Dəyişib inkişaf edən Qəbələ

REGİON

 

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram"larının uğurlu icrası paytaxtla yanaşı regionların simasını da əsaslı dərəcədə dəyişib. 2003-cü ildən başlayan və mərhələli şəkildə həyata keçirilən Dövlət Proqramları nəticəsində bu gün ölkənin əksəriyyət şəhər və rayonlarında yeni infrastruktur layihələri həyata keçirilir, zavod və müəssisələr açılır. Bütün bunlar isə yerli əhalinin sosial problemlərinin həllinə öz müsbət təsirini göstərir.

Dövlət proqramlarının uğurlu icrası nəticəsində son illər Azərbaycanın ən inkişaf etmiş rayonlarından biri də Qəbələdir. Məlumat üçün qeyd edək ki, Qəbələ rayonu 1930-cu ildə Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi yaradılıb. Hazırda rayonda bir şəhər-Qəbələ, 3 qəsəbə-Vəndam, BumNic, 60 kənd inzibati ərazi dairəsi var.

Bu gün Qəbələdə bütün sahələrdə sürətli inkişaf müşahidə edilir. Məlumat üçün qeyd edək ki, cari ilin altı ayı ərzində rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 129.125 min manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2.606 min manat, yaxud 2 faiz çox olub. Cari ilin birinci yarısında keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 130 min manat, kənd təsərrüfatında 5 min manat, tikintidə 2.128 min manat, nəqliyyatda 32 min manat, rabitədə 83 min manat, ticarətdə 228 min manat artıb. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 1.282 manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4 manat, yaxud 0,3 faiz çox olub.

 

İşsizlik minimum səviyyədə

 

Qəbələdə açılan yeni zavod və müəssisələrin hesabına rayonda işsizliyin səviyyəsi də demək olar ki, minimum səviyyəyə düşüb. Bunların sırasında Cipsi istehsalı müəssisəsi, Limonad istehsalı müəssisəsi, Kartof soyuducu anbarını qeyd etmək yerinə düşər. Açılan yeni müəssisə və zavodlar, eləcə də "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanıldığı 2003-cü ildən 2014-cü ilin altı ayına qədər olan müddətdə 12.245 yeni yeri açılıb ki, bunlardan 10.197-i daimi yeridir. Təkcə bu ilin 6 ayında Qəbələdə açılmış yeni yerlərinin sayı 442 olub ki, həmin yerlərinin hamısı daimi yeridir.

Rayonun əsas problemlərindən olan içməli su probleminin aradan qaldırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan hökuməti və Dünya bankının maliyyə dəstəyi əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində birinci mərhələ üzrə işlər tamamlanıb, ikinci mərhələ üzrə tikinti işləri davam etdirilir. Eyni zamanda şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı və kanalizasiya xətlərində müxtəlif diametrli borular dəyişdirilib, təmir-bərpa işləri aparılıb.

 

 

Məmur-vətəndaş həmrəyliyi

 

Qəbələdə müşahidə edilən müsbət tendensiyalardan biriRayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayevin mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirməsi və onları qəbul edərək problemlərini dinləməsidir.

Belə ki, cari ilin altı ayı ərzində rayon icra hakimiyyətində rayon icra hakimiyyətində Səbuhi Abdullayev tərəfindən 372 nəfər vətəndaş qəbul edilərək dinlənilib, qəbul zamanı səslənən məsələlərin çox hissəsi yerində araşdırılaraq həll edilib. 2014-cü ilin birinci yarısında yaşayış mənqətələri üzrə rayon icra hakimiyyəti başçısının 20 səyyar görüş-qəbulu keçirilib. Qəbullarda 2865 nəfər vətəndaş iştirak edib. Məhz bu səbəbdəndir ki, Qəbələdə sözün həqiqi mənasında məmur-vətəndaş həmrəyliyi var. Rayon İcra Hakimiyyətinin keçirdiyi bütün mədəni-kütləvi tədbirlərdə rayon sakinləri yaxından iştirak edirlər.

 

Turistlərin ən çox

üz tutduğu məkan

 

Unikal təbii-iqlim şəraiti, dağ havası, mineral bulaqları, gur şəlaləri, iti axan dağ çayları ilə seçilən, tarixi "İpək yolu"nun üstündə yerləşən Qəbələ bu gün respublikamızın turizm zonalarından biri kimi tanınır. Qəbələ rayonu çox böyük turizm imkanlarına malikdir. Təsadüfi deyil ki, son illərdə xüsusi sektorda turist-istirahət komplekslərinin sayı sürətlə artmaqdadır. Rayonda mövcud olan "Qafqaz Resort", "Qafqaz Riverside", "Qafqaz Sport" hotelləri, "Qəbələ", "Karvan" otelləri, "Yengicə" istisu müalicə-sağlamlıq mərkəzi, "Xanlar", "Çənlibel","Semerana", "Duyma", "Yeddi gözəl", "Sahil", "Selbasar" istirahət mərkəzlərinə gələn qonaqların xoş istirahəti üçün hər cürə şərait yaradılıb. Qəbələdə turizmin prespektiv inkişafı və bu istiqamətdə yerli kadralara getdikcə artan təlabatı nəzərə alınaraq rayon mərkəzində turizm və otelşünaslıq üzrə peşə təhsili mərkəzinin açılması üçün müvafiq hazırlıq tədbirləri görülür.

 

Dağ turizmi üçün yeni imkanlar

 

Qəbələyə turist kimi üz tutanların ən ciddi diqqətini çəkən mənzərə "Tufan" Dağ-Xizək Yay-qış İstirahət Kompleksidir. Cari ilin yanvar ayında prezident İlham Əliyevin iştirakı ilə kompleksin birinci mərhələsinin açılışından sonra Qəbələyə gələn turistlərin sayı əvvəlki illərə nisbətən nəzərəçarpacaq dərəcədə artıb. Dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən "Qafqaz Resort" otel kompleksi üç otel binasından, SPA-mərkəzdən, əyləncə parkından ibarət olmaqla, yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə adıçəkilən otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi, bütün fəsillərdə ekskursiya və digər aktiv istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcək. "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerlixarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti, uşaq istirahət mərkəzi, otel və digər xidmətləri təklif edir. Məlumat üçün qeyd edək ki, kompleksin inşası 2 mərhələdən ibarətdir. Birinci mərhələnin inşasına 2012-ci ilin may ayında başlanıb, tamamlanması 2014-cü ilin oktyabr ayına planlaşdırılıb. İkinci mərhələnin inşası isə 2014-cü ilin yazında başlayıb. Birinci mərhələdə planlaşdırılmış 4 kanat xətti tam inşa edilib, 10 xizək yolundan 5-də əsas inşaat işləri başa çatıb və digər işlər mərhələli şəkildə həyata keçirilir.

Qış mövsümündə kanat xətlərində gəzinti, hazır olan yollarda xizəklə sürüşmək, xizəklə sürüşmə təlimi, iaşə xidmətləri həyata keçiriləcək. Tədbirlər planının növbəti mərhələsi olaraq hazırda kanat yolunun keçdiyi Duruca kəndində yeni otelsüni qar hovuzu tikilir.

 

Süleyman İsmayılbəyli

Ədalət.-2014.-19 noyabr.-S.7.