SÖZ KÜÇƏSİNDƏ DASTAN
AXŞAMI...
Dünyanı çoxdan salınmış böyük bir şəhərə bənzətsək, onun birinci-baş küçəsinin söz küçəsi olduğunu görərik. Orada Məhəbbət küçəsi, Ayrılıq küçəsi, Qələbə, Məğlubiyyət, Ehtiram, Laqeydlik küçələriylə yanaşı Cənnət və Cəhənnəm küçələri də var.
Mən ilk dəfə bu dünyada-bu böyük "şəhərdə" Fərqanə Mediyeva ilə Söz küçəsində qarşılaşmışam. Onun özünnən söhbət etdiyim kimi Sözünnən də söhbət etmişəm. Onun yaradıcılığına böyük hörmət bəsləmişəm.
Allahlı olduğunu, sözü necə Allahlaşdırdığını bircə misrasından görmüşəm. Görmüşəm ki, necə də cəsarətlə, ərklə, səmimiyyətlə göylərə üz tutub deyir, deyə bilir:
Sən alın yazırsan, mən şeir, Allah!
O,bütün şeirlərini
bu küçədə,
Söz küçəsində
yazıb. O, bu gün də həmin küçədə
yaşayır. Həmin küçəni
uzatmaqla məşğuldur.
Sevgiyə, məhəbbətə, qələmə, insana, Allaha doğru!
Və adam qalıb
elə qalan ömrünü həmin küçədə yaşamaq
isdəyir.
Həmin küçədə səhərləri
qarşılamaq, axşamları
yola salmaq istəyir.
Dastana bənzəyir
bu küçə, Ömür dastanına. Bu küçədə
addımladıqca özümün
bir şeirimin bir misrası düşür yadıma:
"Dastan axşamıdır
bizdə bu axşam".
Bu dastana qulaq asmaq
üçün həmin
məclisə vara-vara
tam əmin olmaq, inanmaq istəyir adam:
...Aşıq gəlməyəcək
aşıq dalınca
bu məclisə.Bu dastan gecəsinə ömrün özü, könlün özü gələcək. Aşıq
olacaq bu gecə özü! Aşiq olacaq bu gecə özü!
Və bu gecə uzanacaq,
40 gün, 40 gecə.
Ömür dastanını danışmağa
ayrı aşıq çağırmazlar. Ömrün
özü aşıqsa,
ömrün özü
aşiqsə... şairsə!
Şairə bacım Fərqanənin ömrü kimi könlü kimi.
Gördüm bu dastan gücəsində
Fərqanə aşıq
olub, aşiq olub "oxuyur", nə "oxuyur!"
Üzümə baxan kağızda,
Qələmdə sevgi səsi gəlir.
...hərdən mənə elə gəlir,
Ölümdə sevgi səsi var!
...Əyninə özgə
don geyməyən anam,
Təndir
tüstüsündən yüz
don geyinib.
Başını hər kəsə
əyməyən anam,
Təndirə çatanda min yol əyilib.
Özümü saxlaya bilmirəm. Qoy səndən bir-iki misra da, bir-iki
"ağız"da mən
oxuyum, deyirəm!
Özün olmayanda başa
düşürəm,
Səsin
gəlməyəndə dəli
oluram!
...Sən varkən ümidim Allaha qalmaz.
Fərqanə, səni oxuduqca (sənin kimi oxuduqca!) şairin (sənətkarın!) adını
(elə kitabının
da!) "Aşıq ömrü" qoymaq istədim. Adam sənin yanında durmaq, səni gördükdə ananı
görmək, ananı
gördükdə səni
gördüyünü zənn
etmək istəyir.
Sən ancaq təndirə əyilən
anana baxıb əyilmisən.
Adam sənə baxıb əyilmək istəyir!
Adam sənin bu şeirini bütün analara oxumaq istəyir.
Allahın alınlara yazdığı
yazı kimi!?
Fərqanə, sən sözə
şeir yazan kimi yox, əsl
şair kimi yanaşırsan, bax, beləcə:
Atam ağacın
Həmisə sağ əli olub.
Sol qolunu kəsir,
Özünə əl ağacı
Düzəltmək üçün!
"İkimiz darıxsaq" kitabını oxuyanlar darıxmayacaqlar, Fərqanə!
Sənin bir-birindən
gözəl şeirlərini
oxuyub da adam darıxarmı?
Ruhən, başdan-ayağa şair olanı axtarmazlar. O, öz
ayağı ilə gəlib çıxır
hər yerə, oxucusunun yanına, elə lap Söz küçəsinə, Dastan
gecəsinə...
Yorulmadan
şeir yazmaq üçün, səsi kəsilmədən çalmaq,
"oxumaq" üçün...
demək üçün:
Dönəcəm bir mürəkkəbə,
Kağıza hopub qalacam.
...Yerisəm qurtarmaz bu yol, bu
küçə,
Qoşula bilmədim o gedən köçə.
Dindirsən kiriməz 40 gün,
40 gecə,
Qoyma danışdırım bu
aşıq ömrü!
Bu məram dolu misraları yazan (yaradan!) şairəyə demək istəyirəm ki, səni axtaranlar
heç vaxt çətinlik çəkməyəcəklər,
ya Dastan gecəsində, ya da kağıza hopmuş mürəkkəbdə
tapacaqlar, Qələmin
yanında görəcəklər. Sözün
yanında, Söz küçəsində görəcəklər...
Hər səhər
günəş üfüqdən
boylandığı kimi
sən də mürəkkəbə hopduğun
kağızdan (yeni-yeni
kitablardan) boylanacaqsan.
Belə ömür haqda aşıq olub (aşiq olub) 40 gün, 40 gecə daha bir dastan
başlamaq olar.
Fərqanə, sənin çoxlarının
ağlına gəlmədiyi
müşahidələrindən misal gətirməkdən ayrıca zövq alıram. "Kişilər
ləngiyir çayxanalarda"
şeiri belə bir müşahidədən
yaranıbdı.
Nələr çəkdiyini özləri
bilir,
Yaşayır, yaradır, doğulur, baxın.
Həyat
dəryasından üzüb
çıxanlar
Bircə
stəkanda boğulur,
baxın!
Onu da deyim ki,
sənin İbrahim İlyaslıya yazdığın
"O sözü mənə
denən", Elbəyi
Cəlaloğluna həsr
etdiyin "Hardaydın
əmioğlu?" kimi
şeirlərin folklor
nümunələri təsiri
bağışlayır və
bu, çox yaxsıdır. Dastan elementləri var
bu şeirlərdə.
Səninlə razılaşdığım məqamlar çox olsa da, razılaşmadığım
bir məqam da var. Sən deyəndə ki,
Girdiyim küncümdən çıxarın
məni,
Siz məni qoymayın şeir yazmağa...
Kimdi buna baxan?! Çünki şeir
içində, dediyin
küncdə yazılır
axı!
Çox mühüm bir məsələni də vurğulamaq istəyirəm. Sən ata-anasız qalsan da şeirlərin ata-analıdır! Valideynlərin
haqda, xüsusən, anan haqda yazdığın
şeirlər bəs edər ki, sənə
gözəl şair deyək!
Bir dəli sevginin əlindən tutub,
Gedəsən dünyanın axırınacan.
Əlində bir kağız,
qələm götürüb,
Gedəsən dünyanın axırınacan.
... alıb əllərinə
bir daş...
Yox, bu olmadı!
Bu daş hardan çıxdı belə?!
Yox, bu misraya çatanda xeyli duruxmalı və düçünməli
oldum. Dünyanın axırına sevginin
əlindən tutub getmək mümkün olduğu halda, əlinə kağız-qələm
götürdüyün halda,
daş da götürəsən niyə?!
Lap tutaq ki, dünyanın sonuna getdin, çatdın. Bir əlində qələm, bir əlində daş indi neynəyəcəksən?
Bir daşa
baxacaqsan, bir qələmə. Dünyanın başına daş
salmaq istəyəndə
sala bilməyəcəksən.
(Onu da Allah yaratdığına görə.)
Qayıdıb bir qələmə
baxacaqsan, bir Yerə, bir Göyə... bir də ki, məni
yaz, deyən kağıza!
Və daş əlindən yerə düşəcək!
P.S.
Bir gün balaca qız nəvəm ağarmış saçlarıma
baxıb dedi:
-Bo-oy, babamın saçı necə qocalıb! Əslində ağarıb, deməliydi.
(Ənənəyə uyğun
olaraq) Lakin özündən asılı
olmadan şair sözü demişdi deyəsən, balaca balam!?
...Təzə şeir kitabındakı məhəbbətlə,
xüsusən Vətən,
yurd, insan dərdiylə dolu misralarına-başındakı ağ tellərinə
nəzər saldım.
Hönkürdü ruhum!
Saçın nə yaman ağarıb,
demək istədim, deyə bilmədim. Saçın
nə yaman qocalıb, dedim bacım!
P.S.S.
Özümü bir oda atdım,
Ağlımın kəsən vaxtında!
Bu, şeir oduydu,
söz oduydu, sənət oduydu. Sən düz
eylədin, Sən özünü oda atmaqda səhv eyləmədin. Ağlın
düz kəsdi sənin!
... 50 yaşının tamam olduğunu eşitdim.
Mübarək olsun!
İndi anladım ki, Söz küçəsindəki
Dastan axşamının
(gecəsinin) ömrü
40 gün, 40 gecə çəkə bilməzmiş.
50 ildir hələ ki, bu Dastanın
ömrü!
Bu dəfə gecəyə bənzəyən qara saçlarındakı ağ tellərin timsalında Dan yerinin ağarmağa başladığını,
Səhərin açıldığını
gördüm.
Söz küçəsində açılan
Səhər başqa cürə ola
bilərdimi...
BARAT VÜSAL
Ədalət.-2014.-28 may.-S.6.