O, ÜRƏYİMDƏ QEYDİYYATDADI
Hər kəsin
tanıdığı insan
"İçimdə
olan adamlar" silsiləsindən
Hamının
bildiyi və mənim hələ lap kiçik
yaşlarımdan yaddaşıma yazdığım bir deyim
var: "Deyilən, yazılan söz yadigardı". Bu mənada hələ 80-ci illərdən oxuyub, hələ
də təkrar-təkrar oxuyub şərqi tanımaqda
özüm üçün çox mükəmməl bir
tanıtım əsəri olan "Altı il Dəclə Fərat
sahillərində" kitabını hələ də unutmamışam.
Ümumiyyətlə, həmin illərdə ən çox
oxuduğum səyahətnamə xarakterli kitablar idi. Onların arasında Nəbi Xəzrinin, həmçinin
gündoğar ölkə adlanan Yaponiya barəsində səhv
etmirəmsə Həsən Seyidbəylinin əsərini bu
gün də təkrar oxumaqdan necə deyərlər, vaz
keçmərəm. Çünki bu qəbildən olan əsərlərdə
təkcə bədii sözün,
publisistikanın gücünü yox, həm də tarixin,
coğrafiyanın səhifələrini də tanımaq,
görmək mümkündü. Mən də məhz dedektivdən
çox bədii və həm də real təsir gücü
olan kitablarda, əsərlərdə nədənsə həm
də özümü, öz duyğularımı,
öz istək və arzularımı görmüşəm,
axtarmışam. Bütün bunlar təbii ki, sözə olan
sevgimdən qaynaqlanıbdı.
Hə, yadigar olan sözlər içərsinidə
öz yeri, öz çəkisi olan həmin o "Altı il Dəclə
Fərat sahillərində" kitabını indi təsadüfən
xatırlatmıram. Neçə gündü fikrimdə,
ürəyimdə o kitabın müəllifi ilə
üz-üzəyəmg Onun özünün xəbəri
olmadan onunla danışıram, onunla söhbət edirəm. Hətta iç dünyamda
ondan sorular da sorub, cavablar da alıram. Mən
söhbət əsnasında sorularıma verilən cavabda həmin
o həlim, son dərəcə ruhu oxşayan, dinləyicinin, yəni
şəxsən mənim ağrılarıma məlhəm
olan, içimdəki atəşə su çiləyən və
nəhayət, bütünlüklə məni duyğusal bir
dünyaya çəkib aparan o səsi eşidirəm. Yəqin bu səsin sahibini tanıyanlar mənimlə
razı olar və onlar da etiraf edərlər ki, bu səs həlim
olduğu qədər də mehriban və bir o qədər də
qətiyyətlidir. Çünki mən
onunla hər bir söhbətimdə həmin o qətiyyətin
şahidi olmuşam. Bu insan münasibət
bildirdiyi hər bir məsələdə konkretliyi və qətiyyəti
ilə mənim yadımda qalıbdı. İstər
hansısa bir əsər barəsində, istər hansısa
bir mətbu orqan haqqında, istər vəzifədə olan,
olmayan insanlar barəsində o, eyni templə, eyni istək və
səmimiyyətlə fikrini bildirməkdən çəkinmir.
Yəni bu insan, barəsində fikir söylədiyi
adamın sanki içini görür. Ona
görə də sözü, fikri birbaşa
"onluğa" dəyir. İlk anda ola
bilsin ki, kimsə həmin fikrlə daxilən
razılaşmasın və susun. Amma çox qısa bir
zamandan sonra yanıldığını şübhəsiz
anlayacaq və deməli, mənim barəsində
yazdığım bu insanın səsinin və
sözünün həlimliyi və qətiliyi bir daha
özünü təsdiq etmiş olacaqdıg
Bəli,
öncə kitabını oxuyub və o kitab vasitəsiylə
də iç dünyamda öz yerini tutan professor Qəzənfər
Paşayevlə ilk tanışlığım belə
başladı. Sonra onun daha çox "Ədəbiyyat
və incəsənət" (indiki "Ədəbiyyat"
qəzeti - Ə.M.) oxumağa başladım. Bir etiraf da edim ki, həmin qəzet söz
adamlarının ən çox üz tutduğu ünvanlardan
biri idi. İllər ötdü və necə
deyərlər, günlərin birində mən televizordan seyr
edib yazıları ilə baş-başa qaldığım Qəzənfər
müəllimlə həyatda da qarşılaşdım.
Bilmirəm, hörmətli professorun xatirəsində
qalıb, yoxsa yox, amma mən indiki kimi yaddaşıma
köçürmüşəm. Rəhmətlik
xalq şairi Hüseyn Arif Aşıqlar Birliyində tədbir
keçrirdi. Xalq şairi böyük
ustadım Zəlimxan Yaqub da həmin tədbirdə idi. Böyük aktyorumuz, əvəzsiz Mikayıl Mirzə
dəg daha kimlər var idi o tədbirdə, bir-bir
xatırlayıram. Onda Tovuzdan, Qazaxdan, Borçalıdan
gəlmiş ustad sənətkarlar da əyləşmişdilər
ön cərgədə. Bax, mən Qəzənfər
müəllimi ilk dəfə həmin tədbirdə
gördüm. Bu orta boylu, həlim səsli
insanın hamı ilə mehriban görüşməsi,
hamının ona əl uzatması diqqətimdən
yayınmadı. Mənə elə gəldi ki, ordakı
aşıqların da, söz-sənət adamlarının
hamısı Qəzənfər müəllimi özlərinə
ən doğma adam sayırlar. Zaman mənim bu təxminimi təsdiq etdi,
yanılmadığımı gördü. Özü də təkcə hərəkətdə,
danışıqda, davranışda yox, həm də ortaya
qoyulan yazılarda, kitablarda gördüm bunu. Bir daha əmin
oldum ki, bu orta boylu, amma Azərbaycandan da böyük ürəyi
olan Qəzənfər müəllim sən demə sənətin,
sözün, xüsusilə folklorun həm bilicisidi, həm də
dəli-divanəsi, təhqiqatçısı,
araşdırıcısı.
Bu ilk tanışlıq qiyabi oldu. Mən ona
yaxınlaşıb nə isə soruşmağa, nə isə
deməyə cürət etmədim. Amma bu
tarixi anı yaddaşıma köçürdüm və
bildim ki, özü də tam əminliklə bildim ki, Azərbaycanın
bir işıqlı insanı, bir aydını öz kitabı
ilə ürəyimdə tutduğu yeri əməlli-başlı
möhkəmlətdi, necə deyərlər, daimi etdi. Hətta
obrazlı desəm, Qəzənfər Paşayev ürəyimdə
daimi qeydiyyata düşdüg
Görünür, bizim üz-üzə gəlib
görüşmək, həmsöhbət olmağımız
üçün bir zaman gərək imiş. Çünki
mən zamanla hesablaşmağı, zamanın
burulğanından keçib getməyi artıq
çox-çox əvvəldən, yəni Qarabağ
olayları başlayandan birmənalı qəbul etmişdim və
özüm üçün daxili bir əmr də
vermişdim. Qət etmişdim ki, taleyimdə
olan nə varsa, onların hamısını könüllü
qəbul edib, sevə-sevə oxşayıb, sevə-sevə də
yaşayacam. Bax, bu mənada
qarşılaşdığım hadisələri də,
insanları da bir növü tale payı kimi, alın
yazısı kimi dəyərləndirmişəm. Həmin
o tarixi görüşdən sonra Qəzənfər müəllimlə
bir zaman əksiyində mütləq həmsöhbət
olacağımıza içimdə şübhə yeri
olmamışdı və bu həqiqətən də baş verdi. Günlərin birində
"Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsində
onunla qarşılaşdım. Qəzənfər
müəllim "Ədalət" qəzetinə qonaq gəlmişdi.
Mən ona yaxınlaşıb özümü təqdim etməyə
hazırlaşdığım və tərəddüd
içində olduğum həmin o anda mərhum həmkarım
Pərviz Əliyev qəflətən hardansa ortaya
çıxdı və ciddi bir görkəm alıb iri
addımlarla Qəzənfər müəllimə
yaxınlaşıb ərkyana əlini sıxdı, hal-xoş
etdi və sonra da məni Qəzənfər müəllimə
təqdim etdi.
O təbəssüm
bu gün də gözlərimin önündədi - Qəzənfər
müəllimin təbəssümünü deyirəm. Düz gözlərinin içinə baxdım və
lap gözlərinin dibindən gələn o təbəssümdə
inanın ki, son dərəcə ruhu oxşayan bir istilik və
səmimiyyət hakim kəsilmişdi. Aydınca
görünürdü ki, ürəkdən qaynaqlanır bu təbəssüm.
Elə o təbəssümlə də bu böyük
ziyalı, bu dəyərli alim, bu tanınmış
yazıçı-publisist əlini mənə tərəf
uzatdı:
- Oxuyuram
səni. İmzanı yaxşı
tanıyıram. Ürəkdən yazırsang
Bütün bu sözlər və o səmimiyyət
ömrümün ən böyük hədiyyələrindən
biridi. Yazı adamı kimi mənim həyatda ən
böyük umacağım diqqət olubdu. Hətta
şeirlərimin birində də bu barədə
yazmışam ki, "Mənim istədiyim bir adi diqqət, Onu
əsirgəmə, onu kəm etmə"g
Bilmirəm, nədəndi mən diqqət xəstəsiyəm. Hər kəsin
bir hobbisi, bir yaralı yeri olur. Mənim də
xəstəliyim diqqətdi. Nə isəg
Özünüz təsəvvür edin, barəmdə
söylənən, daha doğrusu, yazıma verilən həmin
o qiymət məni sevindirdiyi qədər
çaşdırmışdı. Az qala Qəzənfər
müəllimi otağa dəvət etməyi də
unutmuşdum. Yenə də Pərviz qabağa
düşdü. Qəzənfər müəllimi
mənim otağıma dəvət etdi. Xeyli
həmsöhbət olduq və Qəzənfər müəllim
Aqil Abbasla görüşmək istədiyini, redaksiyamıza təqdim
etmək üçün yazı gətirdiyini bildirdi. Məmnuniyyətlə yazını qəbul etdim və
elə növbəti gün də həmin yazı Aqil müəllimin
tapşırığı ilə "Ədalət"də
çap olundu. İndi o vaxtdan 20 ilə
yaxın vaxt ötür. Artıq mən bu
insanın ölkə mətbuatında çap olunan
bütün yazıları ilə yanaşı əksər
kitablarını, hətta tərtib etdiyi, çapa
hazırladığı əsərlərinin xeyli hissəsini
oxumuşam. Demək olar tez-tez zəngləşirikg
xeyirdə-şərdə görüşürükg tədbirlərdə
qarşılaşırıq. Bütün bunların
hamısı da onun iç dünyamda olan yerini hər gün
bir az da ədəbi, bir az da sarsılmaz
edir. Br etiraf da edim ki, bu görüşlərin,
bu söhbətlərin hər birində mən Qəzənfər
müəllimdən yeni nə isə öyrənirəm.
Çünki bu insan istənilən suala məmnuniyyətlə
cavab verir, istənilən bilgini çox rahatlıqla
bölüşür. Mən ağlıma gətirə
bilmirəm ki, onun qədər azad fikirli, düşüncələrini
bölüşə bilən, sözünü söyləməkdə
xəsislik etməyən ikinci bir adam olsun.
Üstəlik o, hər kəsə, həmyaşıdına
da, özündən yaşca kiçiyə də, lap bu
gün yazı-pozuya başlayan adama da eyni səmimiyyətlə,
eyni diqqətlə yer ayırır. Tutaq ki, Anar barəsində
yazdığı sevgiylə Azər Turan barəsində də,
Vaqif Bəhmənli barəsində də, Yusif Nəğməkar
barəsində də və digərləri barəsində də
yazır, fikir söyləyir, münasibət bildirir.
Mən Qəzənfər müəllimi bir də ona görə çox istəyirəm ki, o, qələmi ilə mənə Kərkükü sevdirdi. Onun İraqla bağlı, burada yaşayan türkmənlərlə bağlı hər bir araşdırması, hər bir yazısı, hər bir təqdimatı sözün həqiqi mənasında məni o yerlərə qiyabi ziyarətə apardı. Füzulinin məzarından qaynaqlanan, Nəsiminin ruhundan don geyinən Kərkük bayatıları, atalar sözləri, deyimləri bu ədəbiyyatın yaradıcıları, bugünkü varislərig Bütün bunları mən Qəzənfər müəllimin qələmindən tanıdım və sevə-sevə oxudum. Bugünün özündə də onun Kərküklə bağlılığı, həmin təhqiqat işlərini davam etdirməsi, Onları Azərbaycan oxucusuna tanıtması çox sevindirici haldıg
O ki, qaldı bu alimin, bu kişinin böyük hərflərlə yazılan İNSANlığınag bu barədə mənim düşüncələrim, mənim içimdə yazılanlar yəqin ki, çoxlarının düşüncəsində və içində yazılıb və yazılmaqda da davam edir. Ona görə də mən sadəcə bircə söz söyləmək, bir fikri ifadə etmək istəyirəm:
- Qəzənfər Paşayev elm, ədəbiyyat, söz adamı olduğu qədər də el-oba, camaat adamıdı. O hər kəsin yerini bilən, dəyərləndirən və hər kəsin də gözünün önündə dayanmağı bacaran insandı.
Bu qənaətimdə yanılmadığıma tam əminəm və elə o əminliklə də bir daha vurğulayıram ki, o mənim ürəyimdə daimi qeydiyyatdadı.
Ədalət.-2014.-13 noyabr.-S.5.