RƏFAİL LAÇINLININ
"VƏTƏN YANğISI"
(“Bölgələrdə ədəbiyyat”
silsiləsindən)
Haqdan yanan şamam, sönən deyiləm,
Rəfail, arzumdan dönən deyiləm.
Laçına dönməsəm, ölən
deyiləm.
Bu misralar qəlbi
yurd həsrəti ilə döyünən, uca dağlar qoynu Laçında doğulub indi onun həsrətini çəkən Rəfail
Laçınlınındır. Neçə illərdir ki, o, Sumqayıtda yaşayır,
bu şəhərin ədəbi mühitində
fəal iştirak edir, yurddaşları ilə-özü kimi dərdli olanlarla tez-tez görüşür,
dərdini, nisgilini isə şeirə çevirir.
Dağlarda bağ saldım,
bəhrəsin dərəm,
Vaxtsız xəzan vurdu, saraldı getdi.
Laçın bəsləyirdim, şikar
ovlayam,
Bəxtə bax, əlimdən
sar aldı
getdi.
Şeirə həvəsi Laçında
yaşayanda, orta məktəbin yuxarı siniflərində oxuyanda yaranıb. Amma illər keçib,
yazdıqlarını bir
kimsəyə göstərməyib.
Şeirə gəlməyində iki şairin-Nəriman Həsənzadənin və
Ağa Laçınlının
məsləhət və
tövsiyələrinin böyük
rolu olub. İndi Rəfail üç kitabın müəllifidir,
Yazıçılar Birliyinin
üzvüdür.
Yeni kitabının adı
"Vətən yanğısı"dır
və bu kitabda doğrudan da öz doğma
kəndindən, Laçının
yalçın qayalarından,
buz bulaqlarından, səfalı yaylaqlarından,
səmada süzən
qartallarından, zərif
bənövşələrindən ayrı düşən bir insanın dərdinin, nisgilinin şahidi oluruq.
Bulud idim, qəhərlənib dolmuşam,
Qönçə idim, kədərimdən
solmuşam,
Yetim kimi boynu bükük
qalmışam,
Bənövşəsin ühzəmmirəm
dağların,
Qübarına dözəmmirəm dağların.
Tamarzıyam yazda açılan
gülə,
"Alının düzü"ndə
şanə sünbülə,
Özümü oxşadım qəmli
bülbülə,
Ağ gilasın dərəmmirəm
dağların,
Qübarına dözəmmirəm dağların.
Qocaman şairimiz İlyas Tapdıq R.Laçınlının
"Vətən yanğısı"
kitabına yazdığı
ön sözdə deyir: "Rəfailin şeirləri rəngarəngdir.
Müasir dünyamızın, bugünkü soydaşlarımızın
bütün düşüncələri,
kədəri, qəmi,
sevgisi, sevinci onun şeirlərində də öz çəhlimli izini buraxır. Lakin onun bir köçkün
şair kimi qələminin can atdığı
mövzu Vətəndir,
girovluqda qalan torpaqlarımızdır, köçkünlərimizin,
qaçqınlarımızın çəkdiyi ağrı-acılardır.
Dünyadan əlimi üzüb
gedirəm,
Məni ağlamaq yox, gülüş qaytarar.
Bu nakam şairi son səfərindən
Doğma Laçınıyla görüş
qaytarar".
Rəfail Laçınlı üçün
Vətən öz doğma kəndindən və Laçından başlayır. O, yuxusunda da Laçın dağlarını görür:
"Ətəyində bostan,
tağ görürəm
mən, Yatıb yuxumda da dağ
görürəm mən".
Onun şeirlərində DAğ
ayrıca obrazdır.
Bir şeirində yazır ki, dostumla bir
dağa getmişdim.
Amma bu dağın:
"Yalçın-yalçın qayası yox, Laçınların yuvası
yox. Qartal süzmür göylərində,
Lalə bitmir düzlərində, Çaşqın
baxır gözlərim
də.. Turşsu kimi yaylağı yox, Qırxqız kimi oylağı yox. Bu dağ
mənim dağım deyil". Ümumiyyətlə, bu dağ oğlunu kəndiylə və Laçınla bağlı xatirələr
tərk etmir. Çox sadə şəkildə həsrətini,
harayını ifadə
edir:
Laçın dağlarından salıb
söhbəti,
Kövrəldib a dostum, ağlatma məni.
Qırxqız yaylağının tər
gülü mənəm,
Hocaz ovlağının sünbülü
mənəm,
"Dik daş"ın yaralı bülbülü
mənəm,
Yaram qan verəcək, oxlatma məni,
Kövrəldib a dostum, ağlatma məni.
Rəfailin Laçın həsrəti
o dərəcəyə çatır
ki, oğluna yazdığı bir şeirdə deyir: "Oğlum, bu dünyadan köçüb
gedəndə, Məni
dağ döşündə,
talada basdır...gİyirmi ildir ki, qana-qan deyən,
Vətən, Vətən
adlı yarada basdır". Bu hissləri
təbii qəbul etmək lazımdır, çünki insan doğma torpağı, doğulduğu, kəndi, mahalı işğal altında görürsə
və o torpağa, yurd yerinə hələ qovuşa bilmirsə, bu hisslər heç vaxt boyatlaşmayacaq, həmişə o həsrətkeşin
içində yaşayacaq.
Rəfail Laçınlı da bir çox adı qaçqın olan soydaşlarımız
kimi bir gözü ağlayırsa,
bir gözündə yaş yox, qəzəb
qığılcımları görünür. O da inanır ki, bir gün olacaq,
Ali Baş Komandan əmr verən kimi düşmən üstünə yüyürəcəyik,
qüvvətli ordumuzun
zəfər sədalarını
eşidəcəyik. Ona
görə də üzünü əsgərlərə
tutub deyir:
And iç anaların ağ birçəyinə,
And iç şəhidlərin
qan köynəyinə,
And iç o tapdanmış qız ləçəyinə,
Namusa, qeyrətə, papağa
and iç.
Murov, Kirs dağını aşmalısan sən,
Sel olub, kükrəyib daşmalısan
sən.
Gözəl Şuşamızı almalısan sən,
And iç,
Topxanaya qalxmağa and
iç.
Rəfail Laçınlının şeirləri
sadə, səmimi bir dillə qələmə alınıb. Onun şeirlərinin
hamısı heca vəznindədir, xalq şeirinin qoşma, gəraylı kimi formalarına daha çox müraciət edir.
Gəzməli çağıdı indi dağların,
Yaz gəlib,
dərəsi, düzü
oyanıb.
Silkinib atıbdı ağ
çuxasını,
Talanın kövşəni ala boyanıb.
Qartal oylağını süzüb
yoxlayır,
Sona
"Qara göl"ü
üzüb yoxlayır,
Bülbül, gül hicrinə
dözüb yoxlayır,
Tər bənövşə
kol dibindən boylanıb.
Rəfail
saxlayır mərdlərin
yasın,
Fələk qara gətdi neçənci yazın.
Şair
ilham alıb de, nədən yazsın,
El-obası, yurd-yuvası
talanıb.
Bir ağrılı
məqamı qeyd etmək istəyirəm. Neçə
il öncə
Rəfail Laçınlının
on yeddi yaşlı oğlu Şəhriyar dənizdə boğuldu. Bu, içində Laçın dərdi gəzdirən bir atanın ürəyində
ikinci bir dərdin də ucalmasına gətirdi.
Nə yaxşı ki, bir oğul uşağı
da dünyaya gəldi (indi onun yeddi yaşı
var), onun da adını Şəhriyar qoydu. Amma bu sevinc də
uzun sürmədi.
Rəfailin həyat yoldaşı
dünyasını dəyişdi,
görünür böyük
oğlunun ölümü
onu yaman sarsıdıbmış.
Bir qərib köç etdi qürbət diyardan,
Ruhən öz yurduna qovuşmaq üçün.
Vətən həsrətindən alışıb yanan,
Qəlbini dağlarda soyutmaq üçün.
Bir Leyli köç etdi, usanıb candan,
Məcnunu səhrada sərgərdan qoyub.
Sevgi yox, dərd-bəla gördü həyatdan,
Getdi etibarsız
dünyadan doyub.
Bir ana köç etdi küskün, pərişan,
Şəhid övladına qovuşmaq üçün.
Analı-balalı qohum-qardaşnan,
Əbədi bir yerdə uyumaq üçün.
Dərdlər böyükdür, amma Rəfail Laçınlı
bu dərdlərə sinə gərməyi bacarır və bir də şeir
onun dərdlərini ovunduran bir dərmandı. Biz Rəfail Laçınlı
kimi yüzlərlə,
minlərlə soydaşlarımızın
Vətəndə Vətən
həsrətini başa
düşürük. R.Laçınlı deyəndə
ki: "Öz yurdumda qaçqın adı almışam, Vaxtsız xəzan vurub, gül tək solmuşam..."
biz onu və onun kimi dərdli
soydaşlarımızı anlayırıq. Bəli, bu dərdlər
təkcə onların
yox, hamımızın
dərdidir. Bilirik
ki: "Dağlar oğlu düşüb dağından ayrı, Bostanından ayrı, bağından ayrı... Həkərisi, Bərgüşadı
alınıb... " -
bu hamımızın
dərdidir. Ona görə də
Rəfailə - bu dağlar oğluna bir tövsiyəmizi bildiririk ki, şeirlərində qələbəyə
inam hissini gücləndirsin. O hisslə,
o duyğuyla yaşasın
ki, Laçın da, Qubadlı da, Kəlbəcər də, Zəngilan da, Ağdam da, Füzuli də gec-tez işğaldan azad ediləcəkdir. Bu inamlı
misralarla R.Laçınlının
şeirləri barədə
sözümü bitirmək
istəyirəm:
Türksən deyib qarı düşmən,
Savaş
edir bu gün
mənnən,
Qalx ayağa vətən oğlu,
Baban türkdü,
sən də türksən.
Büdrəsəm də qalxacağam,
Yeni cığır salacağam,
Azad edib Qarabağı,
Qisasımı alacağam.
VAQİF
YUSİFLİ
ədalət.-2014.-22 may.-S.7.