ƏDƏBİ
HƏYAT
"GƏLMİŞDİM
DÜNYANIN DƏRDİNİ ÇƏKƏM"
( A V D I Q O
Ş Q A R I N Ş E İ R L Ə R İ H A Q Q
I N D A)
Gəlmişdim dünyanın dərdini
çəkəm,
Çəkməyə o qədər dərd tapıldı kig
Məni
tükjə kimi əzib bükməyə-
O qədər dilbilməz mərd tapıldı kig
Sırayla töküldü üstümə
dərdlər-
Qılınjlı-qalxanlı qor-qoşun kimi.
Göyün ağırlığı çökdü üstümə-
Çökdü varlığıma qurğuşun
kimi.
Dərd
başımdan basdı,
mən yerə sindim,-
Arı yuvasına əyildim,ana!
Əyilə-əyilə torpağa endim,
Uçuna-uçuna yarpağa, ana!
Dəyişə bilmədim qoja dünyanı,
Dağıyla, düzüylə verib
baş-başa,-
Nə mən onun üçün
təzə qonağam,
Nə o
mənim üçün
təzə tamaşag
Avdı
Qoşqarın "Anama"
adlı bu şeirini on il
önjə, "Azərbayjan"
curnalında (2004, № 9) oxumuşdum.
Şairlər həmişə, bəlkə
bütün ömürləri
boyu Dərdlə həmdəm olurlar. Dahi Füzuli
deyirdi ki, "Bu dərdlər ki, mənim vardır, bəirin başvna qoysan, Çıxar kafər jəhənnəmdən,
gülər əhli-əzab
oynar". Şairlər də əslində, dünya dərdlərinin tərjümanıdırlar. Təbii ki, Dərd deyəndə,
sızıltı, ağlamaq,
hönkürmək yada
düşməməlidir. Dərd insana ona görə
verilir ki, o, həyatın, gözəlliyin
qədrini bilsin və bu dərdləri
dəf edə bilsin. Avdı Qoşqar da
bu dərdlər içindədir və onun şeirlərində də dərdlər sıralanır. Amma daxilən
nikbin olan şair üçün bu dərdlər dərmansız deyil, həyat yaşamaq gözəlliyi ilə mənalıdır.
Avdının "Daş tərəzi" adlı yeni şeirlər kitabının
da əsas qəhrəmanı mən
deyərdim, Dərddir. Bu dərdlərin timsalında
bir şair qəlbinin çırpıntılarını,
ürəyin təlatümlərini
eşidirik. Müasirimiz
olan bir insanın həyat, yaşamaq, Vətən, Torpaq, sevgi haqqında
düşünjələri ilə tanış
oluruq. Yox, biz bu yazılanlara
"kədərli şeir"
demirik, sadəjə, bir şair içinə
yığılan dərdləri
bizə açır,
sanki yüngülləşir.
Yaşamaq nə ağır
sınağa dönüb,
Sınana-sınana döz, atam-anam.
Fələyin səbirli bəndələriyik,
Hər şeyə dözürük,
biz atam-anam!
Dünyanın sahibsiz sükanları
var,
Nazlı
qızılgülü, tikanları
var,
Şeytanlara papış tikənləri
var,
Düzlərdə qalıbdı, düz
atam-anam!
Neçə payız ötüb,
neçə qış
qalıb,
Ortada nisgilli xan Araz
qalıb,
Sona yetişirik, sona az qalıb-
Qırıla-qırıla, döz, atam-anam!
Dünyamız elə bu təzadlarla,
iki sahilli xan Arazlarla, şeytanlara papış tikənlərlə dolu deyilmi? Bir tərəfdən tikanlar, bir tərəfdən
qızılgüllər. Hələ də əyrilər düzü əyir. "Daş tərəzi"
şeiri Avdının
kitabdakı şeirləri
üçün bir meyar rolunu oynayır.
Doğrudanmı "əyilib
ölçüsü daş
tərəzinin" . Hər halda, danmaq olmaz
bu həqiqətləri.
Amma bir həqiqət də var ki,
"gedən yaşdı,
ömürdügfəqət, qalan sevgilər".
"Qalan bir
ilahi eşq, bir də yurddu,
vətəndi".
Avdı Qoşqar poetik ümumiləşdirmələri sevir və əgər
o, dərddən yazırsa,
öz şəxsi, subyektiv ağrılarından
daha çox insanlığın, konkret
olaraq bizlərin dərdini qələmə
alır.Şeirlərinə fəlsəfi notlar da qatır.Bu tipli şeirlərdə sual sual ardınja
gəlir və o suallar da javabsız
qalmır. Deyir ki:
İnsanı uçurub,-
qurmaq nə çətin,
Başı nejə kəsib,
jalaq edəsən?!
Nejə
dəyişəsən,
gedilən yolu7!
Gördüyüm insandı,
min ildən bəri-
Şəhvətin, sevginin,
istəyin qulu.
Avdı sevgi şeirləri də yazır və bu sevgi
şeirləri payız
lirikası təsiri bağışlayır. Ömrün elə
bir vədəsi gəlir ki, insan ilk sevgisini ya da qəlbində
həmişəlik yaşayan
bir məhəbbət
xatirəsini yada salır, o ilkin duyğularla qızınır.
Avdı on il
əvvəl yazdığı
bir şeirdə deyirdi ki: "Mən-sevgi dəlisi, mən-od möhtajı, özümə qayıdır
sevgim, ilhamım".
Elə o illərdə
yazdığı başqa
bir sevgi şeirində də deyirdi ki: "dünyanın üstündən
keçib gəlirmiş,
Dirilik suyunu içib gəlirmiş, Kədəri ömrümdən
biçib gəlirmiş,
Bir gözəl gəlirmiş ömrümə
demə".
Bu yaşda ürəyim sənə uçunur,
Uçunur bir doğma yuva üstünə.
Simurq qanadına qonub gələrəm-
Gələrəm, isinim sənin istinə.
Nejə çəkdin məni, nejə istinə?!
Ömrün bu sinnində, bu vədəsində.
Qaçıram, qaçıram sənin
istinə,
Sən demə, hər yaşda məhəbbət
olar,
Dilini, sirrini duyan gərəkmiş.
Qara, çopur daşda məhəbbət olar-
Təki göyərdəni çıxa
rastına.
Niyə
göyərdirsən ağ saçlarımı?!
Niyə göyərdirsən payız
ürəyi?!
Hisslər səmimidir. Sevgidə yalan danışmaq olmaz və yalan
deyilirsə, o an hiss olunur. Avdının şeirlərində bu mənada yalanlara yer yoxdu.
O, dünyaya göz açdığı Vətənini
sevir və bu sevgi ritorika,
yalançı pafosla
ifadə olunmur. "Mənim taleyimə
yazılan Vətən,
Qaraja daşını
öpdüyüm torpaq".
Vətənin hüdudları, sərhədləri
təkjə yaşadığımız
Azərbayjan deyil, həm də mənəvi Azərbayjandır,
daha geniş mənada böyük Türk dünyasıdır.
"Yenisey şeirləri"
bu fikrin ən bariz ifadəsidir:
"Bu yovşanlı, bu
göy tala, Ruhum qopub burda
qala, Köç havalı uzaqlara Qanın qovuşan yeridir. Suları var qırçın-qırçın,
Sahilləri nanə, darçın, Bu Yenisey ağ göyərçin-
Köksündəki qan
yeridir!". Şair dostu Səməd Qaraçöpə həsr
etdiyi "Borçalıda
bulud gördüm"
şeirində də eyni doğma hisslər diqqəti jəlb edir.
Kitabda Avdı Qoşqarın mərhum şair dostu Sabir Adilə
həsr olunan beş şeiri
ilə qarşılaşdıq.
Sabir Adil tez köçdü dünyadan, amma bir şair ömrü
yaşadı. Sərbəst şeirin gözəl
nümunələrini yaradırdı.
Və şeirlərində fikrini
sərbəst, açıq
şəkildə, hamının
ürəyindən xəbər
verirmiş kimi ifadə edirdi. Müjərrədliyə qətiyyən meyl
eləmirdi. Bu yazıda
mən onun bir şeirindən əzbər bildiyim bir parçanı təqdim eləməsəm,
yəqin Avdı Qoşqar da injiyər:
İyirmi
ilə yaxındı
Sənə sarı jan atıram
İyirmi
ilə yaxındı
Məndən niyə qaçırsan
Bakı şəhəri?
Bir səndən doymadım
doyanlara yuva qurdun.
Günahım nəydi ki,
balaja komanı
da qıymadın mənə.
İyirmi
ilə yaxındı
Sənə sarı jan atıram
Bezib durdum Sumqayıtda
Sən nejə
Dayanmısan, yoxsa qaçırsan?
Sabir Adilə
həsr olunan şeirlərdə onun
ŞAİR OBRAZI yaradılır və nakam bir
ömürə təəssüf
nidaları duyulur bu şeirlərdə. Birinji şeirdə
Avdının Sabir Adilin oğlu Alpayla görüşündən
doğan təəssürat
ifadə olunur. "Alpay evlənib
bir oğul nəvən şam yandırır ruhuna, Alpayın üzünə,
boynuna Yoxluğun yazılıb, Sabir Adil, Bunu gözündən
oxudum Alpayın".İkinji,
üçünjü şeirlərdə
də o yoxluğun-Sabir
Adilsizliyin nigarançılığı
duyulur. Sabirin ölümündən sonra
hər şey yerindədir: ev-eşik, divarda qara haşiyəli
şəkli, amma Sabir Adil yoxdu.
Dördünjü şeirdə
iki şair taleyi arasında (biri sağ, biri dünyadan köçən) bir bənzəyiş, bir oxşarlıq nəzərə
çarpdırılır:
Nə əhdi-peyman bağlayıb,
nə söylədik qardaş olaq!
Tale bizi birləşdirdi-
bu yollara sirdaş olaq!
Keçdik ağrıdan-ajıdan,
Qan ujlu üzlükdən keçdik.
Dərd
fışqıran ürəklərdən,
Qan udan düzlükdən keçdik.
Haqq qapısı hörüklənib-
bağlı qaldı
üzümüzə.
Qışqıra-qışqıra qaldıq-
Qapıların bu yanında.
Saçdan asdılar jəlladlar-
Ruhumuzun doğum anında.
Avdı Qoşqar indi yaşının altmışına doğru irəliləyir və dörd ildən sonra o yaşa gəlib çatajaq. Deməli, şair ömrünün müdriklik dövrü yaxınlaşır. Ona görə də özünü daha kamil şair kimi təsdiq etmək üçün poetik istedadına sadiq qalmalıdır. O poetik istedad ki, Allah vergisidir və onu daim jilalamalı, durultmalısan. Mənim haqqında danışdığım "Daş tərəzi" kitabındakı şeirlər içərisində təəssüf ki, ortababları da var və Avdı hisslərini, duyğularını şeirə çevirərkən ən yaxşı şeirlərini göz önünə gətirməlidir. Bir az da dünyamızın təkjə kədər gətirən, ürəkdə ağrı yaradan dərdlərindən, göynəklərindən yayınmalıdır. Axı, dünyanın rəngləri təkjə Ağrı və Dərd üstündə köklənə bilməz. Doğrudur, bunlar da önjə dediyim kimi təbii yaşantılardır. Amma başqa rənglər də var. Qürur rəngi, sevinj rəngi, nikbinlik rəngi, həyatın gözəlliklərinin min bir çaları.
Avdı Qoşqar, sənə uğurlar diləyirəm bu yolda!
Ədalət.-2014.-8 noyabr.-S.15.