Ordum da var,
Yurdum da...
“N” saylı hərbi hissədə keçirilən tədbirdən
düşüncələr
"Ey Ana Yurdum-Azərbaycan!.." Fonoqramla səslənən musiqi, dünya şöhrətli
Müslüm Maqomayevin
əzəmətli səsi
bir an içində ətrafa yayılır.
Könülləri riqqətə gətirən,
ruhları coşduran bu məğrur mahnı sərhəd bilməyərək, düzdən-dərədən
keçərək çox
da uzaqda olmayan təmas xəttinə çatır
və barmağı hər zaman tətikdə olan erməni əsgərlərinin
bağrını yarır.
Sinəsini çərtən
səs diksindirir qarı düşmənlərimizi ...
Füzuli Rayon Mədəniyyət Evinin yaradıcı heyətinin
və Xalq Çalğı Alətləri
Ansamblının iştirakıyla
"N” saylı hərbi
hissədə təşkil
olunan konsert-kompazisiyası
belə başladı. Sonra...
Duyğuları dilə gətirən
musiqini poeziya əvəz edir; "dünya Azərbaycandan başlayır..."
Süfrə halallığından başlayır
Azərbaycan!
Çeşmə duruluğundan ,
Sisi, şehi, dumanı
çöhrəsində səngiyən
ayın hilallığından
başlayır
Azərbaycan.
Həzin
yaz yağışından,
Bir ahu baxışından,
Balaca çay daşının
çil, xallı
naxışından,
Bir bakirə gözəlin
günahsız göz yaşından,
Bir Ana hikkəsindən,-
namərdə qarğışından...
başlayır Azərbaycan!
Azıx
mağarasından,
Zərdüştdən, Dədəm Qorquddan,
Hələbdə Nəsiminin qolları
vurulduğu
o edam kötüyündən,
Çaldıranda hələ də
qurumayan,susmayan,
fışqıran qan iyindən,..
Qara yanvardan,
Daşaltı xəyanətindən,
Xocalı
müsibətindən,
Xocavənd qırğınından,..
Dilbilməz körpələrin
naləsindən, ahından,
Ölümsüzlük hökmüylə
ölümü güllələyən
şəhidlərin ruhundan başlayır
Azərbaycan.
Azərbaycan əsgəri!
Sən torpağı yuxusuz,
sərvaxt gecələrinlə
ayıq-sayıq qorusan
bu torpaq Yurd, Vətəndir,
qorumasan,- yox!
Sən Vətənin gözünün
didəsisən,
nurusan,
Vətənin qürurusan,
Sən
... məsləki durusan,
Bu torpaq sərvətindir.
Yurdumun sabahına
sən ümidlə bax!..
Azərbaycan əsgəri!
Dünya
Azərbaycandan başlayır;
Müqəddəs bil bu torpağı,
asimanı.
Qoru Azərbaycanı!..
Torpağın, Vətənin keşiyində
dayanan tankçılar
korpusunun zabit və əsgərlərini
salamlayan aparıcı
qeyd etdi: "Bu Yurdun, bu Məmləkətin
duyan qəlbi, görən gözü, silah tutan əlləri-
Sizsiniz!Ona görə, Vətən də sizdən arxayındır, ata-analarımız
da, doqquz milyonluq Xalqımız da.Sizə bu şərəfli işdə
uğurlar arzulayırıq.Biz
bu gün sizlərə xoş ovqat bəxş eləmək üçün
burdayıq.
Şair S.A.Özgün də öz növbəsində
əsgər və zabitlərimizi salamladıqdan
sonra Qarabağın tarixindən, nankor qonşularımızın xəyanətindən,
dünyanın müxtəlif
qütblərindən olan
tədqiqatçı -alimlərin,
şair və filosofların ermənilər
haqqında dediyi dürüst, hikmətli fikirlərdən sitatlar gətirdi.
"... Əcəl haqlamışdı ananı.
Vida anları yaxınlaşanda
oğlunu yanına çağırıb dedi:
-Oğul, ölüm haqdır.Mən əbədiyyətə
qovuşandan sonra Savalan dağının zirvəsinə qalxıb yuxuya gedəcəksən.Atın
da keşiyini çəkəcəkdir.O zaman
oyanacaqsan ki, baxıb görəcəksən;
poladüz qılıncın
qınından sıyrılıb,
yönü sənə
tərəfdir. Onda bil ki, Vətən dardadır, sən atlanmalısan.
Ana bunu deyib gözlərini yumdu. İgid isə
hələ də Savalanın zirvəsində
yatır.Qızılı yalmanlı
ürgə isə şahə qalxır, dırnağıyla yeri didir.
Qançırdı dodağı, dizi, dırnağı,
Dağların sinəsi didik-didikdi.
Dəli
kişnərtisi onun bayrağı,
Fınxıra-fınxıra eşinir dikdə;
Savalanda
yatan igid, qalx!
Cilovu gəmirir ürgə, az qalır
Sıyrılmış qılıncdan özü
yapışa.
Sanki dilə gəlir:"Düzlənib cərgə,
Oyan, ey igidim, atlan
döyüşə!...
Savalanda
yatan igid,qalx!
"
Qaytar Zəngibasarı,
Qaytar,.. Mehrini qaytar!
Qaytar,.. Vedini qaytar!
Göyçə göllər tacıdır,-
Göyçə adını qaytar!
Qaytar Dərəçiçəyi,
Axtanı,
Dilicanı,
Qaytar əzəl adına
anam Azərbaycanı.
Qaytar şəhid yurdları,-
Ağdamı, Füzulini.
Qaytar Xanın, Cabbarın
"Segah" deyən
dilini.
Laçın bürcünü qaytar,
Şuşa tacını qaytar!..
Sən müqəddəs borcunu,-
Vətən borcunu qaytar!
"
Şair
daha sonra qeyd etdi: "Həyat, baş verən hadisələr bir amili təsdiq
edir; insan ömrünün elə bir anı var
ki, sən həmin anda ya qəhrəman ola bilərsən,
ya da qorxaq.
Türk oğlunun (ermənilərdən
fərqli olaraq) əksərən belə anlarda qəhrəman olduğunu sübut edən faktlar yetərincədir.Məsələn. XXI əsrin ilk Milli Qəhrəmanı Eltun İsgəndərov ordu sıralarında xidmətinin
altıncı ayında
"Xidmətdə fərqlənmiş
sərhədçi" döş
nişanı ilə təltif edilmiş, ay yarım keçməmiş,-
18 iyun 2009-cu ildə Dövlət sərhədinin
mühafizəsi zamanı
döyüş tapşırığının
yerinə yetirilməsi
zamanı qəhrəmanlıq
nümayiş etdirərək
komandirlərinin və
əsgər yoldaşlarının
həyatını öz
həyatı bahasına
xilas etmişdir.Hadisə
belə olmuşdur; peşəkar cinayətkarlar
olan sərhəd pozucularıyla döyüşdə
atılan qumbaranı tutaraq sinəsinə sıxmışdır. O, gizlənə,
hədəfdən yayına
da bilərdi,ancaq
belə etmədi...
Fikrimcə,adı dünyaya
bəlli olan Ramil Səfərov da belə etdi...
Mən Ramilə həsr etdiyim ikinci poemamda ("Ramil Vətənə döndü") deyirəm:
Qardaş,
illər öncə,2004-də
qalxdın-
qılınc kimi sıyrıldın qından,
Qalxdın-
vəcdə gəldin,
kükrədi qanın.
Qalxdın- Bayraq kimi,
qalxdın -Haqq kimi.
Qalxdın...
bic erməni, iflic erməni
qorxub yerə sindi yapalaq kimi.
Qalxdın-
qürrələnən, özündən
razı
"qalib bir
millətin" daz peysərinə
enən sərt,qranit şapalaq kimi,
Qalxan əl bəd, çirkin
iblis əmələ
Dəyən şilləsiydi Azərbaycanın! "
Əsgərlərimizin qarşısında nümayiş etdirilən konsert-kompozisiyanın bədii hissəsi də maraqlı keçmişdir.Belə ki,müğənnilərdən Sərvan Sərxanoğlunun, Pərişan Səfərlinin, Səyyarə Fərəcovanın, eləcə də, hərbi hissədəki əsgərlərdən proqrama qatılan Elmin Quliyev və Vətən Babayevin ifa etdiyi Vətən, Qarabağ ruhlu mahnılar hərarətlə qarşılanmışdır. Konsertdə mayor Vüsal Hüseynov tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.
Bir tilsimli düyündür,
Bir paslanmış kiliddir
bu gün Dağlıq Qarabağ.
Orda,.. dağlar qoynunda
ümidlə yol gözləyir
hər ev, hər el, hər ocaq.
Baş Komandan, Xalq bilir,-
ümid Sənədir ancaq!
Maraqlı keçən konsert-kompozisiya
Mübariz Tağıyevin
ifasında "Qalx,qalx,ana torpaq" mahnısının nümayişi
(fonoqram) ilə yekunlaşmışdır.
P.S ... Günün əyilən
vədəsiydi. Günəş şələ-şüləsini
yığıb həsrətində
olduğumuz dağlar arxasına çəkilirdi.Ancaq,
bu təntənəli
görüşdə vüqarla
xidmət edən əsgərlərimizin qəddini
əyilməz gördüm.
Sabir Xanəliyev,
Füzuli Rayon Mədəniyyət Evinin metodisti
Ədalət.-2014.-23 may.-S.7.