Kamran Nəzirlinin "Narkoman" pyesi səhnədə

 

Yazıçı-dramaturq Kamran Nəzirlinin pyesi səhnələşdirilib. Adalet.az xəbər verir ki, yazıçının "Narkoman” adlı pyesinin premyerası Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş tutub. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı, Əməkdar Mədəniyyət İşçisi İmamverdi Əhmədovdur. Anşlaqla keçən tamaşada əsas rolları Əməkdar Artist Növrəstə Həşimova, aktyorlardan Cəlal Məmmədov, Şəhla Məmmədova, İradə Zeynalova, Sevda Hüseynova, İlqar Hüseynov və başqaları ifa ediblər. "Narkoman”ın səhnələşdirilməsində məqsəd bəşəriyyətin ən qorxulu bəlasına çevrilmiş " ölüm” qarşı birgə mübarizə aparmaq, narkotikaya qətiyyətlə "yox!” deməkdir.

Əsərin mövzusu və məzmunu bugünkü müasir həyatımızda baş verən hadisələrdən götürülüb. Burada qəhrəmanlar müqəddəs ailə dəyərlərinin milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda mübarizə aparırlar. Tamaşanın müxtəlif bölgələrində də nümayişi nəzərdə tutulur.

 

Ədalət.-2014.-4 noyabr.-S.8.