DÜNƏNKİ YEVLAX
KEÇMİŞDƏ QALDI
Bugünkü Yevlax sabaha
addımlayır
Hər dəfə
bölgələrə səfər
edəndə baş verən dəyişiklikləri
yaddaşıma köçürmək
və müqayisələr
aparmaq istəyirik. Çalışıram ki, şəhər və kəndlərimizdə,
hətta ən ucqar yaşayış məskənlərimizdə belə
baş verən yenilikləri gözdən
qaçırmayaq. Bu da sadəcə, bir peşə marağıdı. Yəni
özümdən asılı
olmadan gördüyüm
hər uğurlu iş və yaxud diqqətimizi çəkən hər hansı bir nöqsan yaddaşıma yazılır. Etiraf edək ki,
son dövrlərdə bölgələrimizi
gəzərkən müşahidə
etdiyim ən başlıca məqam yeniliklər olub. Yəni istənilən bir ünvana bir-iki ay sonra təkrar qaydanda mütləq yeni nə ilə
isə qarşılaşıram.
Deməli, ölkə prezidenti
cənab İlham Əliyevin regionların inkişafına dair imzaladığı Dövlət
Proqramı çox yüksək bir templə həyata keçirilir - işlər
görülür, həyat
davam edir.
Bu dəfə yolumuz
Yevlaxa düşmüşdü. Məqsədimiz
bu bölgədə baş verənləri görmək, aparılan quruculuq işləri ilə yerində tanış olmaq idi. Elə burdaca
etiraf edək ki, Yevlax şəhərini
görəndə tanımadıq.
İnana bilmədik ki, bu, bir
neçə il öncə gördüyümüz həmin
o ünvan - həmin o
Yevlaxdı!
Gəlin etiraf edək ki, həm sovet
dönəmində, həm
də müstəqilliyimiz
ilk önilliyində Yevlaxa
səfər etmək,
burdakı mənzərəni
görmək ürək
ağrıdırdı. Adamlar yalnız
təsərrüfat uğurları
ilə sevinən bu şəhərdə tikinti-abadlığın, quruculuğun
nə olduğunu unutmuşdular. Yevlax bir
növü unudulmuş
diyara çevrilmişdi.
Bərbad küçələr, yollar, sosial problemlərin bolluğu bu şəhəri öz caynaqlarında sıxıb acınacaqlı
bir duruma salmışdı. Ancaq ölkə
rəhbərliyinin qətiyyətli
addımları, qəbul
edilən inkişaf proqramı, həmçinin
düzgün kadr seçimi Yevlaxın da üzünə qapıları açdı.
Bu şəhər də yavaş-yavaş ölkənin ümumi axarına qoşulub tərəqqi və inkişaf yoluna çıxdı. İndi bu
şəhərdən keçib
gedən hər kəs ətrafa dörd gözlə baxır, keçmişdən
nişanə axtarır.
Amma bizə elə gəlir ki, bu, mənasız bir cəhddi. Çünki keçmişdən bu şəhərdə qalan yalnız onun adıdı. Həmin ad isə indi daha
mənalı, daha möhtəşəm səslənir.
Yevlax bu gün
Şəhəri gəzirik. Abad küçələr,
səkilər, səliqə
ilə əkilmiş ağaclar, müasir işıq dirəkləri,
binaların fasadları,
parklar, istirahət guşələri... bir sözlə, hər şey yenidi. Bütün bunların hamısı adamı ayaq saxlamağa, ətrafa bir qürur hissi ilə, bir sevgi ilə
baxmağa məcbur edir. nə
qədər daxilən
müxalif olsan da, gördüklərini qəbul etməyə özün də hiss etmədən ürəyin
hökm edir. Və həmin ürəyin səsi də səni faktlarla üz-üzə qoyur.
Yerli nümayəndələrlə, şəhər sakinləriylə
həm söhbət olursan. Necə deyərlər, gözlərin
görəni qulaqlarının
eşitdikləri təsdiqləyir.
Bizə aydın olur ki, həqiqətən indi gəzib-dolaşdığımız,
istirahət parkında
əyləşib çay
içdiyimiz bu şəhər Yevlax şəhəridi. Elə həmin
o ilk auranın təəssüratı
altında əldə
etdiyimiz faktlara istinad edirik. Nəticədə bizə
bəlli olur ki, təkcə bu ilin birinci
rübündə ötən
ilin müvafiq dövrü ilə müqayisədə şəhər
və rayon əraziisnə
kapital qoyuluşu 3,4 milyon manat
artmışdı. Bunu
da faizə çevirəndə onda həmin rəqəm 16,5 fazi təşkil
edir. Deməli, rüblər arasındakı
müqayisə özü-özlüyündə
Yevlaxdakı inkişafın
sürətini göstərir.
Bu gün Yevlaxda
yeni inzibati binaların, yaşayış,
məktəb və bağça binalarının
tikintisi də sürətlə aparılır. Təkcə
Kür çayı üzərində tikilən
beşulduzlu otelin, İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İdarəsinin, Təhsil
şöbəsinin, 11 saylı
Ərazi Vergilər Departamentinin, Qaz İdarəsinin, Bakı-Tbilisi-Ceyhan İnzibati tədris korpusunun, Azərbaycan Beynəlxalq Bankının Yevlax filialının diqqətçəkən
binaları şəhərə
xüsusi bir yaraşıq verir. Təbii ki, bu qurumlarla
yanaşı, şəhər
sakinlərinin daha çox ehtiyac duyduğu məktəb və uşaq bağçasının, yaşayış
binalarının tikintisi
də Yevlaxda xüsusi diqqət mərkəzində saxlanılır.
Buradaca onu xatırlatmaq yerinə düşər ki, qısa bir müddətdə
Yevlax şəhərində
100 yerlik ikimərtəbəli
uşaq bağçası,
Əcəmi və Yevlax Bucaq kəndində
180 şagird yerlik orta məktəb binasının tikintisi sürətlə aparılır.
Təkcə tikinti sahəsinə
görülən işlərə
rəqəmlərin gözü
ilə nəzər salanda, onda məlum
olur ki, bu gün Yevlaxda
1176 şagird yerlik tam
orta məktəb binasında əsaslı təmir işləri yekunlaşmaq üzrədi.
Elə tikintidən söz düşmüşkən
onu da qeyd
etmək lazımdır
ki, rayonda həmçinin cari ilin birinci rübündə
Bakı-Ələt-Qazax avtomobil
yolunun 297 km ayrılan
Səmədabad-Qaraməmmədli-Qaramanlı-Rüstəmli-Köyük
avtomobil yolunun Qaraməmmədli-Qaranmanlı-Köyük hissəsinin tikintisi başlanılmış və
bu iş sürətlə davam etdirilir. Həmçinin şəhər mərkəzində
sakinlərin böyük
maraqla açılacağı
və istifadəyə
veriləcəyi günü
gözlədiyi Olimpiya
İdman Kompleksinin tikintisinə start verilmişdi
və həmin kompleksin tikilməsi üçün Kür çayı sahəsində
5 hektar torpaq sahəsi ayrılmışdı.
Aparılan tikinti işləri
içərisində vətəndaşların,
xüsusilə müharibə
əlillərinin və
iştirakçılarının illərlə gözlədiyi
mənzil problemi də öz həllini tapmaqdadı.
Məhz bu məqsədlə rayonda ayrılmış xüsusi ərazidə çoxmərtəbəli binanın
tikilməsi də artıq gündəmdədi
və bundan öncəki illərdə
də həmin məqsədlə xeyli işlər görülmüşdü.
O ki, qaldı şəhərin abadlaşdırılması işinə, bununla bağlı rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən işçi qrupunun hazırladığı və rayon rəhbərliyi tərəfindən təsdiq edilmiş iş planı əsasında ardıcıl işlər görülür. Həmin görülən işlərin coğrafiyasına diqqət yetirəndə məlum olur ki, Çingiz Mustafayev küçəsindən Mərkəzi xəstəxanasınadək, xəstəxanadan Əşrəfbəy küçəsinədək, Bakı yolundan 32-ci məhəlləyədək, reabilitasiya mərkəzinədək, həmçinin şəhid Fariz Məmmədov küçəsində geniş təmir-abadlıq işləri aparılmışdı. Hazırda bu işlər davam etdirilir.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ceyhun RÜSTƏMOV
ədalət.-2014.-30 may.-S.7.