İkinci Beynəlxalq Aşıq Festivalına start verilir

 

Bu gün ikinci Beynəlxalq Aşıq Festivalına start veriləcək. Adalet.az Mədəniyyət Turizm Nazirliyinə istinadən məlumat verir ki, noyabrın 18-dək davam edəcək festivalın əsas məqsədi Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir.

Mədəniyyət Turizm Nazirliyinin Aşıqlar Birliyi ilə birlikdə keçirdiyi festival Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşır. Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan digər ölkələrdən aşıqlar iştirak edəcəklər.

Beynəlxalq festivalın açılışı Azərbaycan Dövlət Musiqili Teatrında olacaq. Festival iştirakçılarının Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz Ucar şəhərlərində çıxışlarının təşkili nəzərdə tutulur.

Qeyd edək ki, aşıq sənəti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə UNESCO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.

 

Ədalət.-2014.-13 noyabr.-S.6.