Lerik - dağların füsunkar diyarı
(əvvəli ötən sayımızda)
2014-cü
ilin
01 aprelinə
hesablanmış
rəqəmlərlə danışsaq indi burda 79867 nəfər insan yaşayır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
bu 1,3 faiz çoxdur. Burdakı insanlar doğrudan
çörəklərini daşdan
çıxaran insanlardır.
Çünki dağlara sığınan
Lerikin elə də böyük iqtisadi imkanları yoxdur. Ancaq elə bu dağlarda yaşayıb ailə saxlamaq, alın təri ilə çörək qazanmaq elə də asan deyil.
Bu ilin 1-ci rübündə
havaların yağmurlu
keçməsinə baxmayaraq
həyat əvvəlki
kimi davam etmişdir. 180 şagird yerlik Nücü, Pirsora, Vizəzəmin kənd tam
orta məktəblərinin
tikintisində, Mastayıl
kənd tam orta məktəbinin, Lerik şəhər uşaq bağçasının əsaslı
təmirində işlər
sürətlə davam
etdirilmişdir. 180 şagird yerlik Boykəndil kənd tam orta məktəbinin tikintisinə hazırlıq
başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin
tapşırığına uyğun olaraq 2014-cü ilin fevral ayının
17-dən may ayının 01-nə kimi əhalinin tibbi müayinədən keçirilməsi Lerikdə
uğurla həyata keçirilmişdir. Kənd
sakinlərinin rayon mərkəzinə
gəlməsini diqqətdə
saxlayan rəsmilər
öz məqsədlərinə
tam nail olmuşlar.
Yanvar-mart
aylarında rayonda havaların daha sərt keçməsinə
baxmayaraq aparılan tikinti-abadlıq işlərində
sahibkarlıq subyektlərində,
digər sahələrdə
159 nəfər rayon sakini
işlə təmin edilmişdir ki, onlardan da 111-i daimi iş yeridir.
Dağlarda yol infrastrukturunu saxlamaq çətin olsa da, Lerik
qəsəbəsinin küçə
və meydanları rahat və səliqəlidir. Qəsəbənin bütün küçələrində
müasir işıqlandırma
sistemləri quraşdırılmışdır.
Küçə divarları, səkilər
milli ornamentlərlə
işlənmiş və
sakinlərin ixtiyarına
verilmişdir. Hər
tərəfi yaşıl
dağlarla əhatə
olunmuş Lerik qəsəbəsinin özündə
yaşıllığın salınması işləri
bir an belə
dayandırılmır. Bu isə
Lerik qəsəbəsinin
görkəmini bir az da gözəlləşdirir və
Lerik qəsəbəsinə
təşrif gətirən
hər bir müsafir burdan xüsusi zövq alır.
Rəsmilərin beynəlmiləl döyüşçülərlə
görüşü
Mən rayonda olarkən məlum oldu ki, 25 il
bundan əvvəl Əfqanıstanda öz beynəlmiləl borcunu yerinə yetirən döyüşçülərlə görüş keçiriləcək.
Qeyd edim ki, bu
döyüşlərdə 40 nəfər lerikli iştirak edib. Bunlardan 15 nəfəri müxtəlif
orden və medallara layiq görülüb. Onların hamısı
bu görüşdə
iştirak etməsə
də iştirakçılar
döyüş yolu haqqında öz təəssüratlarını bölüşdülər. Şeir, söz həvəskarı
Əkrəm Abdullayev vaxtilə döyüş
səngərində yazdığı
"Quşcuğaz" şeirini
deməyi unutmadı.
Digər
müharibə veteranları
Umudvar Kəlbiyev, Məmməd İbrahimov və başqaları Əfqanıstanda apardıqları
amansız döyüşlərdən
danışdılar. Qeyd etdilər
ki, bu gün
burda iştirak edən Əfqanıstan Müharibəsi Veteranları
öz borclarını
ləyaqətlə yerinə
yetirmişlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin
Lerik rayon şöbəsinin
rəisi Elməddin Cəfərov beynəlmiləl
döyüşçülərlə görüşdə çıxış
edərək bildirdi ki, Əfqanıstanda aparılan döyüşlərdə
620 min iştirakçı arasında azərbaycanlıların,
xüsusən leriklilərin
göstərdikləri qəhrəmanlıqlar
ən yüksək sözlərə layiqdir. Burda aparılan 452 əməliyyatın
əksəriyyəriyyətində azərbaycanlılar fəal
iştirak etmişdir.
İndi həmin döyüşlərin
25 illiyinə həsr edilmiş bu görüşdə iştirak
edənlər onların
bariz nümunələridir.
Daha sonra yığıncaqda iştirak edən Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov beynəlmiləlçi döyüşçüləri səmimi salamladı. Rövşən müəllim bildirdi ki, daim diqqətdə olan və qayğı ilə əhatə edilən müharibə iştirakçılarına xüsusi vaxt ayırmaq həmişə vacibdir. Çünki onlar ərazi bütövlüyümüzü təmin etməklə bərabər onlar beynəlmiləlçi döyüşçülər kimi də öz borclarını ləyaqətlə yerinə yetirmişlər. Bu gün burda iştirak edən Əfqanıstan müharibəsi iştirakçıları da eyni həyat yolu keçmişlər və onları layiqincə dəyərləndirmişlər. Rövşən müəllim bildirdi ki, bu döyüşlərdə 7500 nəfər azərbaycanlı iştirak edib. Onlardan 219 nəfəri vuruşaraq qəhrəmancasına həlak olub, 17 nəfər soydaşımız isə həmin müharibələrdə itkin düşüb. Keçmiş əfqan döyüşçüləri öz döyüş təcrübələrindən burda da məharətlə istifadə ediblər. Onlar Qarabağ Müharibəsində fəal iştirak ediblər, döyüşüblər. Nəticədə 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər. Əfqanıstan müharibəsinin bitməsinin 25 illiyinə həsr olunmuş yığıncağın sonunda icra başçısı iştirakçılara müharibənin bitməsinin 25 illiyinə həsr edilmiş medallar təqdim etdi və onlara bir daha bildirdi ki, Lerik rayon İcra Hakimiyyətinin başçısının otağının qapısı onların üzünə həmişə açıqdır. Vaxtından, zamanından asılı olmayaraq hər bir müharibə iştirakçısı ona müraciət edə bilər.
"Uzunömürlülər
muzeyi" bayrama
hazırlaşır
İyun ayında nəzərdə tutulan bu bayrama qədər isə Lerik rayonunun "Uzunömürlülər muzeyi" xeyli yol keçib. 1991-ci ildə təşkil edilən bu muzeydə ilk əvvəllər yaşı 100-dən çox olan 100 nəfər insan vardısa, indi onların sayı cəmi 6 nəfərdir. İlk gündən burda çalışan muzeyin direktoru Dilarə Fətullayeva bildirdi ki, bu muzeyin yeni binasının açılışında 2010-cu ilin 25 iyununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən özü iştirak edib. Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun xüsusi təşəbbüsü ilə inşa edilən bu muzeyin indiki görkəmini almasında Dövlət Neft Şirkətinin də öz payı var. Dilarə xanım onu da bildirdi ki, yaz və yay aylarında buranın müsafirləri daha çox olur. Ən çox qonaqlar da xarici ölkələrdən gələnlərdir. Rusiyadan, Ukraynadan, Belarusiyadan, hətta İordaniya və Belçikadan da bura təşrif gətirənlər olur. Çalışırıq ki, eksponatlarımızın dili ilə onlarda Azərbaycan və Lerik haqqında daha dolğun təəssürat yaradaq. Beləcə, yaşıllıqlar qoynunda uyuyan Lerikin "Uzunömürlülər muzeyi" indi uzunömürlülər bayramına hazırlaşır. Ömrünüz uzun olsun, leriklilər!
Səxavət Məmmədli
Ədalət.-2014.-28 may.-S.7.