BU, OQTAY RZADIR - 80
YAŞINA GƏLİB ÇATDI
ƏDƏBİ
HƏYAT
Bu adamı bütün yazıçılar mühiti sevir, onsuz heç bir ədəbi məclisin və "Natəvan" klubunda keçirilən tədbirlərin ləzzəti, dadı-duzu olmaz. Həm aydın, səlis nitqi, şux zarafatları, həm də eynəksiz şeir oxumağına çoxdan alışmışıq.
1934-cü ilin 2 noyabrında, Salyanın Qalalı kəndində dünyaya göz açıb. Salyan şəhərində orta məktəb bitirəndən sonra Azərbaycan Sənaye İnstititunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub. On il neftçi-geoloq kimi çalışıb, ruzusunu "qara qızıl"dan çıxarıb. Elmi-tədqiqat işi müdafiə edib, geologia-minerologiya elmlər namizədi olub. Uzun müddət APİ-də, coğrafiya fakültəsində müəllimlik edib, dosent vəzifəsində çalışıb İndinin özündə də institutla bağlılığı zəifləmir. Axtarsan, Azərbaycanın hər bir bölgəsində onun tələbələri ilə rastlaşarsan.
Bu onun rəsmi bioqrafiyası.
Amma Oqtay Məhərrəm oğlu Rzalının tərcümeyi-halı bu bir neçə cümlə ilə məhcudlaşa bilməz. Ədəbiyyat aləmində Oqtay Rza kimi tanınan şairimizin əsl tərcümeyi-halı onun mətbuatda çap etdirdiyi, kitablarına hopdurduğu yüzlərlə şeirlərindədir. Bu şeirlərdə mənsub olduğu xalqın bir oğlu kimi Oqtay Rzanın həyata, gözəlliklərə, millətinin şanlı tarixinə, elinə-obasına böyük məhəbbətinin yaşantıları ilə qarşılaşırıq. Öncə millətini sevən bir Azəri türkünün nidasını eşidirik:
Bütün nəticələr səbəbdən gəlib,
"Ənəlhəqq" harayı Hələbdən gəlib,
Dinim, etiqadım ərəbdən gələb,
Dilim ta əzəldən özümünküdür!
Təbriz-qarmağında zorun, zillətin,
Göyçə-tapdağında "yazıq
millət"in,
Dərbənd-caynağında mütləqiyyətin,
Qədim
Borçalını görmək
çox çətin,
Bölünmüş məmləkət
özümünküdür!
Bəzən dost bildiyin çevrilir
yada,
Ya da keçmişini heç salmır yada,
"Ov", "yev" soyadımdan bərk yapışsa da,
Millət
həmişəlik özümünküdür!
Ayrılıq çayıtək Araz
seçilib,
Şərabla bərabər qan
da içilib,
Zaman böyüdükcə ölkəm
kiçilib,
Dövlət həmişəlik özümünküdür!
Oqtay Rza ədəbiyyata hələ
yeddinci sinifdə oxuyarkən Salyan rayon qəzetində çap etdirdiyi "1 May" şeiri
ilə gəlib. Onda qırxıncı illərin
sonlarıydı, balaca
boylu, amma gözlərindən işıq
və sevgi yağan Oqtay Salyanda özündən bir neçə yaş böyük olan gənc şairlər - Əliağa
Kürçaylı və
Ağacavad Əlizadə
ilə dostluq edir, onlardan çox şey öyrənirdi. 1952-ci ildə, on səkkiz yaşı olanda böyük şairimiz Səməd Vurğun Azərbaycanın müxtəlif
bölgələrində yaşayan
gənc əli qələmliləri öz
yanına dəvət
etmişdi, onlara şeirin-sənətin çətin
yollarından, şərəfli
missiyasından söz
açmışdı. Oqtay Rza da bu
dəvət olunanlardan
biri idi. Sonralar, ədəbi mühitə alışandan
sonra Oqtay Rzanın həyatında silinməz izlər buraxan sənətkarlar olacaq: Rəsul Rza, Süleyman Rüstəm, Məmməd
Rahim, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Xəlil Rza, Məmməd Araz, Hüseyn Arif...gDeyərdim ki, özündən xeyli cavan olan yazarlarla
da dostdur, onların məclislərində
həmişə başda
oturur. Bu - Narıngül,
bu - Dayandur, bu - Əsəd, bu - Qəşəm, bu - Şəfəq, bu - Balayar, bu
- Mübariz...gbir sözlə, hamı Oqtay müəllimi sevir.
Mənim isə Oqtay müəllimlə tanışlığım
onun bir şeiri ilə başladı. O şeirin birinci misrası belə idi: "Məndən yuxarıda qövsi-qüzeh var".
O şeiri oxumuşdum
və onun müəllifi Oqtay Rzanı görmək istəyirdim. Günəş şüalarının havadakı yağış
damcılarından keçərkən
sınması nəticəsində
göydə görünən
yarımdairə şəkilli
qurşağ-göy qurşağı
- qarı nənə örkəni uşaqlıqda
həmişə məndə
heyrət oyadıb.
Sonralar hansı şeirdə, hansı misrada bü qövsi-qüzehdən
yaranan oğrazlı təşbihləri görürdümsə,
gözlərim qarşısında
o mənzərə canlanırdı.
Məndən yuxarıda qövsi-qüzeh
var,
Məndən aşağıda gözəl
bir tala.
Əlvan
xalıların üstündə
şeh var,
Bürünüb hər tərəf ala, yaşıla.
Güllər bənövşəyi, sarı, mavi, ağ...
Zolaqlar işığın
yeddi rəngitək.
Ətirlə doldurur sinəmi
torpaq,
İlham ürəyimdə coşur
"Cəngi"tək.
Heyranam hüsnünə dağın,
dərənin,
Göyə də baharın izi düşübdür.
Sanki vurulduğum bu mənzərənin
Səma güzgüsünə əksi
düşübdür.
Oqtay Rza təbiət vurğunudur, səyahət
eləməyi, gəzib-dolanmağı
çox sevir, nəinki Azərbaycanı,
keçmiş SSRİ məkanını
da seyr etməkdən
yorulmayıb, indinin özündə də rayonlara, kəndlərə
güzar eləyir. Onunla bir neçə dəfə rayonlara çıxmışıq, gəlişini
gözləyənlər olub.
Təbiəti duya bildiyi üçün
şeirlərində də
o hissləri, o duyğuları
yaşada bilir. Onun şeirlərindəki
poetik təbiət mənzərələri, dünyanın
rəngarəng peyzajları,
bəzən suyun şırıltısı, biçənəklərin
xoş ətri, yağışın səsi
aydınca duyulur.
Onun "Günəşin
adından" adlı
bir şeir kitabı var. Bu kitabı
"Azərbaycanın şeirlə
yazılmış canlı
xəritəsi" adlandırsam,
səhv etmərəm. Ona görə "canlı xəritəsi" deyirəm
ki, Oqtay Rzanın Azərbaycana, onun hər qarışına
vurğunluğu bu şeirlərdə bəzən
poetik ekstaz səviyyəsinə qalxır:
Sevməyən adamın heç
nəyi yoxdur,
O necə bülbuldur-ötməyi
yoxdur?
Başqa
bir şeirində yazır ki:
Sarı
köynəyini geyinib
bağlar,
Meşədə yarpaqlar xəzələ
dönüb;
Heyranı olduğum dilbər
qovaqlar,
Şalını itirən gözələ
dönüb.
Adətən, şairlərin adları
qarşısında "təbiət
şairi", "vətənpərvər
şair", "gözəllik
şairi" və s.
təyinlər işlədirlər.
Oqtay Rza mən deyərdim,
bunların hamısına
aid olan bir şairdir. Dəfələrlə döyüş bölgələrində
olub, əsgərlər
qarşısında şeir
oxuyub, oğlunu da elə bu
ruhda böyüdüb.
Onu bir neçə dəfə Şəhidlər
Xiyabanında, məzarlar
önündə baş
əyən görmüşəm.
Sonralar bu ehtiram şeirlərə çevrilib:
Bizdən
uzaqlaşan vaxt karvanında
Hönkürüb ağlayır sanki Nizami.
Müqəddəs Şəhidlər Xiyabanında
Çünki dəfn olunub iki Nizami.
Yanaşı uzanıb iki qəhrəman,
Ölüm onlara da verməyib
aman.
Kömək istəyirdi torpaq,
el, mahal,
Ağdam,
Qaraqaya, Gülablı,
Abdal...
Qoçaq Nizamilər birgə
an içib,
Qarabağ uğrunda canından keçib.
Oqtay Rzanın
şair ilhamı bütün mövzularda öz poetik əksini tapır, yəni, o, nədən yazırsa-yazsın, o şeirdə
həmişə yeni bir fikir söyləməyə
çalışır, əksər
hallarda buna müvəffəq olur. Dəfələrlə deyilmiş fikirlərə
təzə rəng, naxış vurmağı
bacarır. Onun şeir
yolu, fərdi üslubu Səməd Vurğun yoludur. Amma bütün şeirlərində
Oqtay Rzanın özünü görərsiniz,
çünki təqlidçilik
ona yaddır. Məsələn, doğmalıq
haqqında çox şair söz deyib, amma Oqtayın
"Doğmalıq" şeiri
bu mövzuda mənə təzə göründü:
Üç gündür ki,
ayrılmışam şəhərdən,
Kəndimizin körpəsiyəm yenə
mən.
Gəldim
açım ürəyimi
ona mən,
Alqışında, gileyində doğmalıq!
Hörmət, izzət dədə-baba
irsidir,
"Tərəkəmə" toylarının səsidir.
Eşqi
sönmüş ocağı
da isidir,
Sərt
qışında, küləyində
doğmalıq!
Hey baxıram saçı dümağ qadına,
Çünki əziz bibim düşür yadıma.
Adam necə oxşayarmış
adama,
Baxışında, taleyində doğmalıq!
Şair dünyanın dərdini öz ürəyinə yığan və bu dərdlərlə yaşayan bir əzabkeşdir və Oqtay Rza da
bu əzabkeşlərdən
biridir. "Dünya
yaman yiyəsizsən"
şeiri bu zamana, bu çağlara
aiddir. "Əkslik" şeirində
də dünyanın təzadları əks olunur. Bəzən o, müəyyən bir sözə poetik rəng də qata bilir.
"Qara" şeirini
götürək:
Qara adam. Qara torpaq.
Qara şum.
Qara gözün ümmanında
boğulum;
Arzuya bax" "Günahımı,
səhvimi",
Yumaq üçün
kaş təzədən
doğulum.
Qara dəniz. Qarabulaq. Qaraçay.
Qayaları qılınc kimi
yar, a çay!
Soyuq cavab od
qalayıb içimdə,
Sinə
gərər ildırıma
qara dağ!
Qaraqaya. Qaraoğlu. Qaraçöp.
Qaranlığa ürəyimdən işıq
səp!
Oqtay, sən də nəğməsində, adında
Yurdu, nəsli yaşadanı qucub öp!
Son illərdə Oqtay
müəllimin yaradıcılığında
iki məqamı müşahidə edirəm. O, çoxlu
ithaflar yazır və tanıdığı,
hörmət və dostluq etdiyi müxtəlif sənət
adamlarını mədh
edir. Bəzən bunu ona irad tuturlar. Amma bunun nəyi pisdir ki? Qoy yazsın. Kiminsə yubileyində, kiminsə
toy məclisində Oqtay
Rza şeir deyir, kimisə təbrik edir. Bunun nəyi pisdir ki? İkinci bir məqam
da odur ki,
Oqtay Rza Azərbaycan poeziyasının
rübai janrına tez-tez müraciət edir. Çalışır ki, bu yığcam formada təzə söz deyə bilsin. Rübailəri də mövzuca
rəngərəngdir. Əgər Oqtay Rzanın necə bir şair
olduğunu bilmək istəyirsinizsə, onun rübailərini oxuyun.
Oqtay Rza yaradıcılığına müəyyən
rəng qatan incə, xəfif yumor hissi bu
rübailərdə də
yaşanır:
Tikanı
gül kimi iyləyənlər var,
Bülbülə torağay söyləyənlər
var.
Məhəmməd Füzuli eşitsin:
- İndi
Salamı mükafat eyləyənlər
var.
Çıxdı qabağıma tanış bədnəzər,
Uzun yalanından
özü də bezər.
Çoxüzlu mineral qiymətli daşdır,
Çoxüzlü adamın əlindən
həzər!
Oqtay Rza
səksən yaşına gəlib çatdı. Maşallah, yenə gümrahdır, yenə məclislər
onsuz keçmir, yenə
şeir deyir. O, bu sənət aləminin Oqtay
Rzalısıdır. Onsuz bir
günümüz olmasın!
Ədalət.-2014.-