GÖZÜMDƏN, KÖNLÜMDƏN QARABAĞ KEÇİR

Hüseyn Kürdoğlu, ruhun şad olsun!

 

Yəqin ki, bu başlığı oxudunuz və yəqin ki, həmin başlığın nəyə ünvanlan dığını, nəyə işarə vurduğunu da təxmin etdiniz. Amma tələsməyin, necə deyərlər, bir balaca səbrinizə istirahət verin mən sizə bir neçə misra pıçıldayım.

 

Ay aman, gözümdən, könlüm yenə

Qarabağ, Qarabağ, Qarabağ keçir!

Ziyaoət, İşıqlı, Qırxqız, Mıxtökən,

Gözəl Gəlinqaya, Dəlidağ keçir.

 

Ahımız göylərə alovdan dirək,

Yerin məhşərinə neyləsin fələk.

Həsrət çırağıdır hər qaçqın ürək,

Hər keçən saatda yüz çıraq keçirg

 

Mən bu şeiri sona kimi yazmıram burada işlətdiyim "son" sözü bir neçə məqamı özündə ifadə edir. Birincisi, haqqında bəhs etdiyim şeirin özünü önə çəkir, ikincisi həmin şeirin mayası, yanğısı, odu olan həsrətimizi, itirdiklərimizi, ağrı-acılarımızı qabardır, üçüncüsü, bu şeirin müəllifin dözümünü (daha doğrusu, artıq dözə bilməyib Tanrıya qovuşduğunu - M.Ə.) diqqətə çatdırır bu üç məqamın içərisində bir gerçək ortaya çıxır. O da bu şeiri bu qəbildən olan misraları oxuyub hələ dözə bilmək, səbr etmək, Lazımı gözləmək bacarığımızı, qabiliyyətimizi s

, mən hər dəfə bu şeirləri oxuyanda özümdən asılı olmadan daxilən haldan-hala düşürəm. Çünki bu şeirlər məni məhz həmin o yerlərə, bir zamanlar gəzib-dolaşdığım, gülünün-çiçəyinin şehinə bulaşdığım, çeşmələrinin, bulaqlarının suyunda təkcə bal dadını yox, həm dodaq göynədən bu kəsərini yaxşı tanıdığım cənnətə aparıb çıxarır. Sözün bütün mənalarında o yerlər bu dünyanın cənnəti idi. İnanmayanlar inanmasın, heç israr da etmirəm. Amma o yerdə gəzib-dolaşanlar mənimlə yüzə yüz razılaşacaqlar, bu da mənə bəs edir. Çünki bu torpağın qədrini bilənlər və nələr itirdiyimizin fərqinə varanlar yaxşı bilirlər ki, artıq 25 ildən çoxdur ki, biz cənnətin həsrətini yaşayırıq, həsrətini çəkirik. Hətta elə bir həsrət yaşayırıq ki, o həsrətin içərisində doğmalarımızın, şəhidlərimizin məzarları da əlçatmaz olub. Amma buna baxmayaraq, biz hələ də nə ümidimizi itirmişik, nə də qalib gələcəyimizə əminliyimizi. Çünki bizi gözləyənlər varg çünki bizi səsləyənlər varg çünki bizim boynumuzda övlad haqqı varg çünki bizim ömrümüzdə, yaşamımızda vətəndaş missiyamız var. Ona görə :

 

Möhlət ver, ey Tanrı, möhlət ver bir az,

Laçın azad olsun, ölüm Laçında.

Öpüm torpağını ölümdən əvvəl,

Bir dinə, imana gəlim Laçında.

 

Axsın suları qoy axım-axım,

Qırxqızın döşünə ay-ulduz taxım.

Zəfər bayrağıma vüqarla baxım,

Ölümün üzünə gülüm Laçında.

 

Kürdoğlu qalmasın dünyada naçar,

"Bir yandan bağlayan, bir yandan açar".

Məzarımın daşı şəfəqlər saçar,

Məni basdırarkən elim Laçında.

 

, bir parçasını diqqətinizə təqdim etdiyim həmin şeirin ardınca dolaşan qəm notları üstündə köklənən xəyallarım, duyğularım elə bil ki, dolmuş bulud kimi bir anlıq silkələnir o yağmağa başlayan bulud göz yaşlarını Şuşa dərdinin üstünə çiləyir.

 

Ya Rəbbim, haçan yuxlarım çin olar,

Yetişərəm vüsalına Şuşanın?!

Üç ildir ki, qan ağlayır gözlərim,

Həsrət qalıb camalına Şuşanın.

 

Harayına, imdadına yetən yox,

Dağlarında cəh-cəh vurub ötən yox.

Şuşa yoxsça, Laçın yoxsa Vətən yox,

Cavab nədi sualına Şuşanın?!

 

Elə bilməyin ki, mən yalnız bu kövrək misraları seçib sizə təqdim etməklə sizləri də kövrəltmək, sizləri də üzü dağlara, işğal olunmuş torpaqlara tərəf səsləmək istəyirəm. Yox, artıq səsləməklə, çağıormaqla bu problemin həlli mümkünsüz. İndi hər kəs özü köklənməli, hər kəs özü özünün səsinə qulaq asıb, özü özünü ayağa qaldırmalıdı. Və üstəlik də hər kəs birdəfəlik dərk etməlidi ki, bu ağrını, bu acını su ilə yumağın zamanı keçibg Və nəhayət, yuxumuza haram qatmalıyıq. Axı torpağımızın da yuxusu qaçıbdı. Bunu da Hüseyn Kürdoğlu deyib. İnanmayan oxusun onun şeirlərini.

 

Dərd var ki, önündə loğman da laldı,

Səadət deyilən hələ xəyaldı.

Şair yaranmışam, mənə halaldı,

Rahat və əbədi torpaq yuxusu.

 

Son olaraq bir şeyi də diqqətə çatdırmaq istəyirəm. Əslində onu bütün yazı boyu sizə çatdırdım. Bu da gözümdən-könlümdən hər gün keçən Qarabağdı və hər günonunla oxuduğum misralar, yazılardı. O cümlədən də ruhuna səcdə etdiyim Hüseyn Kürdoğlu poeziyasıdı.

 

Ədalət.-2014.-25 noyabr.-S.6.