Şeyx Əbdül: “Yoldaşımla restorana getmərəm”
Kulis.Az-ın “Yeməli söhbət”
layihəsinin qonağı əməkdar
incəsənət xadimi Şeyx Əbdül Mahmudovdur.
- Şeyx hansı yeməkləri
sevirsiniz?
-
Süd məmulatları və
göyərti ilə aram çox yaxşıdır. Konkret
olaraq qaymaq. Şamaxı rayonunda Ceyrankeçməz adlı
yer var. Alim Qasımovla ora gedib təzə qaymaq yeyib gəlirəm.
Uşaqlıqdan mədəmdə çox ciddi problem
olduğuna görə, çalışıram ki, yüngül yeməklər yeyəm.
- Özünüz
nə bişirirsiniz?
- Yemək bişirə bilmirəm. Hətta çay da dəmləyə
bilmirəm. Son vaxtlar paket çay köməyimə
çatır. Adətən gecə saat
birdən sonra işləməyə başlayıram.
Ailəm
təbii olaraq o vaxt yatdığı üçün paket çayı içirəm.
- Böyüdüyünüz
aran zonasının mətbəxinin özəlliyi
nədir?
- Bütün nəslim tərəkəmə bəyləridir.
Bildiyiniz
kimi tərəkəmələr
köçəri həyat
tərzi keçirir.
Tərəkəmələrin özlərinə məxsus konkret yeməkləri var. Bu
yeməklərin bir
qismi süd məhsullarından, digəri
isə ətdən hazırlanır.
Mal və quş
əti yemirəm. Ancaq erkək
qoyun əti yeyirəm. Rəhmətlik
nənəm deyirdi ki, kişi
gərək erkək quzu əti yesin.
Bəzi adamlar deyir ki,
qoyun əti ağırdır. Amma ən
ağır ət toyuq ətidir. Bir müddət əvvəl mədəmdən
əməliyyat olundum
və orda mənə dedilər ki, toyuq ətinin
şorbası əməliyyat
olunmuş insana çox ziyandır. Amma biz bunun əksini edirik. Bu fikri
eşidəndən sonra
nənəmin sözlərinə
bir daha inandım.
- Tələbəlik
illəriniz necə keçib?
- Çox ağır bir nəslin nümayəndəsi olmuşam.
Yəni bizim nəsli Sovet hökuməti çox incidib. Mən bütövlükdə nənəmin
himayəsində böyümüşəm.
Allah bir yandan
açanda bir yandan bağlayır.
Baş verənlərə baxmayaraq
nənəm 110, anam isə 97 yaşında dünyasını dəyişdi.
NKVD-nin qara maşınları kəndin
içinə girəndə
nənəm bizi gizlədirdi. Bütün bunlara görə
anam və nənəm istəyirdi ki, mən ya
prokuror olum, ya da polis. Özüm də bilirdim ki, kənddən yeganə çıxış
yolum oxumaqdır.
Ağlıma gəlmirdi ki,
instituta imtahan verəm və kəsiləm. O vaxt institutdan kəsilmək həmin nəsil üçün rüsvayçılıq
idi. Çünki savadın yox
idisə instituta imtahan vermirdin. Əgər bir nəfər instituta girə bilmirdisə, qalıb Bakıda zavodda, ya da tikintidə
işləyirdi.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinə
daxil oldum. Amma uşaqlıdan
kinonu sevirdim. Çünki məktəbdə oxuyan vaxt iki
filmə çəkilmişdim.
Təsadüf belə
gətirmişdi ki, bizim kənddə Nazim
Hikmətin əsərinə
dahi rejissorumuz Əjdər İbrahimov “Bir məhəlləli iki oğlan “ filmini çəkirdi. O filmdə qatar
hərəkət olanda
konfet atılacaqdı
və o konfeti götürə biləcək
uşaqlar lazım idi. Məni də həmin
hissəyə çəkdilər.
O vaxt kinoya böyük
sevgim yarandı. Mən 9-cu sinifdə olanda yenidən o kinoçəkənlər bizim
kəndə təşrif
buyurdular. Rəhmətlik
Lətif Səfərov “Leyli
və Məcnun” filmini çəkirdi. Həmin filmdə də yer aldım.
Ən maraqlısı o idi ki, filmin çəkilişləri
zamanı biz 6-7 manat pul alırdıq
və bu pul o dövr üçün çox yaxşı sayılırdı.
Mərhum yazıçımız Fərman Kərimzadə haqqımda bir yazı yazmışdı.
Yazının başlığı
belə idi: “Konfetin dalınca düşüb kinoya gələn oğlan”
Sənədlərimi hüquq fakültəsindən götürüb
Teatr İnstitutuna verdim.
Bəxtimdən aktyor kursunu
Adil İsgəndərov
qəbul elədi.
Bu həqiqətən çox gözəl bir şans idi.
Bizim institut Nizami küçəsində,
indiki “Mac Donalds”ın
yerində yerləşən
iki mərtəbəli
bina idi. Söhbət 1961-62-ci illərdən gedir. Həmin institutun yeməkxanasını
Seyid adlı bir bakılı işlədirdi. O vaxt
bizə 28 manat təqaüd verilirdi. Seyid bizə nisyə yemək verirdi, amma bir şərtlə.
Gərək imtahandan yaxşı
qiymət alaydıq.
Seyidin şərtinə
əməl edən yeməkxanada 50 qram araq da içə
bilərdi.
- Ovla aranız necədir?
- Diplom filmim “Qeyri-adi ov olub. ” Amma heç vaxt
ov ovlamamışam.
Ova ancaq təbiətlə
təmas üçün
gedirəm. Dostlarla ova gedəndə
özümüzlə yeyib-içmək
aparıb orda yemişik. İmkan vermərəm ki,
mənim yanımda kimsə heyvana güllə atsın.
Məclis bitəndən sonra
oradakı butulkaları
qoyub onlara atəş açırıq.
- Hərbi xidmət illəriniz necə keçib?
- Bu, çox maraqlı tarixdir. 1956-cı ildə bizi məktəbdən Hacıqabul rayonuna-komsomola
üzv seçməyə apardılar.
Mən yaxşı oxuyan uşaqlardan biri idim.
Bu günə kimi
yadımdadır. Bizi komsomola Tələt
müəllim qəbul
edirdi. Uşaqlar bir-bir siyahı
ilə girib çıxdılar. Onlar hamısı
üzv olurdular. Növbə mənə çatdı.
Mən içəri girəndə
Tələt müəllimdən
başqa üç nəfər var idi. Komissiya üzvləri arasında bir qadın vardı. O qadının
sifəti bu günə qədər yadımdan çıxmır.
Qara toppuş,
çatmaqaş bir qadın idi. O, komissiya sədrinin qulağına nəsə
pıçıldayıb sonra
mənə dedi ki, oğlum sənin yaşın çatmır. Gələn
il gələrsən
üzv edərik. Pərt oldum. Yolu necə gəldiyimi
heç bilmədim.
Həyətə girəndə gördüm
nənəm darvazanın
yanında oturub.
Ağlaya-ağlaya dedim ki, nənə, məni komsomola üzv eləmədilər. Nənəm
başımı sığallayıb
qəribə intonasiya
ilə dedi ki, oğlum bizi komsomola qəbul eləməzlər.
İllər keçdi , aylar keçdi.
Mən partiyaya üzv olmadım.
“Yeddi oğul istərəm” filmində gördüyünüz Leninin
imzası ilə olan 7 komsomol biletini Mərkəzi Komitənin qərarı ilə bizə hədiyyə elədilər.
Əsgərlikdən isə imtina etmişəm. O vaxtlar ipə-sapa yatmayan, idarə
olunmaz insan idim. Əsgərlikdən yayındığım üçün məni həbs ediblər. Atamın vəzifəli dostu məni həbsdən buraxdırdı. Mənim
üstümdə rayon “vayenkomunu ” işdən çıxartdılar.
- Şeyx, göz dəyməsin, bu il 70 yaşınız
oldu, amma sizə baxanda maksimum 55 yaş vermək olur. Bunu necə bacardınız?
- Birincisi, bu insanın
genetikası ilə bağlıdır. Bizim nəsildə
adamların çoxu uzunömürlüdür. Kişilərimizi öldürməsəydilər,
bəlkə də onlar çox yaşayırdılar. İndi ailədə
7 uşağıq. Ən balacası
mənəm. Mənim
də 70 yaşım
var. Məndən böyüklər
də maşallah, sağlamdırlar.
İkinci səbəb isə odur ki, bizim
ailədə çox
yüksək səviyyədə
etik normalar var. Yəni, mən-şəhər
mühitində yaşayan
adam-evə gəlirəmsə
nəvələrim, övladlarım
hamısı qapıya
gəlirlər. Yadıma Şeyx Şamilin
bir sözü düşdü. Biri
Şeyxə deyir ki, Şeyx həzrətləri, sizdə
bu hörmət-izzət
haradandır? Şeyx deyir
ki, arvaddan.
Mənə aid olan bir şey
var. İnsanın gərək
ruhi, içi təmiz olsun. Ən uzaq
adamların yaxşı
işinə də uşaq kimi sevinmişəm. 3 dəfə Məkkə ziyarətində olmuşam.
Orda xalqıma dua etmişəm, özümə
yox.
- İlk
dəfə sevgilinizlə
harada yemək yemisiniz?
- Bütün uşaqlar kimi ilk dəfə məktəbdə sevmişəm.
Bu, platonik məhəbbət
idi. Uzun illər həmin
xanımı sevdim.
O qadın indi başqa bir ailədə yaşayır.
Həmin insanla mən də , uşaqlarım da əlaqə saxlayır. Mən 33 yaşımda öz tələbəmlə evləndim.
Maddi vəziyyətim və ev
məsələmi həll
edəndən sonra evləndim. Çünki nə cür məhəbbət olur-olsun
kirayə evdə yaşayanda məhəbbətin
50 faizi gedir. Həyat yoldaşım əslən
cənub zonasındadır
və Bakıda anadan olub. Bizim aramızda qarşılıqlı
hörmət var. Mən
ailədə çox
şən insanam.
Övladlarıma, nəvələrimə bütün Azərbaycan folklorunu, ədəbiyyatını
öyrədirəm.
Amma yoldaşımla
ilk dəfə harada yemək yediyim yadıma gəlmir. Biz ancaq dost-tanışların
xeyir işləri olanda restorana gedirik. Amma yoldaşımla ayrıca
restorana getməyim mənim xarakterimə ziddir. Yoldaşımla restorana getmərəm...
Ədalət.-2014.-18
noyabr.-S.8.