Lerik - dağların şəhəri

REGİON

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

2014-cü il leriklilər üçün uğurlu olmuşdur. Havaların quraqlıq keçməsinə baxmayaraq sahələrdə bol məhsul yetişdirilmiş, heyvandarlıq məhsulları əvvəlki illərə nisbətən artmışdır. Payızlıq əkinlər üçün heki şumu qaldırılmış, taxın səpininə başlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Lerikə tarixi səfərləri rayonun dinamikstabil inkişafına təkan olmuşdur. Artıq bütün sahələrdə uğurlar müşahidə olunmaqdadır. Lerik şəhəri daxil olmaqla 38 yaşayış məntəqəsi qazlaşdırılmışdır.

Vətəndaşların müraciətləri nəzərə alınaraq rayon icra hakimiyyətinin daxili imkanları hesabına rayonun Vistən, Vizəzəmin və Orand kəndlərində tibb məntəqələrinin tikintisinə başlanılmışdır. Lerik şəhər uşaq bağçası əsaslı təmir edilmiş, bağçada yeni qruplar fəaliyyətə başlamış, 10-dan yuxarı rayon sakini daimi işlə təmin olunmuşdur.

İş adamları tərəfindən Lerik şəhərində şadlıq sarayı, Lənkəran-Lerik yolu boyuncarayonun digər ərazilərində turizm istirahət əyləncə mərkəzləri, onlarca ticarət və iaşə obyektləri inşa edilmişdir. Piran kəndində fəaliyyətə başlayan broyler fabrikinin "Lebro" əmtəə nişanlı məhsulları rayonun şöhrətini daha da artırmışdır.

Lerik şəhərinin yenidən qurulması, şəhərdə park və xiyabanların salınması rayonun inkişafının bariz nümunəsidir. Şəhərin İ.Yaqubov, E.Qarayev, H.Aslanov küçəsində yeni istinad divarları, səkilər inşa edilmiş, işıqlandırma sistemi yenilənmiş, ərazidə yol genişləndirilmiş, yeni tikilmiş divarlar ağlay daşlarla üzlənmiş, parkxiyabanlarda bəzək ağacları, gül kolları əkilmişdir. Daxili imkanlar hesabına XV-XVI əsrə aid "Xəlifə Zəkəriyyə" türbəsinin, LerikNoba kənd qəbiristanlıqlarının ətrafı abadlaşdırılmış, ərazilər milli ornamentlərə uyğun olaraq hasara alınmışdır. Piran kəndində Ulu Öndər Heydər Əliyevin əzəmətli portreti ucaldılmışdır. Lerik şəhərində "Azercell" ekspress ofisi inşa edilmişdir. Rayon ərazisində digər abadlıq işləri həyata keçirilir.

Cənab Prezidentin tapşırığı ilə, dünya bankının ayırdığı 28 milyon manat vəsait hesabına Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı bir sıra işlər həyata keçirilmiş, 19 kilometrlik Qosmalian-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili sukanalizasiya xətlərinin bir hissəsi quraşdırılmış, bir neçə mərhələdə su tutarları inşa edilmişdir.

Yollar hara uzanır belə

 

Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2012-ci il tarixli Sərəncamı ilə 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu inşa edilmiş, 14 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə isə 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılmışdır. Sözün əsil mənasında ərazidə yaşayan əhali üçün inqilab sayıla biləcək yolun 18 kilometri asfaltlaşdırılmış, yolun digər hissəsində isə tikinti işləri sürətlə davam etdirilir.

Rayon büdcəsinin vəsaiti hesabına şəhərin bütün küçələri, Noda, Piran, Günəşli, Cəngəmiran, Blaband, Qosmalian, Osnağaküçə, Mondigah, Xəlifəküçə, Əliabad kəndlərinin daxili yollarının 10 kilometrdən çox hissəsi asfaltlaşdırılmışdır. Büdcə vəsaiti hesabına 2013-cü ildən başlayaraq şəhərin mərkəzi küçələri, o cümlədən V.Müslümov, A.Əsədullayev, Ş.Qurbanov və digər küçə və dalanlara yenidən asfalt salınmışdır.

Rayon icra hakimiyyətinin daxili imkanları və ayrı-ayrı adamlarının, kənd sakinlərinin köməyi ilə vaxtaşırı olaraq kəndarası yollarda təmir-bərpa işləri aparılır. Milli Məclisin deputatı İqbal Məmmədovun yaxından köməyi ilə Almu kəndinə gedən yolun üzərində yeni körpü inşa edilmiş, Veri və Tikəband ərazilərində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Davradibi çayı üzərində körpünün tikintisinə başlanılmışdır.

Əhalinin müraciətləri nəzərə alınaraq 24 kilometrlik Piran-Hamarat-Vijaker avtomobil yolunda əsaslı təmir işləri aparılmışdır. Yeni Dövlət Proqramında yolun tikilməsi tədbirlər proqramında nəzərdə tutulmuşdur. Tülü-Conu inzibati ərazi dairəsinin Kaqoy kənd sakinlərinin bir qrupunun müraciəti nəzərə alınaraq Kaqoy kəndinə gedən yolun əsaslı təmiri üçün rayon icra hakimiyyəti tərəfindən maliyyə köməkliyi göstərilmişdir.

Lerikin intellekt göstəricisi

 

Rayon üzrə bütün ATS-lər elektron tipli ATS-lərlə əvəz edilmişdir. Elektron ATS-lərin quraşdırılması rayon əhalisinin sürətli internet xidmətindən istifadəsini asanlaşdırmışdır. Lakin görülmüş işlərlə yanaşı bu sahədə bir sıra problemlər hələ də sakinləri narahat edir. Rayonun 9 kəndində poçt şöbəsi binalarının tikintisinə, poçtamttelekommunikasiya rayon şöbəsinin inzibati binalarının əsaslı təmirinə, 30-a yaxın yaşayış məntəqələrinin telefonlaşdırılmasına ciddi ehtiyac vardır.

 

(ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

ədalət.-2014.-20 noyabr.-S.7.