Rübailər
Vara-pula
satsan məhəbbətini,
Hər an itirərsən
ləyaqətini.
Elə sev, elə qur,
elə yarat ki,
Ellər xatırlasın hər zaman səni.
***
Məhəbbət sevdiyin andan yaxşıdır,
Saf ilqar min
şöhrət-şandan yaxşıdır.
Saxta məhəbbətin əsiri
olma,
Əl açıb
dilənmək ondan yaxşıdır.
***
Qəlbinin səsini duymayanlara,
Nə söz təsir edər, nə də pul-para.
Bir kəsə yaramaz, bir kəsi duymaz,
Tənhadır o kəslər üz tutsa hara.
***
Çox
da kömək umma dövlətdən-vardan,
Var-dövlət insanı qurtarmaz dardan.
Sadiq ol əhdinə, bil ki yaxşıdır
Sədaqətli köpək vəfasız
yardan.
***
Yaxşılıq əlindən gəlmirsə
əgər,
Çalış yamanlıq da etmə birtəhər.
Yamanlıq eyləyən payını
alar,
Bəd olsa sahibin yıxacaq kəhər.
***
Qızıl tac boş başa bəzəkdir ancaq,
O, ağılsız başı
etməz üzüağ.
Ağılla ucalıb aqil insanlar,
Elm qazanıblar qızıldan
qabaq.
***
Hər dərdi qəlbinə salıb böyütmə,
Haqqı
sev, haqsızın ardınca getmə,
Dünya
qananların olduğu
üçün
Onlar dərd
çəkirlər, sən
də qəm etmə.
***
Gözü çıxarılan göz çıxarandan
Xahiş
elədi ki, əl saxla, dayan!
Dedi: - Zülm etməyin ləzzətini sən
Axirət
evində duyarsan inan!
***
Ağılla, səbr ilə
iş görən insan,
Bağlı qapıları açar hər zaman.
Həyatın mənasın varda
görənlər
Hətta çətin keçər
açıq qapıdan.
***
Torpaq dilə gəlib dedi: - Ey insan,
Bəsdir
məndən ötrü
axıtdığın qan!
Məni
milyon yerə parçalasan da,
Heç nə aparmazsan fani dünyadan.
***
Bir buğda dəninə aldanıb Adəm
Cənnətdən qovuldu, çəkdi kədər, qəm.
Bu gün, sabahını düşün ey insan,
Tamahın çox olsa dağılar aləm.
***
Əlində təsbeh var, qəlbində şeytan,
Dilində din-iman, gözlərində
qan,
Arxada cəlladsan, üzdə mələksən,
Sənə qənim olsun səni Yaradan.
***
Tamahına ensən ömrün
solacaq,
O səni tovlayıb tora salacaq.
Əgər öz nəfsinə
sahib olmasan,
Başqaları sənə sahib olacaq.
***
Ağıl kəsən qılınc,
işıq, ziya, nur,
Səadət, güc-qüvvət, cəsarət,
qürur.
Həyatda ad alıb, ucaltmaq
üçün,
Ağıllı kəslərlə dost olur, otur, dur.
***
"Mənəm-mənəm" deyən
insanlar ki, var
Duyub düşünmədən
verirlər qərar.
Lovğa,
təkəbbürlü kəslər
dünyada
Heç vaxt ucalmamış olublar xar.
***
Keçsə də çox haram tikə boğazdan
Ancaq ki qarını yırtar bir zaman.
Halal çörəyini harama qatıb,
Sonradan sızlayıb
etmə ah-aman.
***
Dünyanı qarışqa boyda
görənlər,
Ömrünü mal-pula qurban verənlər.
Olub-keçənləri salsalar yada
Nadanlıq etməzlər inan, bu qədər.
***
Əgər anlamasan kimliyini
sən,
Hər vaxt alçalarsan, sən kiçilərsən.
Daim ucalarsan, ad qazanarsan,
Xalqının, yurdunun dərdini çəksən.
***
Nadanla yoldaşlıq etməzdən
əvvəl,
Sonrakı gününü bir
az düşün,
gəl.
Namərdlik, alçaqlıq etsən
anla ki,
Hər vaxt başın üstə fırlanar əcəl.
***
Ağılını nəfsinə qul eyləyənlər
Nə haqqa əyilər, nə insaf bilər.
Tamahından qorun, ey insan oğlu,
Var-dövlət yolunda çox axıtma tər.
***
Qoruya bilməsən ləyaqətini,
Dünya barmağına dolayar səni.
Kiçilə-kiçilə bil itirərsən,
Adını, andını, məhəbbətini.
***
Var-dövlət yolunda tər axıdanlar,
Səhvini dünyadan köçəndə
anlar.
Gəzdirər gözləri gah
sağa-sola,
Görər nə şan-şöhrət,
nə vəzifə
var.
***
Bu fani dünyaya dodaq büzmə sən,
Var üçün
canını çox
da üzmə sən.
Çalış bu dünyada cənnəti qazan,
Cənnəti dövlətdə, varda görmə sən.
***
Əgər bir ixtiyar sahibi olsan,
Çalış yaxşılıq et,
hər saat, hər an.
Dünya
cənnət olar, ömür bəxtiyar,
Yaxşılıq yolunu tutsa hər
insan.
***
Torpaqdan
xəlq olub yarandığından,
Öləndə torpağa qovuşur insan.
Anla ki, torpağın hər bir zərrəsi,
Yaranmış ürəkdən, nəfəsdən,
candan.
***
Əyilsən nəfsinə əyilənlərə,
Ağlını itirib düşərsən
şərə.
Nəfsin
iti olsa ağlından əgər,
Səni barmağına dolayar hərə.
***
Dünyaya çıl-çılpaq doğulan insan,
Əli boş gedəcək qoca dünyadan.
Əgər bu hikməti anlasa hər kəs,
Var-dövlət üstündə salmaz ölüm, qan.
***
Əxlaqsız alimin elmi kar etməz,
İnsanı alçaldar, bəxtiyar etməz.
Əxlaqı güc gələr
alimliyinə,
Utanmaz, çəkinməz,
heç vaxt ar etməz.
***
Allah verdiyinə naşükür
olsan,
Bir tikə
çörəyə möhtac
qalarsan.
Haqqına əyilsən kamına
yetib
Özündən, sözündən qüvvət
alarsan.
***
Haqqın
gözlərinə kül
üfürənlər,
Min sifətə düşüb
dona girənlər.
İnsanlığı ancaq mal, pulda görüb
Yamanlıq edərlər ölənə
qədər.
***
Bil ki hörmətinə gətirər nöqsan,
Meyə
meyl eyləmə çox da, ey insan!
Xəyyam
həzz almaqçün
şərab iç dedi,
Demədi çox içib sərxoş olasan.
***
Dərdin
unutmaqçün şərab
içən kəs,
Anlamır canına qəsd edir əbəs.
Ağıllı adamlar dərdə
yanarlar,
Sərxoş baş dərd-səri dərk edə bilməz.
***
Hər içən hiss etsə meyin ləzzətin,
Çox içib itirər ağlın, hörmətin.
Şərabı ağıllı kəslərlə
iç ki,
İnsan da, şərab da alsın qiymətin.
***
Şərabı su kimi içən insanlar
Nə özün,
nə də şərabı anlar.
Nadanlar içməyi bir şərəf bilər,
Aqillər çox içsə özünü danlar.
***
Şöhrətin, dövlətin qulu
olma gəl,
Ağrımaz başını işə
salma, gəl.
İnsana,
həyata vurul, kama yet,
Pislik eləməkdən ləzzət
alma, gəl.
***
Qüdrətim olsaydı qoymazdım
bir an,
Qan töküb,
zülm edə insana insan.
Açardım açılmaz qapıları mən,
Sevinərdi cahan, gülərdi
dövran.
Ədalət.-2014.-26 noyabr.-S.6.