Əfsanə yaradandan əfsanə yaradan

Dramaturq Marat Haqverdiyev: "Hörmətli akademik Ramiz Mehdiyevin yazdığım pyesə verdiyi qiymətdən qürur duyuram"

 

 

Marat Haqverdiyev teatrlarımızla sıx əməkdaşlıq edən dramaturqlarımızdandır. İstedadlı qələm adamının yaradıcılıq məhsulu olan "Ailədə məhkəmə", "Məhəbbət, şeytan lambada", "Məşuqələr", "Ah, qadınlar, qadınlar", "Qısqanc ürəklər", "Məhəbbət əzabları", "Amerikalı kürəkən" başqa pyesləri Akademik Milli Dram Teatrı da daxil olmaqla müxtəlif teatrlarımızın səhnəsində uğurla tamaşaya qoyulub. Türkiyənin Sarıyer Bələdiyyə Teatrı, Çemberlitaş Teatrı da tanınmış müəllifin "Qısqanc ürəklər" "Ah, qadınlar, qadınlar" pyeslərini öz repertuarlarına daxil ediblər. Marat Haqverdiyev qardaş ölkənin rəsmi tədbirlər keçirilən məşhur "Çırağan" Sarayında tamaşası oynanılmış ilk Azərbaycan dramaturqu kimi öyünə bilər.

Onun ssenarisi əsasında çəkilən "Səninlə sənsiz", "Səni gözləyirəm" "Juqili əməliyyatı" bədii televiziya filmlərini tamaşaçılar maraqla izləyiblər. Daha çox komediya janrında yazan Marat Haqverdiyev ən yeni tariximizin taleyüklü məsələlərindən bəhs edən "Qarabağ şikəstəsi", "Fədakarlıq" "Üç dəniz əfsanəsi" əsərlərinin müəllifidir. Özünün dediyi kimi, belə əsərlərlə o, öz vətəndaşlıq mövqeyini ortaya qoyub. Xüsusi ilə "Üç dəniz əfsanəsi" pyesi haqqında ətraflı danışmağa dəyər. Lakin bu barədə bir qədər sonra...

 

Aktyor yazıçının memar oğlu

 

Marat Haqverdiyev sənətkar ailəsində dünyaya göz açıb. Atası tanınmış opera solisti Xanlar Haqverdiyev uzun illər Akademik Opera Balet Teatrının səhnəsində çalışıb, milli operalarımızın şah əsərlərində baş rollar ifa edib. Səmərəli fəaliyyətinə görə həm Azərbaycanın, həm Türkmənistanın əməkdar artisti fəxri adına layiq görülüb.

Anası Cahan Əfruz istedadlı şairə dramaturq kimi tanınıb. Yazdığı əsərlər rus, ispan, hind dillərinə tərcümə edilib. Cahan xanımın Hindistanda baş verən hadisələrdən bəhs edən "Qanqın böyük dalğası" pyesi Moskvada tamaşaya qoyulub böyük maraqla qarşılanıb.

 

- İki tanınmış sənətkarın ailəsində böyüyən Marat Haqverdiyev həm memar, həm o zaman Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tarix Mədəniyyət Abidələrinin Bərpası İdarəsinin rəhbəri kimi nüfuz qazanmışdı. 90-cı illərin əvvəllərində isə imzanız dramaturq kimi afişalarda görünməyə başladı qısa bir zamanda populyarlaşdı...

- Mərhum valideynlərimi yad etdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Onlar həqiqətən Azərbaycan mədəniyyətinə, ədəbiyyatına töhfə vermiş insanlar idilər. Belə bir ailədə tərbiyə aldığımdan həm bir memar, həm bədii yaradıcılıqla məşğul olan insan kimi zəif ortaya çıxarmağa haqqım yoxdu. Yaşım 75-i keçib, amma bu gün həmin məsuliyyəti hiss edirəm. Dramaturgiya ilə məşğul olmağıma gəlincə... Gənc yaşlarımdan anam Cahan Əfruzun əsərlərini rus dilinə tərcümə edirdim. "Sevgi sətirləri", "İki bayram" s. şeirlər kitabının, "Qanqın böyük dalğası", "İlham pərisi", "Gəldim ki, deyəm sevirəm" kimi pyeslərin müəllifi olan anamın vəfatı mənə çox ağır təsir etdi Cahan Əfruzun yolunu davam etdirmək üçün dramaturgiya ilə yaxından məşğul olmağa başladım. İlk pyesim "Ailədə məhkəmə" Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əməkdar incəsənət xadimi Baba Rzayevin quruluşunda tamaşaya qoyuldu uğur qazandı. Elə Baba Rzayevin təklifi ilə daha bir neçə pyes yazdım. Beləcə, müxtəlif teatrlarımız mənimlə yaradıcılıq əlaqələri saxlamağa başladılar. Akademik Mili Dram Teatrında səhnəyə qoyulan iki pyesimi tamaşaçılar böyük maraqla qarşıladılar. "Ah, qadınlar, qadınlar" "Qısqanc ürəklər"də Səyavuş Aslan, Yaşar Nuri kimi bu teatrın böyük sənətkarları yaddaqalan obrazlar yaratdılar. Həmin səhnə əsərlərinin uğur qazanmasında xalq artisti Mərahim Fərzəlibəyovun da bir quruluşçu rejissor olaraq böyük rolunu qeyd etməliyəm. Adını çəkdiyim həmin iki pyesimi sonralar Türkiyənin müxtəlif teatrları da səhnəyə qoydular. Fəxr edirəm ki, "Ah, qadınlar, qadınlar" İstanbulun "Çırağan" Sarayında oynanılıb.

 

"Üç dəniz əfsanəsi"

 

- Maraqlı komediyaların müəllifi yaradıcılığının sonrakı mərhələsində ölkəmizin ictimai-siyasi həyatını əks etdirən əsərlər yazmağa başladı...

- Azərbaycanın yeni tarixində çox mühüm hadisələr baş verib biz hamımız bu prosesin şahidi olmuşuq. Həmin dövrü xatırladıqca, yaşadığımız mürəkkəb ictimai-siyasi vəziyyətlərdən daim qalib kimi ayrılan bir şəxsiyyətin parlaq obrazı gözlərimiz önündə canlanır. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. 1993-cü ildə görkəmli dövlət xadiminin fəaliyyətindən bəhs edən "Qarabağ şikəstəsi" ssenarisini qələmə aldım. Mərahim Fərzəlibəyov həmin əsərim əsasında ikiseriyalı bədii televiziya filmi çəkdi. Növbəti belə ssenarim isə "Fədakarlıq" oldu. Bu bədii televiziya filmi ekrana çıxandan sonra əsərin pyes variantını hazırladım tamaşa Sumqayıt Dövlət Dram Teatrında səhnəyə qoyuldu. Mənim əqidəmə görə, yazıçıda istedadla yanaşı vətəndaşlıq mövqeyi olmalıdı.

- Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs edən "Üç dəniz əfsanəsi" pyesi vətəndaşlıq mövqeyindən yaranıb?

- Əlbəttə. Ümummilli Lider Heydər Əliyevin və onun müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin Azərbaycanın qüdrətlənməsi, xalqımızın rifahı üçün gördükləri genişmiqyaslı tədbirlər bədii əsərlər vasitəsi ilə də insanlara çatdırılmalıdır. Son illər Azərbaycanda böyük işlər həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri məhz belə nəhəng layihələrdən biridir. Xalqımız həmin layihənin verdiyi imkanlardan bu gün də yararlanır, gələcək nəsillər də bunun faydasını görəcək. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın dünyadakı mövqeyini möhkəmlədən bir layihədir. Bu mühüm hadisədən bəhs edən "Üç dəniz əfsanəsi" pyesini yazarkən müxtəlif sənədlərlə, rəsmi materiallarla tanış oldum.

- Müsahibələrinizin birində "Üç dəniz əfsanəsi" üzərində 5 il çalışdığınızı qeyd etmisiniz...

- Bayaq qeyd etdiyim kimi, bu, Azərbaycanın gələcək inkişafı üçün olduqca vacib bir layihə idi. Sənədlər üzərində çalışanda Heydər Əliyevin necə nəhəng dövlət xadimi olduğunu bir daha gördüm. Azərbaycanı istəməyən qüvvələr Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə mane olmaq üçün nələrə əl atmayıblar? Bütün bu məkrli planların qarşısını yalnız Heydər Əliyev kimi xalqı, dövləti üçün ölçüyəgəlməz işlər görən, qüdrətli insan ala bilərdi. Ümummilli Liderin qətiyyəti sayəsində bizə əfsanə kimi görünən bu layihə həyata keçdi.

 

Daxili İşlər Nazirliyinin rəhbərliyi...

 

- Pyesdə maraqlı bir epizod var, camaatı bu layihənin əleyhinə qaldırmaq üçün insanların dini inanclarından da istifadə etmək istəyirlər. Neft kəmərinin keçəcəyi ərazilərdəki ziyarətgahları, məscidləri parlatmağa çalışanların qarşısı alınır...

- Uzun illər Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində məsul vəzifələrdə çalışmışam. Heydər Əliyevin tariximizə, milli-mənəvi dəyərlərimizə və müqəddəs dinimizə necə böyük sayğı ilə yanaşdığının şahidiyəm. Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən bəzi qüvvələr din pərdəsi altında çirkin planlar qurmağa çalışsalar da Heydər Əliyevin qətiyyəti, Daxili İşlər Nazirliyinə rəhbərlik edən şəxslərin peşəkarlığı sayəsində ifşa olundular. Əsərdə bu məsələləri ətraflı şəkildə işıqlandırmağa çalışmışam.

- 5 ilə yazılan "Üç dəniz əfsanəsi"nin səhnəyə gəlişi üçün də deyəsən xeyli zaman lazım olub.

- "Üç dəniz əfsanəsi" pyesimi oxuyan, bədii zövqünə inandığım insanların məsləhəti ilə əsəri Dövlət Gənc Tamaşaçılar Teatrına verdim. O zaman teatrın baş rejissoru olan xalq artisti Cənnət Səlimova da pyesi bəyəndi və yeni mövsümdən tamaşa üzərində yaradıcılıq işlərinə başlanacağını dedi. Lakin yeni mövsümdə teatrda kadr dəyişikliyi oldu, əməkdar incəsənət xadimi Bəhram Osmanov baş rejissor təyin edildi. Pyes Bəhram müəllimin də xoşuna gəldi, lakin dedi ki, belə bir əsəri tamaşaya qoymaq üçün Prezident Administrasiyasından razılıq alınmalıdır. Pyesim müvafiq şöbələrdə oxunub bəyəniləndən sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məktubu əsasında Mədəniyyət və Turizm Nazirliyinə göndərildi və nazirliyin təsdiq etdiyi repertuar planına uyğun olaraq Gəncə Dövlət Dram Teatrında səhnəyə qoyuldu. Hörmətli akademik Ramiz Mehdiyevin əsərimə verdiyi qiymətdən qürur duyuram.

Gəncə Dövlət Dram Teatrının kollektivi tamaşa üzərində böyük ruh yüksəkliyi və məsuliyyətlə işlədi. Fürsətdən istifadə edib quruluşçu rejissor, əməkdar artist Ramiz Vəliyev başda olmaqla yaradıcı kollektivə, texniki heyətə, Gəncə tamaşaçılarına minnətdarlığımı bildirirəm. Amma bir məsələni də qeyd etmək istərdim, Gəncə Dövlət Dram Teatrının mövcud texniki imkanlarını nəzərə alıb pyesi tam şəkildə səhnədə əks etdirə bilmədik. Çox istərdim ki, Mədəniyyət və Turizm Nazirliyinin bilavasitə köməyi və qayğısı ilə "Üç dəniz əfsanəsi" pyesi Akademik Milli Dram Teatrında və ya texniki imkanları daha geniş olan paytaxt teatrlarının birində yenidən səhnəyə qoyulsun. Bu, teatrımız və ümumilikdə mədəniyyətimiz üçün gərəkli bir addım olar.

 

Ədalət.- 2014.- 29 noyabr.- S.14.