Musiqi sevgim Şuşada doğulub, Bakıda böyüyüb, Parisdə yetkinləşib” -

 

 

Bir konsertimizin sonunda ermənilər mənə yaxınlaşıb təbrik edərək haralı olduğumu soruşdular, deyəndə ki, azərbaycanlıyam, xüsusilə şuşalıyam, onlar Ermənistanın apardığı siyasətə görə üzr istədilər”

 

 

Strasburq. Fuad Qulubəyli - APA. Parisdə yaşayanburadaTarana Paris Bakou” adı ilə tanınan caz müğənnisi, həmyerlimiz Təranə Allahverdiyeva-Monbarbünün APA-nın Avropa müxbirinə müsahibəsi

 

 

 

- Təranə xanım, bu yaxınlarda Fransada yeni albomunuz işıq üzü gördü. Bu albomda eyni musiqi parçalarını həm Azərbaycan, həm də fransızca ifa edirsiniz. Fransa musiqi cəmiyyətində belə bir üslub necə qəbul olunur?

 

 

 

- Artıq üç ildir ki, peşəkar müğənni kimi fəaliyyət göstərirəm. Bu fəaliyyətimin bir hissəsi Azərbaycan və fransız mədəniyyətləri arasında əlaqə yaratmağa həsr olunub, buna görə çox təbii olaraq bu iki ölkəni bir-birinə birləşdirən "Esquisse..." albomum yarandı. Bu albom Fransada çox məşhur olan musiqi standartlarının bir hissəsi Azərbaycan dilinə tərcümə olunmuş adaptasiyalarından ibarətdir. Bu işi həyata keçirmək üçün fransız musiqisini idarə edən, SACEM adlanan ən yüksək orqana müraciət etməli olduq, onlar bizim işimizi dinlədilər, bəyəndilər və Azərbaycan dilinin orijinallığını və musiqiliyini vurğulayaraq bu diskin istehsal olunmasına icazə verdilər. Əlbəttə ki, fransız musiqi mütəxəssislərinin fikirləri mənə xüsusi təsir etdi. CD yalnız internet vasitəsilə satılır və bizim ilk fondumuz artıq tükənib, 97% satış fransız dinləyicilərinin sayəsində həyata keçirilib. Bu, fransız dinləyicilərinin "Esquisse"ə və onun vasitəsilə Azərbaycana olan dərin marağını göstərir.

 

 

 

Sizə iki hadisə danışmaq istərdim. Bu ilin 8 noyabr tarixində 250 tamaşaçı önündə özəl çıxışım oldu, bu məclis Azərbaycanla əlaqəli deyildi. "Esquisse" albomundan "Məni tərk etmə" adlı bir parça ifa etdimsonda bu məclisə gətirilən 80 diskin hamısı satıldı. İkinci hadisə 22 noyabrda olan çıxışımla əlaqədardır. Təşkilatçı kontrakt bağlamadan öncə tanışlıq üçün mənim musiqilərimə qulaq asmaq istədi. Ona göndərdiyim musiqi parçaları arasında Azərbaycan-fransız parçaları da yolladım və təşkilatçı sonunda proqrama "Esquisse" albomundan iki Azərbaycan-fransız parçası daxil etdi, halbuki əslində bu məclisdə yalnız fransızca və ingiliscə mahnılar olmalı idi. Böyük fəxrlə qeyd etmək istərdim ki, "Esquisse" albomunun Fransa radiosunda təqdimatı olub və artıq "Esquisse"ə Fransa radiosunda 45 dəqiqəlik iki veriliş həsr edilib.       

 

 

 

- Necə oldu Fransaya gəlmək və burada musiqi ilə məşğul olmaq fikrinə düşdünüz?

 

 

 

- Bir çox azərbaycanlı kimi, ali təhsilimi davam etdirmək və fransız dilini mükəmməlləşdirmək üçün Fransaya gəldim. Burada mənə nüfuzlu Sorbon Universitetinə qəbul olmaq nəsib oldu. Gələcək həyat yoldaşımla tanış oldum, həyatımı Fransada davam etdirməli oldum, ancaq sənətim sayəsində Azərbaycanla daimi əlaqədə ola bilirəm. Və təbii olaraq Fransada musiqi ilə məşğul olmağa davam etdim, çünki mən uşaqlıqdan musiqi ilə məşğulam. Parisdə Manufacture Chanson adlı musiqi məktəbinə daxil olaraq fransız musiqisinin zənginliyini, müxtəlifliyini və gözəlliyini aşkar etdim və məhz bu təhsilə əsaslanaraq "Esquisse" albomunun musiqi əsərlərini seçə bildim.

 

 

 

- Həm Azərbaycanda, həm də Fransada fərqli ixtisaslar üzrə təhsil almısınız. Bəs musiqiyə, xüsusilə də caz üslubuna sizdə həvəs necə yarandı?

 

 

 

- Əslində Azərbaycanda xarici dillərə əsaslanan təhsilim və Fransada aldığım təhsil bir-birini tamamlayır. Musiqi həvəsim isə... Bu sevgi Şuşada doğulub, Bakıda böyüyüb və Parisdə yetkinləşib. Mənim səhnə adım məhz buna görə “Təranə (Şuşa qızı) Paris Bakı”dır. Caz üslubu isə sənətimdə əsas yerlərdən birini tutur.

 

 

 

- Siz artıq Fransada tanınmağa başlayırsınız, konsertləriniz olur, verilişlərə dəvət alırsınız. Fransızlar Azərbaycana, onun musiqisinə, mədəniyyətinə maraq göstərirlərmi?

 

 

 

- Fransızlar asanlıqla başqa mədəniyyətlərlə maraqlanan millət deyil məncə. Ancaq müxtəlif mədəniyyətlər onların yanına gələndə, çox vaxt bu mədəniyyətlə maraqlanmağa başlayırlar və hətta kəşf etdiklərindən heyrətlənirlər. Mən nə zaman fransız dinləyiciləri qarşısında çıxış edirəmsə, onlar Azərbaycan mədəniyyətinə, tarixinə böyük maraq göstərirlər.

 

 

 

- Siz əslən qarabağlısınız. Şuşa şəhərində anadan olmusunuzFransada bunu hər dəfə qeyd edirsiniz. Məlumdur ki, burada böyük erməni diasporası fəaliyyət göstərir. Fəaliyyətinizdə sizə qarşı hər hansı bir qısqanclıq, maneçilik olubmu, yəni belə hadisələrlə qarşılaşmışınızmı?

 

 

 

- Qeyd etdiyiniz kimi, Fransada erməni əsilli güclü icma var. Mən öz çıxışlarım zamanı tamaşaçılar arasında ermənilərlə rastlaşmışam, onlarla şəxsən indiyə qədər heç bir problemim olmayıb. Bir konsertimizin sonunda bəzi tamaşaçılar (sonra bildim ki, erməni əsilli fransızlardır) mənə yaxınlaşıb təbrik edərək, haralı olduğumu soruşdular. Deyəndə ki, azərbaycanlıyam, xüsusilə şuşalıyam, onlar Ermənistanın apardığı siyasətə görə üzr istədilər. Mən sadəlövh deyiləm, başa düşürəm ki, Fransada hər zaman haradan olduğumu deməyim təhlükəli ola bilər, ancaq bu, mənim ürəyimdə döyünən və qanımda axan həqiqətdir və mən bundan heç zaman üz döndərə bilmərəm. Onsuz da musiqi universal bir dildir mən bu dildə danışıram.

 

 

 

- Azərbaycana tez-tez gedə bilirsinizmi? Orada konsertləriniz, görüşləriniz olurmu?

 

 

 

- Azərbaycana ildə 3-4 dəfə gedirəm. Hazırda bu diskin Bakıda azərbaycanlı dinləyicilər üçün yayımlanması üzərində işləyirik, həmçinin Bakıda növbəti solo konsert layihəsi üzrə gedir. Tezliklə daha ətraflı məlumat verərəm sizə, inşallah...

 

 

 

- Fransızla ailə həyatı qurmusunuz iki övladınız var. Maraqlıdır, iki fərqli ölkə, fərqli mədəniyyət arasında uşaqları tərbiyə etmək çətin olmur ki? Onlar Azərbaycana maraq göstərirlərmi?

 

 

- Çox dərinliyə girmədən, demək istəyirəm ki, iki tərəf bir-birinin mədəniyyətini qəbul edir ona hörmət edirsə, bütün çətinliklər aradan götürülür. Mənə gəldikdə, sənətim sayəsində fransız mədəniyyətinin daşıyıcısıyam, yoldaşım isə övladlarımıza Ulduza Leyli adlarını seçməklə, məncə, Azərbaycan mədəniyyətinə ürəyində olduğu sevgini bildirib mənə...

 

 

- Bundan sonrakı planlarınızı bilmək maraqlı olardı.

 

 

- Planlar çoxdur. Hazırda Parisdə 2 musiqi qrupu - caz qrupu pop-rok-estrada orkestri ilə çalışıram, eyni zamandaTəranə Paris Bakı” solo fəaliyyətimlə məşğulam. Ən böyük arzum, sadəcə olaraq, çox sevdiyim bu gözəl sənəti mümkün qədər uzun müddət sevə-sevə davam etdirməkdir.

 

Ədalət.-2014.-19 noyabr.-S.8.