BAYRAMLAR, FESTİVALLAR MƏSKƏNİ-QƏDİM ŞƏKİ

 

REGİON

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

(əvvəli ötən saylarımızda)

 

Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə pensiyanın orta aylıq məbləği 158 manat təşkil edir ki, bu da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 5, 8 dəfə artım deməkdir.

Ötən illərdə olduğu kimi, bu ilin 9 ayında da məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2014-cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tezitkisiz yığmaq üçün bütün zəruri tədbirlər həyata keçirilmiş, taxıl biçininin tezitkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilmişdir.

Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz ərzaq təhlükəsizliyi ilə bağlı məsələnin daim diqqət mərkəzində olduğunu bir daha vurğulayaraq demişdir: "Təbii ki, biz daxili bazarımızı Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Son illərdə bu sahədə böyük irəliləyiş var. Demək olar ki, biz özümüzü taxıldan başqa əsas ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Əlbəttə ki, bizim üçün ənənəvi bazarlara daha da böyük həcmdə məhsulla çıxmalıyıq və yeni bazarlara da yol tapmalıyıq". Rayonumuzun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılır. Rayonda heyvandarlıq məhsulları istehsalında ötən ilin müvafiq dövrünə nisbətən artım əldə olunmuşdur. Son zamanlar respublikanın bir sıra rayonlarında iribuynuzlu heyvanlar arasında virus mənşəli dəri xəstəliyi yayılmışdır. Xəstəliyin rayon ərazisinə keçməsinin qarşısının alınması məqsədilə sərəncam imzalanmış, aidiyyəti strukturlara konkret tapşırıqlar verilmişdir.

2014-cü ildə ayrılmış yerli büdcə vəsaiti hesabına 9 ayda şəhərin 12 küçəsinə asfalt beton örtük çəkilmiş, Lütfəli Abdullayev küçəsi ilə M.Ə. Rəsulzadə prospektinin kəsişməsində kiçik bağ salınmış, görkəmli gülüş ustası Lütfəli Abdullayevin büstü qoyulmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə 80 şagird yerlik Qırxbulaq tam orta və 180 şagird yerlik Qaratorpaq kənd tam orta məktəbinin, Şəki şəhər Uşaq - Gənclər idman məktəbinin tikintisi üçün layihələndirmə işləri artıq başa çatmışdır. Həmçinin cari ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Gənclər evi" nin, Baş Göynük kəndi ərazisində idman zalının tikintisi işlərinə başlanmışdır. Eyni zamanda "Asan" xidmət mərkəzinin Şəki Ərazi İdarəsi, şəhər polis şöbəsi üçün inzibati binaların tikintisi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafına böyük qayğı göstərilir, yeni uşaq bağçaları tikilir, uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz demişdir: "Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu sahədə son illərdə böyük irəliləyiş olub. Bakıda, bölgələrdə onlarla yeni bağça tikilirbu proses davam etdirilməlidir. Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun". Bu istiqamətdə Şəkidə də bir sıra işlər həyata keçirilir. Hazırda Şəkidə 61 məktəbəqədər təhsil müəssisəsi fəaliyyyət göstərir. Həmin müəssisələrə 2780 nəfər uşaq cəlb olunmuşdur ki, bu da məktəbəqədər yaşlı uşaqların cəmi 16 faizini təşkil edir. Şəkinin 30-dan artıq kənd yaşayış məntəqəsində bağça yoxdur. Məhz bu amili nəzərə alaraq əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisi həyata keçirilir. Müqayisə üçün bildirim ki, son iki ildə Şəkidə 9 uşaq bağçası tikilmişyaxud əsaslı təmir olunmuşdur...

 

 

Təhsilə xüsusi qayğı və diqqət

 

Bu tədris ilində ŞinBaş Şabalıd kənd tam orta məktəbləri üçün dövlət vəsaiti hesabına inşa edilmiş 280 və 120 şagird yerlik yeni məktəb binaları və Şəki şəhər təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Bundan əlavə, hazırda rayonun Göybulaq, Baş GöynükQoxmuq kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilir. Bu məktəblərin də cari tədris ilinin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. 2013-2014-cü dərs ilində Şəki rayonunun 98 ümumtəhsil məktəbində 22911 şagird təhsil almışdır. Tədris ilində 72 şagird respublika və beynəlxalq olimpiadalarda, müsabiqələrdə iştirak etmiş, onlardan 37 nəfəri qalib adını qazanmışdır. "İNEPO-Avrasiya" ətraf mühitin mühafizəsi VIII Beynəlxalq layihə olimpiadasında Şəki məktəbliləri bir gümüş medala və 3 sertifikata layiq görülmüşdür.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2014.-5 noyabr.-S.7.