Məşədi
İbadın pulları
Qızın iki adaxlısı, rolun iki ifaçısı
Yeni teatr
mövsümünə start verən Dövlət Musiqili Teatrı sənətsevərlərə bir-birindən maraqlı
tamaşalar təqdim etməyi planlaşdırır. Bu gün
teatrda paralel olaraq bir neçə
yeni tamaşa üzərində yaradıcılıq
işi aparılır.
Kollektivin
yaxın günlərdə
tamaşaçılara təqdim
edəcəyi səhnə
əsərlərindən biri
də "O olmasın,
bu olsun"du.
Həm ekrandan, həm də teatr səhnələrindən
dönə-dönə izlədiyimiz
"O olmasın, bu olsun"...
"Tarix Nadiri"
tən yarıyacan oxumağı ilə fəxr edən, ticarətdən qazandığı
pulların hesabına
cavan qız almaq sevdasına düşən və bu yolla da
keçmiş arvadları
ilə birgə yaşadığı günləri
unutdurmağa hazırlaşan
Məşədi İbad
növbəti dəfə
Dövlət Musiqili Teatrının səhnəsinə
qayıdır. Xalq artisti Cənnət
Səlimova "O olmasın,
bu olsun"u yeni quruluşda hazırlayır.
"Tarix-Nadir", yox e, "Məşədi İbad"ın
tarixi
Daha çox
"Məşədi İbad"
adı ilə tanınan "O olmasın,
bu olsun" əsəri Üzeyir Hacıbəylinin sayca ikinci musiqili komediyasıdı. 1911-ci ildə yazılan operettanın ilk
tamaşası elə
həmin ili
aprelin 25-də Bakıda
oynanılıb. Premyerada tamaşaya
dirijorluğu elə Üzeyir bəy özü edib. Görkəmli aktyor SSRİ Xalq
artisti Mirzə Ağa Əliyev isə tarixə Məşədi İbadın
ilk ifaçısı kimi
düşüb.
Operetta dahi bəstəkarın digər əsərləri
kimi böyük populyarlıq qazanıb, təkcə Azərbaycanda
deyil, Gürcüstanda,
Türkiyədə, Bolqarıstanda,
Yəməndə və
s. ölkələrdə səhnəyə
qoyulub.
Əsərin ekran həyatı da uğurlu alınıb, 1956-cı ildə
"Azərbaycanfilm" kinostudiyasında
ekranlaşdırılan "O olmasın, bu olsun" milli kinomuzun şedevrlərindən
hesab olunur. İstedadlı rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi bədii filmdə baş rola Xalq artisti
Əliağa Ağayev
çəkilib.
Fəaliyyət göstərdiyi 100 ildən
çox bir müddətdə Dövlət
Musiqili Teatrı
"O olmasın, bu olsun"a dəfələrlə
müraciət edib. Xalq artisti
Cənnət Səlimova
bu teatrın səhnəsində müxtəlif
illərdə həmin
operettaya quruluş verib. Tanınmış rejissorun ilk quruluşunda
baş rolu Xalq artisti Hacıbaba
Bağırov oynayıb,
2008-ci ildə tamaşa
bərpa edilərkən
isə Məşədi
İbad obrazı Xalq artisti Ramiz
Məmmədova həvalə
olunub.
Məşədi İbad hasarı
aşmaq üçün
Gənc
Tamaşaçılar
Teatrından gəlib
Növbəti dəfə evlənməyə
hazırlaşan və
buna görə 5 min manatından keçən
Məşədi İbad
madmazel Gülnaz xanımı görmək
üçün adaxlıbazlığa
çıxıb. Rüstəm bəyin evini əhatələyən hündür
hasarı aşmaq Məşədi İbada pulsuz başa gəlmir. Ona bu işdə
yardım edəcək
Hambalın da öz xərci var. Hasarı aşmaq üçün Hambalın
belinə çıxan
Məşədi İbadı
nələr gözlədiyini
hamı yaxşı bilir. Amma çox az
adam bilir ki...
Xalq artisti Cənnət Səlimovanın
yeni quruluşunda növbəti dəfə səhnəyə qayıdan
Məşədi İbad
obrazını bu dəfə əməkdar
artist Şövqi Hüseynov
yaradacaq. Cənnət xanım bu məsuliyyətli işi keçmiş tələbəsi,
Dövlət Gənc Tamaşaçılar Teatrının
aparıcı aktyorlarından
birinə etibar edib.
Gənc və istedadlı aktyor Bakı Kamera Teatrındakı fəaliyyəti ilə adından söz etdirməyi bacarıb, teatr Dövlət Gənc Tamaşaçılar
Teatrı ilə birləşdikdən sonra
yeni kollektivin əsas üzvlərindən
birinə çevrilib. Əməkdar
artist Şövqi Hüseynov
səhnədə Aydın
("Aydın"), Yaqo
("Otello"), Şeyx
Sənan ("Şeyx
Sənan") kimi çox ciddi obrazlar da yaradıb,
Sakapen ("Skapenin kələkləri"), Vəzir
("Sərgüzəşti-vəziri-xani
Lənkəran"), Dərviş
("Müsyo Jordan və
Dərviş Məstəli
şah"), Tanrıverdi
("Hekayəti xırs-quldurbasan")
kimi komik rolların da öhdəsindən məharətlə
gəlib. Bu dəfə
Məşədi İbad
rolu ilə tamaşaçıların qarşısına
çıxacaq Əməkdar
artist Şövqi Hüseynov
Dövlət Musiqili Teatrındakı debütünün
uğurlu alınacağına
əmindir: "Teatrın
direktoru, Əməkdar
incəsənət xadimi
Əliqismət Lalayev
hələ bir neçə il öncə məni kollektivlə əməkdaşlığa
dəvət etmişdi.
Görünür qismət "O olmasın,
bu olsun" tamaşasına imiş.
Sənət müəllimim, Xalq
artisti Cənnət Səlimova növbəti dəfə mənə çox məsuliyyətli
bir obraz etibar edib. Bu illər ərzində
komik rollar oynamışam, səhnədə
mahnı ifa etmişəm, lakin ilk dəfədir ki, partiyaları canlı orkestrlə oxuyacam. Teatrın baş dirijoru Nazim Hacıəlibəyov
elə birinci gündən mənə yaxından kömək edir. Fürsətdən istifadə edib
maestroya və orkestrin hər bir üzvünə minnətdarlığımı bildirirəm.
Mənə tapşırılan işin
məsuliyyətini yaxşı
dərk edirəm. Qüdrətli sənətkarlarımız Mirzə
Ağa Əiyev və Əliağa Ağayev Məşədi
İbad obrazı ilə xalqımızın
mədəniyyət tarixinə
böyük töhfə
veriblər. Bu teatrın səhnəsində
tamaşaçılar Xalq
artistləri Hacıbaba
Bağırovun, Ramiz Məmmədovun yaratdığı
Məşədi İbada
maraqla tamaşa ediblər. Çalışacam ki, obrazın
öhdəsindən yüksək
səviyyədə gəlim,
teatrın direktoru Əliqismət Lalayevin, tamaşanın quruluşçu
rejissoru, sənət müəllimim Cənnət
xanımın mənə
olan etimadlarını
doğruldum".
Babalı
Amilin boynuna...
Sərvər sevgilisi Gülnazın özündən xeyli yaşlı Məşədi
İbada məcburən
ərə verilməsinə
razı deyil. Onun Gülnaz
və qulluqçu Sənəmlə qurduğu
kələyin nə ilə nəticələnəcəyini
tamaşanın sonunda
hər kəs görür.
Gənc vokalçı, Prezident təqaüdçüsü Amil
Məmmədov tamaşada
Sərvəri oynayacaq. Bu, onun səhnədə debütüdür:
"Dahi Üzeyir bəyin qəhrəmanları
Əsgərin, sərvərin
ariyalarını rəsmi
konsertlərdə, tədbirlərdə
çox ifa etmişəm. Amma ilk dəfədir ki, Sərvər obrazını bir aktyor kimi tamaşada
canlandıracam. Təbii ki,
ilk günlər çox
həyəcan keçirirdim,
lakin teatr rəhbərliyinin və kollektivin, xüsusilə Cənnət xanımın
yaxından köməyi
ilə hər şey yoluna düşdü. Görək tamaşaçılar
mənim oynadığım
Sərvəri necə
qəbul edəcəklər?"
Pul hər şeyi həll etmir!
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət
Səlimova növbəti
məşq bitincə
fikirlərini "Ədalət"in
əməkdaşı ilə
bölüşür. Cənnət xanım belə hesab edir ki,
Üzeyir bəyin əsəri bu gün üçün də çox aktualdı. "Sevinirəm ki, Dövlət Musiqili Teatrı yenidən bu ölməz əsərə müraciət
edib və mən operettaya növbəti dəfə quruluş verirəm.
Üzeyir bəyin fikirləri
bu gün də aktualdı. Operettanın
sonunda pul yox, saf məhəbbət
qalib gəlir. Məndə böyük bir əminlik var ki, dahi Üzeyir
bəy məhz bu məsələni önə çəkib.
Təəssüf ki, pulun hər şeyi həll etdiyini düşünən
insanlar bu gün də var. Biz bu tamaşa ilə belələrinə
mesaj verəcəyik ki..."
"O olmasın, bu olsun"un yeni
quruluşunda tamaşaçılar
bir rolu iki aktyorun ifasında
görə biləcək.
Məşədi İbadı əməkdar
artistlər Şövqi
Hüseynov və Ələkbər Əliyev
oynayacaq. Ələkbər Əliyevi həm də Rüstəm bəy kimi də
görmək olacaq.
Rüstəm bəyin ikinci
ifaçısı isə
Möylə Mirzəliyevdi.
Xalq artisti Afaq Bəşirqızı
bu tamaşada qulluqçu Sənəm obrazını yaradır. Sənəmin digər ifaçısı
Əməkdar artist Nahidə
Orucovadı. Yeni quruluşda
Sərvər yazıda
qeyd etdiyimiz kimi, Amil Məmmədova
tapşırılıb, onun
dublyoru isə Elvin Əliyevdi. Gülnazı Əməkdar artist Səidə Şərifəliyeva
və Gültac Əlili təqdim edəcəklər. Tamaşada Əməkdar
artistlər Əkbər
Əliyevə İntelligent
Həsən, Novruz Qartala isə Məşədi Qəzənfər
obrazları tapşırılıb.
Digər rolları aktyorlardan Hüseyn Əlili və Ağaxan Şərifov (Hambal), Məhərrəm Qurbanov, Əliməmməd
Novruzov və Ruslan Mürsəlov (Qəzetçi Rza bəy), Elxan İsmayılov (İntelligent
Həsən), Nadir Xasiyev
və Səmədzadə
Xasiyev (Həsənqulu
bəy), Əzizağa
Əzizov (Qoçu Əsgər) və Ziyadxan Cəbrayılov (Məşədi Qəzənfər)
oynayırlar.
Tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Zülfiyə Sadıxovadı. Elməddin Dadaşov və Anar Sadıqov isə rejissor assistentləridir.
Yeni quruluşda
təqdim edilən "O olmasın, bu olsun" operettasının premyerası oktyabrın
25-26-na planlaşdırılıb.
ədalət.-2014.-11 oktyabr.-S.14.