Qarşımdakı kitab
Qarşımda bir kitab var
- "Solmaz çiçəklər"dir
adı. Müəllifi Solmaz Şirindir.
Bu ad mənə çoxdan tanışdır
və mənim üçün çox əzizdir. Çünki gözəl tələbəlik
illərinin xoş xatirələri bağlıdır
bu adla. Bu xanımla 1970-ci ildə bir institutda,
eyni qrupda təhsil almışıq.
38 il sonra
onun xoş səsini eşidib, sonra isə özünü, onun xoş üzünü gördüm.
Günlərin bir günündə mənə bir telefon zəngi gəldi. Düzü, tanımadım...
Nə isə... Bu xanım
həmin o Solmaz xanım Şirinova idi ...Yeni bir
impuls, yeni bir abu-hava daxil
oldu həyatıma.
"Ayat" qəzetinin təsisçisi
və baş redaktoru imiş Solmaz xanım.
Qayıdaq əvvəlki söhbətə...
Qarşımdakı kitaba...
Bu şeir kitabı
başqa kitablardan fərqlənir. Çünki burada Solmaz xanım öz gözəl fikirlərini,
fəlsəfi düşüncələrini,
nadir ifadələri, arzu
və amallarını
özünəməxsus şəkildə
izhar edərək oxucuda çox gözəl təəssürat
yarada bilmişdir.
Ən önəmlisi odur ki, Solmaz Şirin
şeirin bütün
vəznlərindən, janrlarından
və bədii ifadə vasitələrindən
məharətlə istifadə
edir.
Kitabdakı əsərləri bir
neçə mövzuya
bölmək olar:
Vətən məhəbbəti və
vətənpərvərlik ruhunda yazılmış şeirlər
Ana məhəbbəti və valideyn sevgisi
Müəllim və mənəvi
ata
Zaman haqqında düşüncələr
Məktəb və təhsil
Ülvi
məhəbbət
Xanımlar, kişilər haqqında,
ismət və mərdlik
Xəyanət və sədaqət
Təbiət və fəsillər
Tənhalıq və xəyal aləmi, xatirələr
Nikbinlik
Qəzəllər
Aforizmlər
Həkim
Qəninin və Solmaz Şirinin bir-birinə həsr etdiyi sevgi dolu
şeirlər
Həkim Qəni ilə Solmaz xanımın şeirləşməsi və
s.
Kitabın elə ilk səhifəsi
"Azərbaycanım" şeiriylə başlayır. Onun sözlərindən şairənin
vətənə, ölkəmizə,
doğma yurda olan məhəbbət hissi açıq-aşkar
görünür:
Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir,
dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım,
qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!
Şairə ana məhəbbəti
və valideyn sevgisi mövzusundan yan keçməmiş,
"Mənim anam"
şeirində bu mövzuya elə gözəl yanaşmışdır
ki, oxuduqca adam valeh
olur:
Şükür edir, razı qalır
Allahından mənim anam.
Keçə bilir çoxlarının
Günahından mənim anam.
"Röyalara möhtacam"
şeiri bu mövzuda çox aktual səslənir:
Həyatıma gəlməsən də,
Gözəl anam, yuxuma gəl.
Aşkar
deyib-gülməsən də,
Heç olmasa, yuxumda gül.
Hər bir şair, təbii ki, zaman və
dövran, tarix və şəxsiyyət,
təsadüf və zəruriyyət kimi dialektik amillər haqqında fikirləri öz düşüncəsinə
görə təsvir edir. Solmaz xanım da bu mövzulara
öz tərzində yanaşmışdır:
Zaman yetişdirir insan ağlını,
Ömür zirvəsinə zaman qaldırır.
Heç
başa vurmamış
arzularını,
Ayrılıq təbilin zaman çaldırır.
Daha bir məşhur mövzu eşq aləmiylə bağlı mövzudur ki, şairi də eşqsiz təsəvvür etmək
olmaz. Bu sahədə
Solmaz xanımın fikirləri çox obrazlı, düşüncəli,
dərin, rəngarəng
və dəyərlidir.
Zira, bu xanım eşqin əsl dəyərini anlayan şəxslərdəndir:
Həmdəm istəyirəm, həyat
yolunda
Büdrəsəm, dayağım, dirəyim olsun.
Həmdəm istəyirəm, qolu
qolumda,
Ürəyi də mənim eşqimlə dolsun.
Solmaz xanım saf əqidəli, təmiz əxlaqlı, pak ruhlu bir xanım
olaraq istər kişilərdən, istərsə
də qadınlardan qeyrətli, ismətli, ailəcanlı, övladsevən,
gözəl ailə başçısı olmağı
tələb edir və bu hissləri
"Ata qoyma adını"
şeirində belə
təsvir edir:
Ləyaqəti, vicdanı
Sən çöllərə
atmısan.
Övladını arağa,
Eyş-işrətə satmısan.
Şərt deyil ki, dünyaya
Gətirəsən övladlar.
Çatmamısan haraya,
Nə atalıq
adın var?!
Solmaz xanım
qəzəllər də
yazır. "Gözləmişəm"
rədifli qəzəli
diqqətimi çox çəkdi:
Uzun illər səni, ey sevgili can, gözləmişəm,
Qılmayıb sirrimi əğyarə əyan, gözləmişəm.
Hər yetən aşiqə aşiq deməyib, səbr edərək,
Sən təki
eşqimə bir bəxti cavan gözləmişəm.
Kitabın bir hissəsində Solmaz xanımın aforizmləri yer tutur. Onlardan bir neçəsini nümunə
göstərim:
Əməl insanın güzgüsüdür.
***
Ləyaqət insanın baş tacıdır.
***
Qiymət verməyi qiymətli adamlar bilərlər.
***
Azadlıqda ölmək məhbəsdə
yaşamaqdan yaxşıdır.
***
İdrak ən uca zirvələr
fəth edər.
***
Solmaz xanım çox hörmətli sənətkar
Həkim Qəninin həyat yoldaşı, can
sirdaşı, qələm
yoldaşı və dostu olmuşdur. Onlar bir-birilərinə çoxlu
şeirlər həsr
etmiş, hətta şeirləşmələr etmişlər.
Bu şeirlərdən onların
bir-birini nə qədər sevmələri,
anlamaları, dərk etmələri və cani-bir dost olduqları hiss
olunur. Kitabdakı şeirlərdən biri olan Solmaz Şirinin
"Tapılmır" şeirini
və Həkim Qəninin ona cavabını misal gətirə bilərəm:
O necə sazdır ki, görən, sinəmdə,
Onun ahəngini alan
tapılmır?!
Necə möcüzə var məhəbbətimdə?!
Onun avazına dalan tapılmır,
Məhəbbət havası çalan
tapılmır!
Həkim
Qəninin cavabı:
Sanki bir saz varmış
Sənin sinəndə,
Səni
bu sevdadan alan tapıldı!
Alıb
öz atəşin sinəsi üstə,
O könül sazını çalan tapıldı,
Səni
bu sevdaya salan tapıldı!
Könlümü sevərək verərəm
Sənə,
Buna zamin olan məndə vicdandır.
Bir can nə imiş ki, qurbanın ola,
Min canım da olsa,
Sənə qurbandır!
Solmaz xanıma
çoxlu şeirlər
həsr olunub. Söhbətimin sonunda mən də ona qısaca
bir şeirimlə müraciət edir, can sağlığı, yaradıcılıq
uğurları və yeni-yeni kitablarının işıq üzü görməsini arzulayıram.
Şəmsəddin
Canıyev
Şair-publisist, tərcüməçi
Ədalət.-2014.-20 noyabr.-S.6.