Ustadıma ürək açdım
Ustadıma ürək
açdım
Xalq şairi Rəsul
Rzanın məzarı başında
Bismillahir-rəhmanir-rəhim!
Salam, ey ulu ustad!
Ruhun şad, könlün azad!
Şerinin qaynaqları
Bu gün daha da
gürşad!
Sən ey Turan əsilli,
Dünyaların şairi.
Salam! Rəhmanir-rəhim:
Mənim ilk müəllimim.
Bir gün əlimdən tutdun,
Şer əlifbasının "a"sını yazdım.
Sonra
"Sərbəst"in
Qırıq, çolaq qıça
bənzər
Misrasını yazdım.
Yadına
gələrmi, ustad,-
Hər yanağı qırmızı
Şümşad Quba alması, -
Boyun-başına dolanan saçları
Şah İsmayıl Xətainin çalması,
Mən o şair
Yusifəm.
"Sərbəst"ə atılan
təhnə daşlarını,
Köhnəliyin, ətalətin o köhnə
daşlarını,
?iynində daşıyan
Əsatirlər cəfakeşi Zizifəm.
Rahat uyu, ustad, əbədiyyət
sənə halal,
Cənnət sənə halaldı.
Xəncəl daşlar,
Mizraq qayalar içindən açdığın yol
Üfüqləri adlayan magistraldı.
O yollardan keçir bu gün
Şairlərin qarası da, sarısı da.
Sıxlaşır təzə Nazimlərin, Rəsulların sırası
da.
Dəmir
çarıq geyib dağlar aşan ovçu,
Sapandının daşları zindan kimi ağırdı.
Onu qaldırmaq istəyən Təpəgözün
Gözü təpəsindən çıxardı.
Əlin
dinc durmadı,
Uzaq Kanada ellərinə bir daş atdın,-
Niaqaranın tüğyan -tufanı yatdı.
Caypura tulladığın daş
Filbanları mürgüdən oyadıb,
ağ filləri
oynatdı.
Mən də sapandamı götürdüm,
Amma ha gücəndim,
Ha qıcandım
Qollarımı ha dartdım,
Axırda dizəcən yerə batdım.
Onu fırlatmağa
gücüm çatmadı.
Atdığım daş da,
Yaxınlıqda bir dağa çırpıldı,
Dağ, - ortadan
çartladı.
Ulu ustad, şer ürəkdə qazılır,
Duyğulardan süzülür,
Qanla yazılır hər yazı,
Indi neyləyək,
Heç
vaxt oynamayan,
Heç
nə udmayan,
Alınmayan, satılmayan,
Bu ayan-çayan istiqrazı?
Ələyim ələnib.
Taleyim bir tükdən yox,
Bir qəlyanın tük kimi uzanan
Tüstüsündən asılıdır.
Qəlyanı sümürən də,
Xeyrxahım,-
Ulu Rəzul Rzanın
Rəsuludur.
Mübarək
Xalq yazıçısı Elçinin yubileyinə
Bilsən
necə coşur bayrıda külək,
Zəfər himni qoşur bayrıda külək.
Necə
qırır göydə
buludu şimşək,
Tufana çevirir sükutu şimşək!
Həyat
qazan kimi qaynayır, qardaş,
Bir külüng olaydı əllərimdə kaş,
Ah, necə çapardım o daş qəfəsi,
Axı ruhu qırır sükutun səsi!
Yığ şələ-küləni düş qabağıma,
O doma diyara aparım
səni.
Gör dağ necə uçur, şay necə daşır!
Quzular qoyuna necə qarışır!
Bulanaq yolların palçıqlarına,
Diksinək yağışın qılçıqlarına.
Üzünü şəlalə köpüyündə
yu,
Uçsun paltarından şəhər
qoxusu.
Qaçsın gözlərinin əfəl
yuxusu.
Hopsun saçlarına yarpızın
ətri,
Nərgizin tozu.
Hər yarpaq ortası, bir şeh dənizi,
Hər arı harayı,min
aşıq sazı.
Gəl, bu yol zirvlər aşmaq yoludu.
Yoxsa, təklik səni üzər, qardaşım,
Ey İlyasdan
gələn əsər,
qardaşım.
Bir də nə vaxt dönər, o, dahi insan,
Səni bir də nə
vaxt yazar, qardaşım?
Qanında Qubanın toxumları
var,
Fətəli babanın toxumları
var!
Dilində üzümün salxımları
var.
Londonda tamaşan anşlaqla gedir,
Nə işdi,
orda da qohumların
var?
Qardaş,
cik-pikinə blədəm
sənin,
Kişi
soy-kökünə bələdəm
sənin!
Şöhrət çələnginlə sakit yaşarsan,
Coşanda cənginə bələdəm
sənin,
Xallı pələnginə bələdəm
sənin.
Elçin, yetmiş yaşın
mübarək olsun!
Çiynində bəxt quşun
mübarək olsun!
Təzə əsərini gördük
səhnədə,
Tərtibin, qurluşun mübarək,
Elçin!
Alqışlar altında gözündən
axan,
Mübarək göz yaşın,
mübarək, Elçin!
MƏHƏBBƏT ŞİRİN
ACIDIR
Kipriklərin arfanın
Cəngilərə köklənmiş simləri
kibi, -
Tarım,
çəkili, gərili,
əsəbi!
Kipriklərin Naqasaki səmasının
Donmuş yağış simləridi.
Çuxura düşmüş gözlərin,
Amerikanı aça bilməyən
Kolumbun,
Batmış gəmiləridi.
Yanağına çırpılır barmaqların,
Döyülür adamyeyənlərin təbilləri.
Kipriklərin, - neştərlər, -
Dəmir-nizə çəpərlər!
Kipriklərin göz çıxaran
cəlladın,
Mizraqları, milləri
Amandı,
qoy o simlər
Qırpılmasın, çırpılmasın!
O arfa səslənməsin.
Çalıb-oxuyum,
Varlığını bayram edim.
O səs yoxum, o səs kəsin!
Amma
Allah eləməmiş
O kipriklər qırpılsa
Evimizdə bir Vezuvi vulkan
başlar.
Tökülər başımıza
Naqasakini
külə döndərən
yağışlar!
Harda batmısan,
Harda yatmısan bəs,
Xərçəngin nüsxələrini
yazan,
Spidin su kimi duru,
Sədəf kimi quru həblərin
Genlərimiz də,
Qanlarımız da düzən,
Ulu Pifaqor?!
Ey ürəyi daş,
Qulağı kar, gözü
kor!
Bəs hanı
Qısqanclıq mərəzinin dərmanı?!
Qaytar Otellosuna Dezdomonanı.
Özünü qayadan atan
Xuramanı qaytar geri.
Vaqifin dürna misralarıyla
Qaqqıldasın Kür sahilləri.
Bir səda gəldi!
Bu sahədə çalınsa
da, tonqallarda alışsa da,
Asılsa
da, kəsilsə də
Neçə-neçə alim, doktor.
Soruşmayın, gözləməyin
Qısqanclıq mərəzinə əlac
yoxdur.
Qısqanclıqla məhəbbət
Ekiz bacıdır.
Qısqanclıq acılığı da
Məhəbbət şirinliyindən gələn
acıdır.
QAYIDA BİLMƏRƏM,
GÖZLƏMƏ MƏNİ
Bahar da qayıdar, qış qa qayıdar,
Qayıda bilmərəm, gözləmə
məni.
Uçqun yuvasına quş
da qayıdar,
Qayıda bilmərəm, gözləmə
məni.
"Bilmərəm", "Gözləmə"
demək asandır,
Dil söylər,
nə var ki, dil pəhləvandır.
Ancaq ay əzizim,
Ay iki gözüm!
Qayıda
bilməyən, dözə
bilməyən,
Kamansız bir oxdur, simsiz kamandır
Qayıda bilmərəm, nəfəssiz
candır.
Səsləmə, çağırma məni,
amandır,
Qayıtmaq yollarım çəndir,
dumandır
Qayıda bilmərəm, gözləmə
məni.
Bəs qayıdan
necə?
Yusifə
Züleyxa qoynu zindandır,
Kərəm Əslisinin eşqiylə yandı.
Axan göz yaşımdan yollar islanar,
Sənə qucaq açan qollar islanar!
Saçına düzdüyüm güllər
islanar.
Daşlar
parçalanar, qumlar tozlanar
Sənsiz
bir köləyəm şahımdan kənar,
Quru bir tənəyəm, salxımdan kənar,
Ümmanam selimdən, dalğamdan kənar.
Bir dəli Məcnunam ağlımdan kənar,
Bülbüləm gülümdən, bağımdan
kənar!
Yer göyə qarışar,
fəryad çəkərsəm,
Sönmüş ulduzlar da ahımdan
yanar.
Qayıda bilmərəm, necə qayıdım?
Qayıtsam ürəyim sevincdən sınar.
Qayıda bilmərəm, gözləmə
məni.
Sevgilim,
könlünü üzməsin
kədər,
Sənsiz günəşə də
baxmaz bu gözlər.
Səhraya çevrilər laləli
düzlər
Quruyar könlümdə
daşan dənizlər.
Sənsiz
vətənsizəm -
Ruhum da, qəlbim də hey səni səslər.
Eşitsən kiməsə bəndəm,
inanma!
Kiməsə şəkərəm, qəndəm, inanma!
Məni
hərcayılar həmdəmi
sanma!
Səndən özgə heç
kəs yatmaz canıma,
Nazı sığal çəkməz
həyəcanıma.
Qarışmaz, uyuşmaz qanı qanıma.
Çəpərlər ardından baxıb boylanma,
Səni
and verirəm ata-anama,
Yolunda sadağa gedərəm, amma
Qayıda bilmərəm, gözləmə
məni.
Ah, necə təşnəyəm
çılğın busəyə,
Könlümə od salan çılğam busəyə.
Həsrətəm busəmlə könlümə
axıb
Yanğıma su səpən o buz kuzəyə.
Qayıda
bilmərəm, dönə
bilmərəm!
İnanma,
bu söhbət şərdı, yalandır!
Sevdanın hər anı bir imtahandır...
Eşqimiz əbədi yaşasın
deyə, -
Qayıda
bilmərəm, gözləmə
məni!
TƏPƏ BALIQ
Dənizdə ləpə qalxdı,
-
Ləpədən təpə qalxdı.
Hamı heyrətlə baxdı.
Bir balıqçı dedi ki, -
Ləpənin altındakı
Təpə deyil, - balıqdı.
Ədalət.-2014.-14 noyabr.-S.7.