Çətin suallara
Bakıda tapılan cavablar
III Beynəlxalq Teatr Konfransında mühüm
məsələlər müzakirə edildi,
fikir mübadiləsi aparıldı
Dörd
il öncə
paytaxtımızda maraqlı
bir ənənənin
əsası qoyuldu. Bakı Beynəlxalq Teatr Konfransı yüksək səviyyədə təşkil
edildi və qısa bir müddət
ərzində geniş
əks-səda doğura
bildi.
Həmin ənənə bu gün də uğurla davam edir. Noyabrın 5-də və 6-da III Bakı Beynəlxalq Teatr Konfransı keçirildi. Dünyanın tanınmış teatr xadimləri, incəsənətin
bu növünü tədqiq edən alimlər yenidən paytaxtımızda bir araya gələrək faydalı müzakirələr
apardılar, onları
narahat edən suallara cavab tapmağa çalışdılar.
Dünyadakı teatr
prosesinə baxış,
nazirdən nikbin çıxış
Mədəniyyət və Turizm Nazirliyinin, Milli Elmlər Akademiyası və Teatr Xadimləri
İttifaqının birgə
təşkilatçılığı ilə keçirilən
III Bakı Beynəlxalq
Konfransı noyabrın
5-də öz işinə
başladı. Dövlət Musiqili Teatrında
keçirilən bu nüfuzlu tədbirdə
40-dan çox ölkəni
təmsil edən 100-dən
çox tanınmış
teatr xadimi- rejissor və aktyorlar, dramaturq və tənqidçilər,
teatr rəssamları və xoreoqraflar bir araya gəldi.
Müxtəlif ölkələrdən gələn forumun iştirakçıları müasir
dünyada teatr qarşısında duran məsələləri müzakirə
etdilər.
III Bakı Beynəlxalq Teatr Konfransında ABŞ,
Böyük Britaniya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İtaliya, Yunanıstan, Hindistan, Kanada, Gürcüstan, Estoniya, Kuba, Mərakeş, Avstraliya, İspaniya, Hollandiya, İrlandiya kimi ölkələrdən
gələn nümayəndələrin
iştirak etməsi tədbirin ildən-ilə
nüfuzunun artmasını
sübut edən amillərdəndir.
"Teatr sənətinin
multikulturizm-unversal dəyərlər
sistemində yeri" mövzusuna həsr edilən tədbiri giriş sözü ilə açan mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev qonaqları və iştirakçıları salamladı. Son illər Azərbaycanın
sürətlə inkişaf
etdiyini, bütün sahələrdə böyük
uğurlar qazandığını
deyən nazir mədəniyyətə, incəsənətə
dövlət qayğısının
artdığını diqqətə
çatdırtdı. Nazir bildirdi ki, teatr
sənətinin davamlı
inkişafını təmin
etmək məqsədilə
mühüm dövlət
sənədləri qəbul
olunub və bu proqramlar uğurla
həyata keçirilir.
Əbülfəs Qarayev 140 illik tarixi olan peşəkar
Azərbaycan teatrının
bu gün dünya mədəniyyətində
gedən proseslərə
fəal inteqrasiya olunduğunu xüsusi qeyd etdi. Nazir teatr
kollektivlərimizin nüfuzlu
beynəlxalq festivallarda
uğurla iştirak etdiyini, müntəzəm
qastrol səfərlərində
olduğunu, tanınmış
teatrların paytaxtımızda
tez-tez tamaşalar göstərdiyini bildirdi.
Mədəniyyət və turizm naziri konfrans iştirakçılarının diqqətini bir məsələyə də
yönəltdi. O, qeyd etdi ki, Ermənistanın
ölkəmizə qarşı
işğalçılıq siyasəti nəticəsində
mədəniyyət ocaqları
da ziyan çəkib, bəzi rayonlarımızdakı dövlət
teatrları qaçqın
həyatı yaşamağa
və çətin şəraitdə fəaliyyət
göstərməyə məcbur
olublar.
Əbülfəs Qarayev III Bakı Beynəlxalq Teatr Konfransını ölkəmizin
mədəni həyatında
mühüm hadisə
kimi xarakterizə etdi, ənənəvi forumun uzun illər
davam edəcəyini bildirdi.
Sonra çıxış
üçün söz
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
dövlət müşaviri
Kamal Abdullayevə verildi. III Bakı Beynəlxalq Teatr Konfransının aktual mövzuya həsr edildiyini diqqətə çatdıran dövlət
müşaviri bildirdi
ki, bu gün
Azərbaycan multkultural
bir məkana çevrilib. Onun sözlərinə
görə, multikulturalizm
anlayışı həm
bəşəri, həm
də milli dəyərlərin eyni vaxtda mövcud olması kimi səciyyələnir və
bunu əyani surətdə həyata keçirən ən gözəl məkan məhz teatrdır.
Konfransda çıxış edən
Beynəlxalq Kukla Teatrları Assosiasiyasının
(UNİMA) Baş katibi
Jak Trüdo tədbirin əhəmiyyətini
xüsusi vurğuladı,
forumda teatr sənəti qarşısında
ümumi çağırışların
müzakirə ediləcəyini
diqqətə çatdırdı.
Uşaq
və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi
Bakıdakı görüş və müzakirələrin dünya
teatr prosesinə öz müsbət təsirini göstərəcəyinə
inandığını bildirdi.
Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyasının Baş
katibi Mişel Vais Azərbaycandan olan həmkarlarının
təmsil etdiyi qurumun işində həmişə fəallıq
göstərdiyini qeyd
etdi, foruma uğurlar arzuladı. Beynəlxalq
Teatr Rəssamları,
Memarları və Texniki İşçiləri
Təşkilatının prezidenti
Luis Yansen belə görüş və müzakirələrin yaradıcı
mühit üçün
önəmini vurğuladı.
Beynəlxalq Teatr Tədqiqatçıları
Federasiyası İdarə
Heyətinin üzvü
Boris Daussa-Pastor Azərbaycan
paytaxtında keçirilən
belə bir nüfuzlu tədbirdə iştirakdan qürur duyduğunu ifadə etdi.
Açılış mərasimindəki çıxışlar
bitəndən sonra
forum bölmə iclasları
ilə işini davam etdirdi.
Görüşlər, vidalar
unudulmayır
III Bakı Beynəlxalq
Teatr Konfransının
plenar iclaslarında çox əhəmiyyətli
məsələlər müzakirə
olundu, faydalı fikir mübadiləsi aparıldı. İlk iclasda dünya
teatrlarının müasir
estetik problemləri müzakirəyə çıxarıldı.
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
prorektoru, professor Məryəm
Əlizadənin və
tanınmış teatr
rəssamı İosif
Yusupovun (ABŞ) moderatorluğu
ilə keçən müzakirələrdə dünyanın
ünlü teatr və kino rejissoru
Kşiştof Zanussi (Polşa), professor Tapati Qupta (Hindistan), Piter Qoldfarb (ABŞ) və başqaları fikirlərini bölüşdülər.
Növbəti plenar iclas isə
teatr sənətində
multikulturalizm məsələlərinə
həsr edilmişdi. Azərbaycan Akademik
Milli Dram Teatrının
direktoru, professor İsrafil
İsrafilovun və İrina Qoqoberidzenin (Gürcüstan) moderatorluğu
ilə keçən iclasda da qızğın
müzakirələr aparıldı.
Anna Liza Rossi (İtaliya), Rişard
Pettifer (Avstraliya), Sarit Kofman-Simon (İsrail), Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,
professor Azərpaşa Nemətov,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Vidadi Qafarlı, Marina Dmitrevskaya
(Rusiya), Salem əl-Məzuri
(Qətər) və başqaları müzakirələrdə
fəal iştirak etdilər.
İki gün ərzində forum iştirakçıları
müxtəlif mövzular
ətrafında fikir mübadiləsi apardılar,
müasir teatrın aktual problemlərini müzakirə etdilər. 40-dan çox ölkəni təmsil edən qonaqlar teatrlarımızda
oynanılan tamaşalara
baxdılar və paytaxtımızın tarixi
məkanlarını gəzmək
imkanı əldə etdilər. III Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycanla tanışlıq,
dünya teatrlarındakı
prosesləri öyrənmək
və müzakirə etmək üçün gözəl bir fürsət oldu. Həmkarlar və həmfikirlər arasında münasibətləri
bir qədər də yaxınlaşdırdı,
bir körpü rolunu oynadı.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin tədbirin açılış
mərasimində dediyi kimi,
teatr Azərbaycanda estetik
və mənəvi missiya daşımaqla geniş kütlələrə nüfuz etməyi bacaran ən
önəmli incəsənət növlərindən biridir. Bu konfrans Azərbaycan dövlətinin
mədəni inteqrasiya, multikulturalizm,
tolerantlıq kimi qlobal
dəyərlərin inkişafına həssas münasibətinin
əyani sübutudu. Çünki
dövlətimizin mədəniyyət siyasətində əsas
məqsədi xalqlar, millətlər
arasında körpülər qurmaq vəzifəsi
və müxtəlif irqə, dinə və dilə mənsub
insanları humanist fəlsəfə ətrafında
birləşdirmək amilidir.
Ədalət.-2014.-8 noyabr.-s.12.