BAYRAMLAR, FESTİVALLAR MƏSKƏNİ-QƏDİM ŞƏKİ

REGİON

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Özünə sığmayan şəhər

 

Uzaqdan ya bir az yüksəkdən baxanda adam bilmir ki, bu şəhər ucu-bucağı görünməyən böyük düzəngahdan keçərək qarşı dağlara söykənib, yoxsa elə qarşı dağlardan üzü aşağı yol alıb? Hər nədirsə, min illərdir ki, Şəki belə görünür, dağlar qoynunda daha da böyüyür, ucalır, sanki özünün ilkin sərhədlərinə sığmır da... Son illər Böyük Şəhərin inkişafını görüb sevinmək bir yana, onun indi bu nəhənglikdə dağların qoynuna sığmayıb daha geniş düzlərə yol açmasına, həm necə gözəl, necə müasir bir görkəmlə göz oxşamasına heyran qalmaya bilmirsən. Qədimliklə müasirlik gerçəkdən Böyük Şəhərin özəl ruhu, səciyyəsidir.

Şəkinin belə bir özünəməxsusluğu, belə bir tavrı onu canlı varlıq kimi hər kəsə sevdirir doğmalaşdırır.

Vətənə, Xalqa Prezidentə sədaqətliyin parlaq təzahürü

 

...Böyük Şəhərin son illərdəki bu yüksəlişinin, daha da şöhrətlənməsinin ən birinci səbəbi qayğı diqqət, eyni zamanda bunun qiymətləndirilməsidir. Dövlətimiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qədim yurdun mədəni-tarixi ənənələr üzərində daha da inkişaf etdirilməsi üçün müstəsna qayğı diqqət göstərib göstərməkdədir.

Bu da bir həqiqətdir ki, vətənpərvər ziyalı bir şəxsin rəhbərlik etdiyi Şəkidə göstərilən bütün qayğı diqqət, həm yüksək etimad məhz görülən bu cür sanballı işlərlə doğrulmalı idi.

Dövlət Proqramının töhfələri: quruculuq işlərindəki uğurlar

bir-birini əvəz edir

 

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2014-cü ilin 9 ayı ərzində görülmüş işlərə qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaqda respublikada gedən quruculuq fonunda Şəkinin xüsusi yeri olduğunu bildirmişdir. E.Usubov demişdir:

"2014-cü ilin 9 ayında rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq. 2014-cü ilin 9 ayında ilkin hesablamalara görə faktiki qiymətlərlə 235 milyon 511 min manatlıq məhsul buraxılmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı 250 manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. 2014-cü ilin 9 ayında Şəki rayonunda 1100 yeni yeri açılmışdır ki, onların da hamısı daimi yerləridir. Qeyd etmək lazımdır ki, 01oktyabr 2003-cü ildən - 01oktyabr 2014-cü il tarixədək rayonda 13297 yeni yeri açılmışdır ki, bunun da 95,7 faizi daimi yerləridir. 2014-cü ilin 9 ayında Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 203 milyon 420 min manat olmuşdur . Bu 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Hazırda rayonumuzda 19 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 12-i kiçik müəssisədir. 2014-cü ilin 9 Şəki rayonunda istehsal qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyanın həcmi 32 milyon 558 min manat olmuşdur ki, bunun da 67,6 faizi dövlət mülkiyyətinin, 32,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. 2014-cü ilin 9 ayında əsas kapitala yönəldilmiş investisiyanın 84,6 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir.

Şəki Rayon Məşğulluq Mərkəzinə 2014-cü ilin 9 ayında 302 nəfər işaxtaran müraciət etmişdir. Hesabat dövründə 169 nəfər işə düzəlmişdir.

Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Nazirlər Kabinetinin oktyabr ayının 8-də keçirilən geniş iclasında çıxış edən Prezidentimiz demişdir: "Sosial proqramlar icra edilir, doqquz ayda maaşlar, pensiyala, orta əməkhaqqı artmışdır. Sosial layihələr icra edilir, - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, mədəniyyət ocaqları, - bu sahəyə də böyük diqqət göstərilir və bizim investisiya portfelimizdə sosial layihələrə ayrılan vəsait kifayət qədər böyükdür".

Bəhs olunan dövrdə Şəkidə əməkhaqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. 2014-cü ilin 9 ayında 1503 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2197 ailə Ünvanlı Dövlət Sosial Yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği 29 manat, hər ailəyə düşən orta məbləğ isə 131manat 41 qəpik təşkil etmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə hər ailə üzvünə düşən məbləğin 15,5 faiz, hər ailəyə düşən məbləğin 16,5 faiz artımı deməkdir.

Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2014-cü ilin 9 ayında 25980 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16472 nəfəri yaşa görə, 7914 nəfəri əlilliyə,1594 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun  maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2014.-4 noyabr.-S.7.