Bulaq suyu kimi saf...
Yeni nəşrlər
Dost oldunsa, dostu imtahana çək,
Varsa naxələflik,
tez görünəcək.
Onunla yol getmə sən axıradək,
Naxələfdən gen qaçmağa
nə var ki!
Bu misraların müəllifi
Tofiq Ağayevi tələbəlik illərindən
tanıyıram. Xoş günlərimiz də
olub, ağrılı-acılı
anlarımız da.
Yuxarıdakı misralarda
özünün dediyi
kimi, dost sözü əzizdir, müqəddəsdir,
əvəzolunmazdır. O vaxtdan
bilirəm ki, bu yolda o, hər
çətinliyə, əzab-əziyyətə
dözməyə hazır
olan adamdır. Buna görə də Tofiq müəllim deyir ki,
Dost olanda ürək dostu olasan,
Elə-belə dost olmağa nə
var ki!
Onun bu xasiyyəti dəfələrlə
sınaqdan keçib,
dost-tanışın, qohum-qardaşın
ürəyini dağa
döndərib. O, bulaq suyu kimi saf
olduğu qədər
də bulanlıq işlərdən uzaq adamdır. Aydınlığı, aşkarlığı sevir, ağıllı və mənən təmiz olmağı insanlığın ən
uca zirvəsi sayır.
Ağıl elə bir sərvətdir,
Varla, pula alınmaz.
Gəbə deyil, xalı deyil,
Ayaq altda salınmaz.
Nə qızıldı, nə cəvahir,
O nə ləldi, nə də almaz,
İşlətdikcə artar bəhri,
Zərrə qədər azalmaz!
Tofiq müəllimin
şeir yazdığını
bu yaxınlarda bilmişəm. Lakin onun bu addımı məni qətiyyən təəccübləndirməyib.
Çünki insan yaşa
dolub, ahıllaşdıqca
həyata, baş verən hadisələrə,
insanlara baxışı
da kamilləşir.
Buna görə də illərlə qəlbində məskən
salan fikir və düşüncələri
poetik bir dillə ətrafındakılara
çatdırmağa çalışır.
Bu mənada Tofiq
müəllimi alqışlayıram
və həmin bədii parçalara nəzər salıram.
"Nurlan" nəşriyyatının bu
yaxınlarda çapdan
buraxdığı "Bir
ömürdən düşüncələr"
kitabında öyüd-nəsihətlə,
Vətənə, el-obaya
sevgi və məhəbbətlə dolu
şeirləri oxuyuram.
Bunlar uzun illər Bərdə rayonunda müxtəlif vəzifələrdə
çalışan, həyatın
hər cür keşməkeşlərindən uğurla çıxan, haqqın gözünə
düz baxmağı bacaran bir iqtisadçının
ürək çırpıntılarıdır.
Tam olsan da çoxdu
kəmin,
Nə qayğın
var, nə kərəmin.
Kim gəlir-gedir, nə qəmin,
De ağrayır haran, dünya?
Kitabdakı şeirlərin əsas mövzusu, daha doğrusu, canı-qanı Qarabağ dərdidir. Bu dərdi isə Tofiq müəllim kimi Vətən torpağını, onun hər qarışını sevən insanlar çəkə bilər.
Uzağı görmədik biz zərrə qədər,
Demə, ömrümüzü vermişik hədər.
El-obamız yaman oldu dərbədər,
Olmadı
bir çalan təbil, ay Şuşam!
Gələnlərin kəsilməyir
ayağı,
Erməninin yaman çoxdu dayağı.
İl veririk biz də bayramsayağı,
Yubiley kimi keçir hər il,
ay Şuşa!
Bu şeirlərin əsas
məna və məziyyəti ondan ibarətdir ki, xain qonşularımız torpaqlarımızı vəhşiliklə
işğal etmiş,
şəhərlərimizi, abad kənd və qəsəbələrimizi,
zümrüd bulaqlı
meşələrimizi viran
qoymuşlar. Müəllifi qəlbən sarsıdan
bu məsələlər
qocalı-cavanlı hər
birimizin ürəyini
göynədir, düşmənə
qarşı səfərbərliyə
səsləyir.
"Bir ömürdən
düşüncədər" kitabındakı şeirlər
bir də ona görə maraqlıdır ki, el ağsaqqalı öz yazılarında müstəqil
ölkəmizin hər
yerində gedən geniş quruculuq işlərinə, hər
gün gördüyü,
şahidi olduğu yeniliklərə düzgün
qiymət verir, onları alqışlayır,
təqdir edir.
Mənə elə gəlir ki, Tofiq müəllimin
özü kimi sözü də hər birimizin xoşuna gələcək,
ürəyincə olacaq.
Polad Qasımov
Ədalət.-2014.-24 may.-S.10.