırma, tikinti,
təmir və quruculuq işləri sürət və keyfiyyətlə aparılmışdır. Ölkə Prezidenti
İlham Əliyevin
2013-cü ilin avqust ayında imzaladığı
sərəncama uyğun
olaraq Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala
avtomobil yolunun tikintisinə başlanmışdır.
Ölkə Prezidentinin həmin
tarixdə imzaladığı
digər Sərəncama
əsasən abadlıq
işlərinin davam etdirilməsi üçün
rayon icra hakimiyyətinə
ayrılan vəsait hesabına şəhərin
R. Səmədov küçəsində
yerləşən bağ
abadlaşdırılaraq yenidən
qurulmuş və burada Soyqırım qurbanlarının xatirəsinə
abidə kompleksi tikilmişdir. Şəhərdə
yol nişanları daha müasirləri ilə əvəz edilmiş, şəhərin
R.Səmədov, M.Əsədov,
Ə.Ansuxski, S. Gözəlov,
N. Nərimanov, Z.Əliyeva
küçələrində kommunal binaların dam örtüyü dəyişdirilmiş,
fasad hissələri üzlənmiş, küçə
və səkilərdə
abadlıq və quruculuq işləri aparılmışdır. Qabaqçöl qəsəbəsinin mərkəzində
yerləşən park abadlaşdırılmış,
ərazi işıqlandırılmışdır.
Görülən işlərin
dəyəri 445,6 min manat təşkil etməklə abadlıq işləri davam etdirilir.
Məktəb tikintiləri sahəsində
280 yerlik Talalar kənd tam orta məktəbinin inşası
davam etdirilmişdir. Məktəb binası yeni dərs ilinə şagirdlərin istifadəsinə
veriləcəkdir. Rayonun Şərif,
Qaysa və Şambul kəndlərində
yeni uşaq bağçalarının tikintisinə
başlanılmış, Sarıbulaq
kəndində isə
uşaq bağçasının
əsaslı təmirinə
yaxın günlərdə
başlanacaqdır. Bundan əlavə
420 yerlik Şərif kənd tam orta məktəbinin tikintisinə
başlanması və
İnternat ümumtəhsil
məktəbinin əsaslı
təmiri işlərinin
aparılması nəzərdə
tutulur.
Əhaliyə xidmət sahələri
günün tələbləri
səviyyəsində
Rayonun qazla təchizatının
yaxşılaşdırılması sahəsində I rübdə
rayona gələn 219
mm-lik qaz xəttinin 10000 p/metr məsafədə 325 mm-lik
polad boru ilə əvəzlənməsi
üçün hazırlıq
işləri görülmüşdür.
Qaz xətlərində zəruri
təmir işləri
aparılmış, 233 ədəd
sayğac müasir tipli sayğacla əvəz edilmişdir.
Hesabat dövründə istilik xidməti göstərilməsi
sahəsində qazanxanalar,
müxtəlif ölçülü
istilik və su xətləri təmir edilmiş, istilik xidməti göstərilən abonentlərin
sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artmışdır.
Əhalinin içməli su
ilə təminatının
yaxşılaşdırılması sahəsində su anbarları, magistral və şəhər su xətləri təmir olunmuş, şəhərin Ə. Ansuxski
və Nizami küşələrində yerləşən
3 yaşayış binasının
su və kanalizasiya xətləri yenilənmiş, kanalizasiya
lyukları tikilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin "Əkin
sahələrinin suvarma
suyu ilə təminatının yaxşılaşdırılmasına
və əhalinin içməli suya olan tələbatının
ödənilməsinə dair
əlavə tədbirlər
haqqında" 29 yanvar
2014-cü il tarixli Sərəncamına
əsasən rayonda 10
artezian quyusunun qazılması nəzərdə
tutulmuşdur. Tədbirin icrası
məqsədilə artezian
quyularının qazılması
üçün müvafiq
yerlər seçilmişdir.
Püştətala, Kortala və
Hənifə kəndlərində
3 ədəd artezian quyusu qazılmış, Qazbinə kəndində isə daha bir
quyunun qazılmasına
başlanılmışdır.
Əhaliyə elektrik enerjisi verilişi sahəsində
keyfiyyətin artırılması
üçün 8 transformator
əsaslı, 47 transformator
cari təmir edilmişdir. Yüksək və aşağı gərginlikli elektrik hava xətlərində 12
yeni dəmir beton dayaq basdırılmış,
800 metr məsafədə
0,4 kvt-luq elektrik verilişi xətləri
"SİP" kabellə əvəz
edilmişdir.
Əhaliyə rabitə xidmətlərinin
göstərilməsi sahəsində
Meşəşambul kəndində
256 nömrə tutumlu
yeni elektron telefon stansiyası quraşdırılmış, xətt
şəbəkəsi qurulmaqla
əhaliyə telefon çəkilişinə başlanılmışdır. Ə. Ansuxski
küçəsində 400 metr məsafədə hava rabitə xətlərinin yeraltı
aparılması üçün
kabel kanalizasiya quyusu tikilmiş, kabellərin köçürülməsinə
yaxın zamanda başlanacaqdır.
I rübdə rayon üzrə
264 nəfərə telefon
çəkilmişdir ki,
bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə
çoxdur. Genişzolaqlı, yüksək sürətli
internet istifadəçilərinin sayı rüb ərzində 300 nəfər
artaraq 2375 nəfərə
çatdırılmışdır.
Bununla belə, bu sahədə
çox işin görülməsinə, bütün
yaşayış məntəqələrinin
telefonlaşdırılmasına, xətt şəbəkəsinin
yenidən qurulmasına
ehtiyac vardır.
Pensiya işi və aztəminatlı ailələrə yardım
məsələləri
1 aprel 2014-cü il tarixə pensiyaçıların
sayı 12407 nəfər,
aylıq pensiya tələbatı 1,8 milyon manat, orta
aylıq pensiya məbləği 151 manat olmuşdur. Hər pensiyaçıya düşən orta aylıq pensiya məbləği keçən
ilin müvafiq dövrü ilə müqayisədə 18 manat
artmış, 1 aprel tarixə əhalinin rüblük pensiya tələbi ödənilmişdir.
Hesabat dövründə 3441 nəfərə
sosial müavinət,
276 nəfərə təqaüd
ödənilmiş, ünvanlı
sosial yardım təyin olunmuş 1870 ailəyə ödəniş
aparılması davam etdirilmişdir. 2013-cü ilin
müvafiq dövrü
ilə müqayisədə
sosial müavinət alanların sayı 187 nəfər, ünvanlı
sosial yardım alanların sayı 546 ailə artmış, təqaüd alanların sayı 1 nəfər azalmışdır. Hər
ailəyə düşən
yardımın orta aylıq məbləği
131,3 manat təşkil etmişdir.
Xüsusi diqqətdə saxlanılan
tədbirlər
Məktəblərdə və məktəbdənkənar uşaq
tərbiyə müəssisələrində
təlim-tərbiyənin, hərbi
vətənpərvərlik işinin keyfiyyətinin yaxşılaşdırılması, xüsusi qabiliyyətli şagirdlərin aşkar edilməsi sahəsində
məqsədyönlü iş
aparılmışdır. Keçirilən respublika miqyaslı yarış və turnirlərdə rayonun əksər ümumtəhsil
və məktəbdənkənar
müəssisələrinin şagirdlərinin iştirakı
təmin olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və
tapşırığına əsasən rayonumuzda əhalinin kütləvi tibbi müayinədən keçirilməsinə başlanılmış,
1 aprel tarixinə tibbi müayinədən keçirilməsi nəzərdə
tutulan əhalinin 92 faizi müayinədən keçirilmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-21 may.-S.7.