"MOY-MOY"
hekayə
Mixail Andreyeviç
bura - kanal üstə balıq tutmağa gələndə
hələ zülmət
qaranlığın caynağından
qurtara bilməmişdi
alagözlü səhər,
5-10 metrdən qabağı
görmək olmurdu. Hələ səhərin
gəlişinə nəğmə
oxuyan quşların civiltisi eşidilmirdi.
O, "Vela" motosikletini balaca
arxa söykədi yapon tilovunu hazırlayıb atdı kanalın düz ortasına, qamışlığın
arxasına. Sonra dirsəkləndi otluğa,
siqaretinə od
vurdu.
O, Muğanın bir parçası olan Biləsuvarda dünyaya göz açıb, yerli adət-ənələri
yaxşı bilir. Burda hamı bir-birinə can deyib, can eşidir. Birisinin işi müşkülə
düşürsə, müsübətlə
üzləşirsə, o birisi
kənarda durmur, həyat durur, əl yetirir ona. Azərbaycanlılar rusca, ruslar azərbaycanca gözəl
danışır. Uşaqlıq dostu Əşrəflə
- hər ikisi avtobazanın təmir sexində işləyir, kefi saz olanda
ana zarafatından da qalmır. Qonşuda balaca oğlan var ki, kim öyrədibsə, hərdən
ona mahnı oxuyur: alasan rus qızını üst-başını "cist" eləyə, alasan tatar qızın, qolunu şikəst eləyə... balıq tutsa, o yetimçəyə
də pay verəcəkg
Asta-asta ayağa durur, yaxın gəlib tilovunu silkələyir, azacıq belə tərpənti yoxdu, uzağı görməyən,
yaddaşı 4-5 saniyəlik
olan balıqlar ya qamışların, kol-kosun arasında gizlənir, tilovun ucuna keçirdiyi qırmızımtıl soxulcanlara
tamah salmır, ya da onun
bəxti gətirmir. Deyəsən,
evə boş qayıdacaq...g
Bir az var-gəl
eləyir, səhər
açılır. Günəşin al şəfəqləri üfüqdən
açıq-aydın görünür.
Narıncı rəngli bu
şəfəqlər necə
də gözəldir.
Çox
keçməz, bir azdan göylər alışıb yanar, havanın hərarəti yüksələr. Kamali-ədəblə
salam verir
Günəşə və
onu bura gəlməyə təhrik
edən zövcəsi
Marusyanın sözləri
düşür yadına:
qonşu kişilər
o traynik kanalın üstə gedib nə qədər çəki, kütüm,
hətta naqa gətiriblər. Sən elə gözləyirsən
mən bazardan alacam, uşaqlar yeyəcək. O gün
qəzetdə oxudum ki, balıq əti çox vitaminlidi, insanın yaddaşını möhkəmləndirir,
görmə qabiliyyətini
gücləndirir.
Ötən il qonşu rayonun Pirvolni kəndinə, xalasıgilə qonaq getmişdi. Kəndin düz ortasında
həmişəyaşıl ağacların əhatəsində,
axar suyun ötüb keçdiyi çarhovuz düzəldiblər.
Müxtəlif növ balıq
saxlanılır orda.
Hə, budu, yaşlı bir kişi əlində
kəpək, yarma və s. dolu zənbillə gəlir. O balıqlara yem gətirir. Sonra tilov atıb
bircə dənə nisbətən iri balıq tutur. Qayıdır evinə. O, kəndin bütün camaatını balıqla təmin eləyir çarhovuz.
Hövsələsi daralır, səbri bir əlcə olur Mixail Andreyeviçin. Torbasındakı meyvədən hazırlanan
200 qram arağı birnəfəs çəkir
başına. Ağzına bir tikə çörək
və bir xırça duza qoyulmuş xiyar qoyur. Bir balaca ovqatı
yaxşılaşır. Sonra tilovu götürüb baxır. Bu nədi,
soxulcan yoxdu ki, yəqin iri balıq olub, ağzı cırılsa da baş götürüb qaçıb uzaqlara.
Neyləməli, qismət
deyilmiş...g
Nə fikirləşirsə,
azı 300 metr irəliyə gedir. Tilovu düzəldib
düz atır kanalın ortasına.
Yuxarıda elə bil şirin suyu açıblar, kanal ləbələb dolur boz-bulanıq suya. Hə, burda balıq olar.
Ətrafa baxır, yaxınlıqda biri ucadan mahnı oxuyur. Hansı dildə, alınmır. Dəli kimi qışqıra-qışqıra ora-bura çovuxan o adama yaxınlaşır. Sapı ağacdan olan tilovu atıb suya, istəyir köhnə, saralıb-solmuş, ora-burası yamaqlı paltar geyən ayaqyalın, yekəzol heyvərəyə "ay eşşşək anqırma", "səs eləmə" desin, amma hiss edir ki, bunun xeyri olmayacaq. O heç normal adama da oxşamır. Elə hey qışqıra-qışqıra o tərəfə, bu tərəfə qaçır. Gah "əəə" eləyib, bərkdən səslənir, gülür, gah da atılıb-düşür, qol qaldırıb səfeh-səfeh oynayır. Hərdən əlini göylərə qaldırıb "moy-moy" deyərək kimsəni köməyə çağırır. Qulaq verir, bizim azərbaycanlılar kimi hərdən yarım-yarım" da demir. Elə "moy-moy" vəssalam.
(Ardı var)
Ədalət.-2014.-4 noyabr.-S.5.