"Aşura mərasimlərində islahatlar aparmaq lazımdır"

 

Samir Salam: "Məhərrəm ayında İmama saxlanılan əzadarlığın səviyyəsi tam da qənaətbəxş deyil"

 

İslam dünyasında Məhərrəm ayı böyük və xüsusi qeyd olunan aylardandır. Məhərrəm ayı İslam tarixində daha çox Aşura hadisələri ilə xatırlanır. Miladi təqvimlə 680-ci ildə İraqın Kərbəla çölündə Məhəmməd (s.ə.s) peyğəmbərin nəvəsi, İmam Hüseyn (ə) 70-dən artıq tərəfdarı ilə birlikdə qətlə yetirilib. Bu hadisə 14 əsrdir ki, müsəlman ölkələrində Məhərrəm ayı boyunca, xüsusən Aşura günü xüsusi əza məclisləri ilə yad olunur.

Məhərrəm ayının ilk ongünlüyü başa çatsa da, ay davam edir. Bundan başqa, İmam Hüseynin 3 40 günlük mərasimlərini möminlər xüsusi şəkildə yad edirlər. Bu ayın necə, hansı səviyyədə keçirilməsi dəfələrlə müzakirə mövzusu olub, müxtəlif fikirlər səsləndirilib. Məhərrəmlik ayı onun mahiyyəti nədir, necə təşkil olunmalıdır, nələrə riayət olunmalıdır? Bütün bu digər suallarımızı ilahiyyatçı, dini mahnılar ifaçısı Samir Salam cavablandırdı.

 

"Aşura günü insanları Haqqa dəvət etməyə gözəl bir fürsətdir

 

- Samir müəllim Azərbaycanda Məhərrəmliyin səviyyəsini necə qiymətləndirirsiniz?

- Məhərrəmliyin ümumi səviyyəsi ali bir məqamdadır. Çünki bu ayda Peyğəmbər nəvəsi, cənnət cavanlarının Ağası İmam Hüseyn Canfədailəri tarixə misilsiz bir imza atdılar. Elə bir imza ki, bu imzanın təfərrüatını öyrənərkən insan kamilliyin olduğunu dərk edir. Amma nəinki Azərbaycanda, əksər müsəlman ölkələrində Məhərrəm ayında İmama saxlanılan əzadarlığın səviyyəsinə gəldikdə isə tam da qənaətbəxş deyil. Görün vəziyyət yerə gəlib çıxıb ki, artıq tanınmış alimlərimiz artıq bu məsələyə ciddi nəzarət edirlər müsəlmanlara xurafatdan uzaq olmağı tövsiyə edirlər. Əslində, bu əzadarlıq məclisləri daim xalqımızın yadında olub uzun illərdir davam edib. Hətta sovetlər dövründə . Sovetlər dövründə çox şeyə qadağa qoyulsa da Aşuraya qadağa qoya bilmədilər. Amma o dövrün Məhərrəm mərasimləri ilə bugünkü mərasimlər, əlbəttə ki, fərqlənir. Təbii ki, o dövrdə İmamın əsas qayələrindən söhbətlər açmağa icazə verməzdilər. Amma bu gün həm müstəqil bir ölkədə yaşayırıq, həm kifayət qədər ilahiyyatçı alim şairlərimiz var ki, istər xütbələrdə, istərsə mərsiyələrdə İmamın sadəcə, Kərbəladakı döyüşündən yox, əlavə olaraq İmamın qiyamının əsas səbəbi olan İslahat haqda da yeni-yeni qəzəl qəsidələr yazsınlar. bununla insanlarımıza İmam Hüseynin Aşura məktəbinin sadəcə, əza məclisindən ibarət olmadığından, İmamın bizlər üçün Aşurada bir məktəb təsis etməsindən bu elm ocağının yüzlərcə "fakultələrindənsöhbətlər açsınlar. Çünki, Aşura günü insanları Haqqa dəvət etməyə gözəl bir fürsətdir. İnsanlar könüllü olaraq Allahın evinə gəlirlərsə, ordan gəldikləri kimi qayıtmamalıdırlar. Düşünürəm ki, Aşura mərasimlərində islahatlar aparmaq lazımdır. Düzdür, bu cəmiyyət tərəfindən yaxşı qarşılanmayacaq, amma yadımızdan çıxarmayaq ki, əza saxladığımız İmam Hüseyn elə məhz islahat uğrunda şəhid oldu.

 

"Aşura mərasimlərinin coşqu ilə qeyd olunması Allah Rəsulunun ailəsinə olan sevgidən irəli gəlir

 

- Dünyada şiə təriqətinə mənsub olanlar sünnülərdən azlıq təşkil etdiyi halda, nəyə görə bütün dünyada Məhərrəmlik belə coşqu ilə keçirilir? Bunun səbəbləri nədir: dinə hörmət, din xofu, yoxsa imam Hüseynə olan rəğbət?

- Düşünürəm ki, şiə sünnülər bir çox məsələlərdə bir olduqları kimi, Aşura mərasimlərində birdirlər. (Radikal "müsəlmanları" istisna etmək şərti ilə). Aşura mərasimlərinin coşqu ilə qeyd olunması isə Allah Rəsulunun ailəsinə olan sevgidən irəli gəlir. Nəinki müsəlmanlar, mən deyərdim ki, dünyada bir çox dahilər bu Məktəbi təqdir etmiş haqqında tarixə qızıl hərflərlə yazılmış sözlər demişlər. Misal olaraq Mahatma Qandi deyib : "Əgər Hindistan xalqı azad olmaq istəyirsə, İmam Hüseynin Aşura məktəbini öyrənsin." Onu da qeyd edim ki, bu mərasimlər şiə sünnülərin kompakt yaşadığı bir çox ölkələrdə hər iki məzhəbin həm alimləri, həm ictimaiyyəti tərəfindən birgə təşkil olunur. Çünki məzhəbindən asılı olmayaraq, İmam Hüseynin məktəbindən hərə öz payını götürə bilər. Hərə öz çatışmazlığını aradan qaldıra bilər. Mən şəxsən Kərbəlada ziyarətdə olarkən həm bizim ölkəmizdən, həm digər ölkələrdən İmamın ziyarətinə gələn çoxlu sünnülər görmüşəm. İmam Hüseyn bütün müsəlmanların İmamıdır Kərbəla hadisəsi İslam dininin yaşamasına böyük təkan verdi. Buna görə hər bir müsəlman İmam Hüseynin Aşurasını hörmətlə yad edir.

- Məhərrəmliklə bağlı bir sıra qadağalar var. Xüsusən qadınlarla bağlı. Sizcə, bu dərəcədə doğrudur?

- Məhərrəm ayında qadağaları insanlar özləri icad ediblər. Məsələn: saç kəsmək, çimmək, qadınların saç rəngləməsi, bəzək-boyaqdan istifadə sair bu kimi məsələlərin heç bir İslami əsası yoxdur. Bunlar fərdi məsələlərdir. Sadəcə ictimailəşib. Ola bilər ki, kimsə həmin günü saçını kəsdirmir. Bu onun şəxsi yanaşmasıdır. kimsənin onu qınamağa ixtiyarı var, onun saçını kəsdirən birini qınamağa haqqı var.

 

"Məhərrəmlik ayında toy edib-etməmək, könüllü məsələdir

 

- Məhərrəmlikdə toy etmək ciddi müzakirə mövzusudur. Siz necə düşünürsünüz, Məhərrəmlikdə toy etmək olarmı?

- Toy şadyanalıq məsələsinə münasibətimi, Məhəmməd Fizulinin bir misrası ilə başlamaq istərdim:

 

Mahi Muhərrəm oldu Məsərrət haramdır,

Matəm bu ayda şəriətə bir ehtiramdır.

 

Yəni Məhərrəm ayı şadyanalıq haramdır bu bizim dahi klassikimizin sözüdür. mən şəxsən bu fikirlə razıyam. Aləmlərə rəhmət olaraq göndərilən bir Peyğəmbərin nəvəsi İmam Hüseyn əleyhissalamın Canfədailərinin şəhadət günlərində toy etmək ya hər hansı bir şənlik etmək özünə müsəlmanam deyən birinə yaraşmaz. Ola bilsin, kimsə bu fikirlə razılaşmasın. Həmin insana yalnız bir söz demək olar: öz şəxsi işindir. Bu məsələ artıq müsəlmanların içindən gələn bir məsələdir. heç kimi məcbur etmək olmaz ki, Məhərrəmlik ayında toy etsin, ya etməsin. Bu könüllü məsələdir.

 

- Məhərrəmlik yas mərasimidir ya qəhrəmanlıq səlnaməsi?

- Kərbəla şəhadətin nümunəsi, rəşadətin ünvanı, Aşura cəsarətin zirvə nöqtəsi, dəyanətin səlnaməsidir. Kərbəla qeyrət divanıdır, əqidə imtahanıdır. Məhərrəmlik kamilllik məktəbidir həqiqətən , qəhrəmanlıq salnaməsidir.

Əzadarlıq isə bu salnamənin daimi yaşamasına xidmət edən bir vasitədir. Kərbəlanın mahiyyətini dərk edən həmin gün Haqq uğrunda baş verənləri olduğu kimi öyrənən insanınsa gözündən yaş gəlməsi təbii haldır.

 

Ədalət.-2014.-12 noyabr.-S.5.