BALAKƏNDƏ YENİ DÖVRAN

(Əvvəli ötən sayımızda)

 

Hesabat dövründə rayonun bütün mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərin, milli və dövlət bayramlarının, yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi təmin edilmişdir.

Qeyri-maddi mədəni irsin qorunması, təbliği təşviqi istiqamətində aparılan islahatların davamı kimi Azərbaycan Pespublikası Mədəniyyət Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı ilə əlaqədar 2014-cü ildə Balakən "Azərbaycanın folklor paytaxtı" elan edilmişdir.

 

Rayon idmançılarının uğurlu çıxışları

 

Hesabat dövründə rayonun idmançıları 24 respublika səviyyəli yarışlarda iştirak etmişlər. Həmin yarışlarda idmançılar 4 dəfə I yeri, 2 dəfə II yeri 5 dəfə III yeri tutmuşlar. Müvafiq dövr ərzində gənclər arasında müxtəlif növ müsabiqə görüşlər, idman sahəsi üzrə rayon səviyyəli yarışlar keçirilmişdir.

Yunan-roma güləşçiləri Rəsul Çunayev respublikanın yığma komandasının tərkibində Finlandiyada keçirilən Avropa çempionatında II yerə, Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq turnirdə Hacımurad Çöpsiyev I yerə, Hacımurad Bağmanov isə III yerə çıxmışlar.

Ümumilikdə 2014-cü ildə keçirilən yarışlarda 2026 nəfərdən çox yeniyetmə gənc iştirak etmişdir.

Rayon gənclərinin "Cəsurlar", "Şahin" hərbi idman oyunlarının, "Xəmsə" milli intellektual oyununun, "Hünər" vətənpərvərlik mahnıları müsabiqəsinin, "Böyük səhnə" layihəsinin rayon, zona respublika yarışlarında iştirakı təmin edilmişdir.

 

Qarşıda duran vəzifələr

 

Sonda Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev demişdir:

- Etiraf olunmalıdır ki, qısa müddət ərzində xeyli görülmüş, bütün səylərimiz əhaliyə xidmət etməyə, insanların həyat səviyyəsinin rifahının yaxşılaşdırılmasına yönəldilmişdir.

Nazirlər Kabinetinin I rübün yekunlarına dair hesabat müşavirəsində ölkə Prezidenti cənab İlham Əliyev qarşıda duran vəzifələr barədə fikirlərini bildirərkən Dövlət investisiya proqramının sosial proqramların uğurla icra olunduğunu qeyd etmiş, daxili bazarın inkişafının, özəl sektorun inkişafına yönəldilmiş əməli tədbirlərin icrasının, ərzaq təhlükəsizliyinin, aqrar sahədə kadr hazırlığının əhəmiyyətini xüsusi vurğulamışdır. Yeni regional inkişaf proqramında xüsusilə kənd təsərrüfatına dövlət qayğısı nəzərdə tutulur.

Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkə Prezidentinin qeyd etdiyi kimi ərzaq təhlükəsizliyinin təmin olunması idxaldan asılılığın azaldılması üçün bizim bir yolumuz var. Bu da ondan ibarətdir ki, mövcud iqtisadi potensialdan, əmək ehtiyatlarından, torpaqlardan maksimum səmərəli istifadə edilməlidir. Taxılçılığın, xüsusilə qarğıdalı əkininin inkişafına, bu sahələrin genişləndirilməsinə çalışmalıyıq əhali arasında da bu istiqamətdə təbliğat işi təşkil edilməlidir. Kənd təsərrüfatı texnikasına olan tələbatın tam ödənilməsi üçün əlavə texnikanın gətirilməsi istiqamətində aparılmalıdır. Cari ildə ümumi əkin sahələrini 5 faiz artırmaqla 12295 hektara, qarğıdalı əkinlərini isə 5,7 faiz artırmaqla 7469 hektara çatdırılması nəzərdə tutulur. Bu göstəricilər bizim istehsalçılarla birgə müəyyən etdiyimiz hədəf göstəricilərdir. Bu sahədə məhsul istehsalçılarına, sahibkarlara, torpaq mülkiyyətçilərinə hər cür köməklik göstərməyə hazırıq. 16 aprel 2014-cü il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" daha bir sərəncam imzalanmışdır. Bu sərəncam aqrar sahə ilə bağlı məsələlərin həllində mühüm rol oynayacaqdır. Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyinin rayon şəhər idarələri yaradılacaqdır ki, bu da aqrar sahədə idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırılması deməkdir.

Maliyyə intizamının möhkəmlənməsi maliyyə vəsaitlərinin xərclənməsinə ciddi nəzarət olunmalıdır. Rayonun büdcə təşkilatlarında 2015-ci büdcə ili üçün proqnoz göstəricilərin layihəsi hazırlanır. Hər bir büdcə təşkilatı öz xərclərini dəqiq proqnozlaşdırmalı, əsaslandırmalı maliyyə orqanına təqdim etməlidir.

Ekoloji problemlərin həlli, ətraf mühitin yaşıllıqların qorunması, meşə əkinlərinin artırılması meşələrin mühafizəsi işlərinə diqqət artırılmalıdır. Yol kənarlarına, park bağlara əkilən ağaclara düzgün qulluq göstərilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Rayonda genişmiqyaslı işlər aparılır. Çoxmənzilli kommunal binaların fasadı üzlük daşla üzlənir, dam örtükləri yenilənir, küçə səkilər, park bağlar, abadlaşdırılır, R.Səmədov, Ə.Ansuxski, N.Nərimanov, M.Əsədov küçələrində Atatürk prospektində divarlar aqlay təbii dekorativ daşla üzlənilir. Həmin ərazilərdə müasir səviyyədə küçə işıqlandırılması qurulacaqdır. Eyni zamanda, Qabaqçöl qəsəbəsində abadlıq-quruculuq işləri aparılır.

Cari ildə 1 məktəb, 3 uşaq bağçası tikilərək, bir uşaq bağçası isə əsaslı təmir edilərək istifadəyə veriləcəkdir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhər ərazisində tikiləcək 100 yerlik 2 yeni uşaq bağçası üçün Heydər Əliyev prospektində M. Əsədov küçəsində torpaq sahəsi ayrılmış layihələndirmə işlərinə başlanmışdır.

Su-elektrik stansiyasının tikintisi yekunlaşmaq üzrədir. Rayon polis şöbəsi üçün artıq yeni inzibati binanın tikintisinə başlanılmışdır. Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Eyni zamanda, bələdiyyələr tərəfindən digər kəndarası yolların 10 kilometr məsafədə asfaltlanması təmin ediləcəkdir. Asfalt örtüyü çəkiləcək yolların su, işıq, rabitə digər kommunikasiya xətləri yenilənməli həmin ərazilər boyu abadlıq işləri aparılmalıdır.

İlin sonunadək təhsil, səhiyyə mədəniyyət obyektlərində əsaslı cari təmir işləri aparılacaq, magistral yolun Qazbinə yaşayış məntəqəsinin ərazisindən keçən hissəsində küçə işıqlandırılması qurulacaq, şəhər küçələri asfaltlanacaqdır. Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında şəhidlərimizin uyuduğu "Şəhidlər xiyabanı"nda yüksək keyfiyyətli təmir abadlıq işləri aparılacaqdır...

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-22 may.-S.7.