ÖLKƏŞÜNASLIĞA
LAYİQLİ TÖHFƏ
Söhbət tarixçi-araşdırıcı Fəridə Bünyatovanın müəllifi olduğu və 2012-ci ildə işıq üzü gördüyü "Əmircan (Xilə) şəcərələri" 512 səhfədən ibarət kitabından gedir.
Oxuculara təqdim olunan bu kitab haqqında yazı yazmaq barədə fikrim çoxdan mövcüd idi. Lakin tərəddüd edirdim. Səbəb də ondan ibarət idi ki, bu sətirlərin müəllifi kitabın redaktoru idi. Çox fikirləşdikdən sonra belə qərara gəldim ki, kitabın redaktoru olmaq, heç də mənim kitab barəsində məqalə yazmağım üçün maneə deyildir. Ona görə gec də olsa kitab barəsində mülahizələrimi hörmətli oxucularla bölüşmək qərarına gəldim.
Məşhur keçimş bir
Sovet filmindəki mahnıda deyilirdi: "De hardan başlayır Vətən?!" Həmin
mahnının sonrakı
hissəsində deyilirdi:
"Vətən sərhəd
dirəklərindən, əlifba
kitabındakı şəkillərdən
başlayır". Bəli, xarici
ölkədən Vətənə
qayıdarkən, həqiqətən
Vətən sərhəddən
başlayır. Lakin insan
dünyaya göz açdığı vaxtdan,
ən birinci gördüyü və tanıdığı yer,
başqa sözlə,
doğma yurdu onun üçün Vətən hesab edilir.
Bu mənada hər
bir Azərbaycanlı üçün onun doğulduğu kənd, qəsəbə, şəhərdən
başlayır Vətən
və hər bir insan öz
yurdunun-obasının tarixini
bilmək hər bir azərbaycanlının
mənəvi borcudur.
Tarxçi-araşdırmaçı Fəridə
Bünyatovanın müəllifi
olduğu "Əmircan
(Xilə) şəcərələri"
kitabıda əsl elmi araşdırmaların
nəticəsi olaraq, yuxarıda qeyd etdiyimiz ali
məqsədə xidmət
edir.
Açığını demək lazımdır ki, müəllif bir daha bu
kitabı ilə doğulub boya-başa çatdığı Əmircan
(Xilə) kəndini, onun gökəmli adamları haqqında məlumatları geniş oxucu kütləsinə çatdırmaq məqsədini
qoymuş və buna da nail olmuşdur.
Fəridə Bünyatova bu kitabı yazarkən əsl elmi araşdırma
və təhlillər
aparmışdır, çoxsaylı
arxiv sənədlərindən,
mətbuatdan səmərəli
istifadə etməklə,
yaşlı adamların
söhbətlərindən bəhrələnmişdir.
Müəllif kitabında doğulduğu
Əmircan kəndi barədə geniş tarixi bir elmi
arayış vermişdir. Müəllif yazır ki, Bakının qədim kəndlərindən sayılan
Əmircanın əvvəllər
"Darülelm", "Xilə"
kimi qədim adları da olmuşdur. Müəllif, bir sözlə,
kitabında Əmircan
kəndi, bu kəndin tarixi barədə oxuculara geniş məlumat vermişdir.
Tarixçi-araşdırmaçı Fəridə Bünyatova kitabında bu kəndin sakinləri, görkəmli şəsxiyyətlər
barədə geniş
və maraqlı məlumatlar vermişdir. Onlardan Abbasqulu Ağa Bakıxanov, neft milyonçuları Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Azərbaycan
rəngkarlıq məktəbinin
görkəmli nümayəndəsi
Səttar Bəhlulzadə,
görkəmli şərqşünas,
akademik Əlisöhbət
Sumbatzadə, görkəmli
elm xadimi, məşhur
neftçi olmuş, sonradan siyasi xadim səviyyəsinədək
yüksəlmiş Zeynal
Zeynalov, görkəmli
partiya və elm xadimi, tarix elmləri
doktoru Danil Quliyev, Azərbaycanın xalq artisti, görkəmli
tarzən Əhməd
Bakıxanov və Bakıxanovlar nəslinin bir sıra nümayəndələri,
görkəmli şair-publisist
və teatr xadimi Səməd Mənsur, şair Mir Mehdi Seyidzadə, əmək adamı Ziba Ələsgərova, görkəmli rejissor Tofiq Kazımov, ilk təyyarəçi qadın
Sona Nuriyeva, şair Tofiq Bayram, məşhur xanəndə Azərbaycan
Respublikasının xalq
artisti, prezident təqaüdçüsü Ağaxan
Abdullayev, görkəmli
rejissor Tofiq Kazımov, xalq artisti, tanınmış dirijor Teymur Göyçayev və onlarla tanınmış digər görkəmli adamlar barədə müfəssəl məlumat
vermişdir.
Şəxsən mən bilmirdim ki, dünya şöhrətli rəssam,
mənzərə rəssamlığında
özünəməxsus məktəb
yaratmış Səttar
Bəhlulzadə məhz,
Əmircan kəndində
doğulmuş, boya-başa
çatmış və
həmin kənddə
də ömrünün
sonuna kimi yaşayıb yaratmışdır.
Hazırda Səttar Bəhlulzadənin
doğulub boya-başa
çatdığı və
yaşayıb-yaratdığı evi mənzil muzeyi kimi qorunub
saxlanılır. Mətbuatdan məlum
olduğu kimi, bu yaxınlarda həmin mənzil muzeyin əsaslı təmirdən sonra açılışı olmuşdur.
Hazırda böyük sənətkar
Səttar Bəhlulzadə
dünyasını dəyişmiş
və aramızda yoxdur. Lakin tələbəlik illərində mənə
bu böyük sənətkarı yaxından
görmək nəsib
olmuşdu. Yaxşı
yadımdadır, səhv
etmirəmsə, 1967-ci il idi. Bakıda ilk dəfə
Bahar bayramı böyük təmtəraqla
qeyd edilirdi. Həmin tədbirlərdə mən
Səttar Bəhlulzadəni
yaxından görmüşdüm.
O, böyük və tanınmış rəssam
olmasına baxmayaraq, çox sadə geyinər və heç vaxt qalstuk bağlamazdı, ən ucuz filtirsiz
siqaret- "Avrora"
siqareti çəkərdi.
Doğrudur, filtirli siqaretlər
o zamanlar az-az da olsa satışda
olurdu, lakin bu böyük rəssam elə həmişə filtirsiz
"Avrora" siqareti
çəkirdi, ümumiyyətlə,
o, sadə bir həyat tərzi keçirirdi.
Görkəmli şərqşünas, akademik
Əlisöhbət Sumbatzadə
o zamanlar elm ictimaiyyəti
arasında sayıb-seçilən,
tanınmış böyük
elm xadimi idi.
Heç yadımdan çıxmaz. 1966-cı ilin oktyabr ayı
idi. O, zaman mən Azərbaycan Dövlət Universitetinin
(indiki BDU-nun) hüquq
fakültəsinin I kursunda
oxuyurdum. Nisbətən yaşlı, qrup
yoldaşımız, Paşa
Cəlilov qrup nümayəndəsi təyin
edilmişdi. O, qrup
yoldaşlarımızdan cüzi
pul toplamaqla, həmin pula oxuduğumuz auditoriyada müəllim stolunun üstünə müşənbə süfrə
almışdı. Bu "Dövlət və hüquq nəzəriyyəsini"
bizə tədris edən hüquq elmləri namizədi, hazırda dünyasını
dəyişmiş Məhbubə
Qafarzadənin nəzərindən
yayınmadı. O, dərsin
əvvəlində bəzəkli
müşənbə (klyonka-İ.A.)
süfrənin bir kənarını qaldıraraq,
dedi: "Uşaqlar, nə gözəl süfrədir, bu süfrəni universitetdən
veriblər, yoxsa özünüz almısınız".
Bu zaman qrup nümayəndəsi Paşa
Cəlilov ayağa durub məlumat verdi ki,
uşaqlardan pul yığıb süfrəni
almışıq. Bu sözün
müqabilində Məhbubə
xanım dedi: "Uşaqlar, bir də belə şey eləməyin. Sizin ehtiyaclarınız böyükdür,
çoxunuz rayonlardan gəlmisiniz, ona görə də belə şeylərə pul xərcləməli deyilsiniz". Bu sözün
müqabilində qrup nümayəndəsi Paşa
Cəlilov dedi ki, müəllim, müşənbə süfrə
çox da baha deyil, uşaqlardan
qəpik-quruş yığmışıq,
yoldaşlarımızın böyük əksəriyyəti
təqaüd alır.
Qrup nümayəndəsinin bu izahatından sonra Məhbubə xanım dedi: "Bilirsiniz, akademik Sumbatzadənin övladlarının da təqaüdə ehtiyacı
var, təqaüdünüzi
belə şeylərə
sərf etməyin. Bir də belə şey etməyin".
Onda mənə aydın oldu ki, akademik
Sumbatzadə elm aləmində
tanınmış adamdır.
Lakin Fəridə xanımın
sözügedən kitabının
əlyazmasını oxuyuncaya
qədər bilmirdim ki, akademik Əlisöhbət
Sumbatzadə Əmircan
kəndindəndir.
Yaxud başqa
misal. Səhf etmirəmsə, 1962-ci il idi. O zaman mən orta məktəbin yeddinci sinfində oxuyurdum. Şəkidə Azərbaycan dramaturgiyanın
banisi, dramaturq, şair, yazıçı,
filosof M.F. Axundzadənin
150 illik yubileyinə hazırlıq görülürdü
və bu yubileylə əlaqədar
Şəki şəhərində
silsilə tədbirlər
keçirilirdi. Belə tədbirlərdən
biri də o zamankı rayon partiya komitəsinin akt zalında Bakıdan gəlmiş bir qrup şair, yazıçılarla görüş
təşkil edilmişdi.
Həmin
görüşdə mən
də iştirak edirdim və görüşdə xalq şairi Tofiq Bayram yazdığı bir neçə şeiri, o cümlədən
"Vağzalı çalınır,
anam ağlayır",
"Ay gecikən məhəbbətim"
şeirlərini özü
səsləndirdi. Lakin mən
o zaman bilmirdim ki, şair Tofiq
Bayram da Bakının Əmircan kəndindəndir. Şair
"Vağzalı çalınır,
anam ağlayır"
axırıncı kupletində
deyirdi:
Gedirsən ən şirin arzu-kam kimi,
"Vağzalı" çalınsın, get yavaş-yavaş.
Dünyada hər ana öz anam kimi,
Bircə toy günümdə ağlayaydı
kaş.
O da yaxşı yadımdadı ki, şair çıxışını qutardıqdan sonra iclas salonunu gurultulu alqış səsləri bürüdü və iclasdan sonra tədbir iştirakçıları yüksək əhval-ruhiyyə ilə salonu tərk etdilər.
Kitabda həmçinin, 50 il, başqa sözlə yarım əsr prokurorluq orqanlarında nümunəvi xidmət etmiş, 3 kitabın müəllifi, rerspublikanın əməkdar hüquqşünası, prokurorluğun fəxri işçisi, hazırda təqaüddə olan Eynal Əliyev haqqında da geniş məlumat olmaqla, bu sətirlərin müəllifinin "Bizim Eynal müəllim" başlıqlı yazısı da dərc edilmişdir.
Ötən ilin noyabr ayında prokurorluğun qocaman işçisi Eynal Əliyevin 90 illik yubileyini onun yaxın qohumları və dostlarının iştirakı ilə qeyd etdik. Təbii ki, həmin tədbirdə kitabın müəllifi Fəridə xanım da iştirak edirdi və tədbirdə yubilyar haqqında səmimi ürək sözlərini dedi.
Fürsətdən istifadə edərək Eynal Əliyevə də uzun ömür və can sağlığı arzu edirik.
Fəridə Bünyatova həmin kitabında bir sıra hallarda Əmircan kəndində anadan olmayan, lakin Azərbaycanda böyük nüfuz sahibi olmayan böyük xeyriyyəçi Həci Zeynalabdin Tağıyev kimiləri barədə də geniş məlumat vermişdir. Hansı ki, Sovetlər dönəmində H.Z.Tağıyev və bu kimi şəxslər barədə danışmaq və yazmaq faktiki qadağan edilmişdi.
Bütün bu məziyyətlərinə görə tarixçi-araşdırmaçı Fəridə Bünyatovanın müəllifi olduğu "Əmircan (Xilə) şəcərələri" kitabını ölkəşünaslığı üçün layiqli tövhə hesab etmək olar.
Təbii ki, bir məqalə çərçivəsində böyük bir kitabın bütün müsbət cəhətlərini əhatə etmək heç də asan məsələ deyildir və bunu məqsəd kimi qarşımıza da qoymamışıq. Ona görə də kitab haqqında bu kiçik yazı ilə kifayətlənir və kitabın müəllifi Fəridə Bünyatovaya yeni-yeni yaradıcılıq nailiyyətləri, möhkəm can sağlığı, uzun ömür və həyatda xoşbəxtlik arzulayırıq.
İlham Abbasov,
Ədliyyə
Akademiyasının baş müəllimi-hüquq
üzrə fəlsəfə doktoru
Baş ədliyyə müşaviriprokurorluğun
fəxri işçisi
Ədalət.-2014.-28 may.-S..7.