Mən səni görməsəm, havalanaram
Görmürsən
Yola cəsarətlə qədəm qoyursan,
Sağında-solunda qorxu görmürsən,
Sinənin qeydinə qaldığın zaman
Kürəyə yönələn oxu görmürsən.
Duz-çörək keçmişin əfsanəsidir,
İnanma, geriyə çərx dönəsidir,
Həyat ehtiyacın məngənəsidir,
Aza dəyər verib, çoxu görmürsən.
Budaq üzülmürmü gül üzüləndə,
Üzü sənə durur dərd düzüləndə,
Toxun yanağına yaş süzüləndə
Timsahı anırsan, toxu görmürsən.
Məşhurlar tanınır şəcərəsindən,
Əkinçi bar umur cücərəsindən,
Baxırsan könlünün pəncərəsindən,
Var gülür üzünə, yoxu görmürsən.
Mirdamət, Tanrıdır bəxtinin yarı,
Ucaldır könlünü göylərə sarı,
Bütün olmuşları, olacaqları
Yuxuda görürsən, yuxu görmürsən.
Ata
Yanaqların çiçək kimi
Solunca getmisən, ata,
Səni
axtaran fələyin
Dalınca getmisən, ata.
Yazıb
eşqin dastanını,
Ucaltmısan ad-sanını,
Ayrılıq çəkib canını
Qılınca, getmisən, ata.
Öyünüb vəfalı yarla,
Dedin parla, günəş, parla,
Səman
qara buludlarla
Dolunca getmisən,
ata.
Duyub acını söyüdlər,
Qardaş-bacını söyüdlər,
Salxım
saçını söyüdlər
Yolunca getmisən,
ata.
Çəkdiyini bilməz naşı,
Qan saçıb bağrının
başı,
Yaşın peyğəmbərin yaşı
Olunca getmisən,
ata.
Gəlmədir
Səmtini hər gün dəyişən
Yellər
zamandan gəlmədir,
Cəhənnəm kafir yığnağı,
Cənnət imandan gəlmədir.
Ayrılsan eldən, obadan,
Qəlb
evin olmaz abadan,
Şəxsiyyət ata-babadan,
Kütlə meydandan gəlmədir.
Səksənib çəkdiyin ahdan,
Bülbüllər uçdu budaqdan,
Mirdamət, ölüm Allahdan,
Zülm şeytandan gəlmədir.
Mən səni görməsəm,
havalanaram
(Ömür yoldaşıma)
Şəkərsən bu sayaq, noğulsan belə,
Bal çəkən arıyam
davranışından,
Ata ocağında doğulsan belə
Sən bizim evlisən yaranışından.
Şanlıdır tarixi bu sevgimizin,
Bir el qüruruna döndüyü
gündən,
Yanan çırağısan sən
evimizin,
Anam günəş
kimi söndüyü
gündən.
Çatlayar təməli, boynunu
bursan,
Zülməti səninlə devirir
bu ev,
Harada dayansan, hayanda dursan,
Üzünü o səmtə çevirir
bu ev.
Gülüşlə bəzəyək
gəl çöhrəmizi,
Uçurlar bu evə sarı balalar,
Odlu məhəbbətlə sevirlər
bizi,
Bizim sevgimizin barı
balalar.
Oğul
yad çəpəri,
qız gül qönçəsi,
Sən gərək özünü
xoşbəxt sanasan,
Bir qəşəng gəlindin
illər öncəsi,
İndi də bir gözəl
qayınanasan.
Zirvəyə ucalır bu eşqin izi,
Nə vaxt var, nə
məkan dincliyimizə,
Övladlar bu günə bağlayır bizi,
Nəvələr aparır gəncliyimizə.
Kəhkəşan yoludur başladığımız,
Hər addım bir həyat imtahanıdır,
Səninlə bərabər yaşadığımız
İllər ilahinin ərməğanıdır.
Demərəm, üstümdən nəzərini
çək,
Quş olub köksündə yuvalanaram,
Bir də bu dünyaya
qayıda bilsək,
Mən səni
görməsəm, havalanaram.
Darıxmışam
Kəndə gəlmək istəyirəm,
Yollar, sizsiz darıxmışam,
Saçım sığala möhtacdır,
Yellər, sizsiz darıxmışam.
Misra-misra
sətirlənəm,
Hörmətlənəm, xətirlənəm,
Gündə yüz yol ətirlənəm,
Güllər, sizsiz darıxmışam.
Ayrılıq bir hava çalıb,
Ürəyimi oda salıb,
Sazım
köynəyində qalıb,
Tellər, sizsiz darıxmışam.
Zərsizdir zərgər haçandır,
Yox qəlbimə yer haçandır,
Coşmur
təbim gör haçandır,
Sellər, sizsiz darıxmışam.
Kökümdən üzdürüb məni,
Sərgərdan gəzdirib məni,
Tənhalıq bezdirib məni,
Ellər, sizsiz darıxmışam.
Mənim
Vaxt olur, beynimdə ildırım çaxır,
Göz yaşım sel olur, qəlbimə axır,
Üzümə baxanlar nə bilsin axı
İçimdə bir şair boğulur
mənim.
Aralı
gəzirəm biganələrdən,
Qalmıram xeyirdən, qalmıram
şərdən,
Canımdan can kimi ayrılıb
hərdən
Körpə şeirlərim doğulur mənim.
Bir yanım qanqaldır, bir yanım çiçək,
Hərə özünədir, nəyimə
gərək,
Açıram qəlbimi çay
süfrəsi tək,
Şirin sözlərimdir noğulum
mənim.
Cövlana gətirib qəlb
dənizimi,
Yenə
qamçılayan çoxdur
izimi,
Kədər bulud kimi tutur üzümü,
Sönür, təbəssümüm yox
olur mənim.
Mirdamət, nər gərək
nər yarışına,
Bələdəm bu yolun hər qarışına,
Çıxmışam aqillər axtarışına,
Cahillər gözümə soxulur mənim.
Baş qəhrəman qadındır
Yaşım yüz olsa belə,
Qadından kiçiyəm mən,
Çünki qadındır məni
Doğub ərzə gətirən.
Mələk kimi bəzənsin,
Don geysin zər-xaradan,
Göydə ulu Tanrıdır,
Yerdə qadın-Yaradan.
Yorulmuram
qadınla
Aşırımlar aşanda,
Mən ona yol verirəm
Yollar çarpazlaşanda.
Duymaq üçün cənnətin
Səfasını, dadını,
Özümdən uca sandım,
Uca tutdum qadını.
Bəşərin xilaskarı
Aman-zaman
qadındır,
Həyat
tamaşasında
Baş qəhrəman
qadındır.
Yuxu
Analar layla oxusun,
Xoş bir ifayla oxusun,
Cənnət həzzi duya-duya
Körpələr getsin yuxuya,
Yuxudan doyub qalxarlar,
Bir uşaq
boyu qalxarlar.
Dünyadan köçən kəsləri,
Kəsilincə nəfəsləri,
Ahəstə verin yuxuya,
Quran oxuya-oxuya,
Ayılacaqlar nə vaxtsa,
Qayıdacaqlar nə vaxtsa.
İncitməsin
Pak saxlasın qəlb evimi,
Kəniz
məni incitməsin,
Damla-damla
qurudaram,
Dəniz məni incitməsin.
Adamları yaxşı tanı,
Var mələyi, var şeytanı,
Ar eyləsin, hər vicdanı
Qəliz məni incitməsin.
Üzüqoylu gedən kəslər,
Məhvə gedir nədən
kəslər,
Özünə rəhm edən
kəslər,
Əziz, məni incitməsin.
Evə gəlincə
Nazlana-nazlana keçdi yanımdan,
Heç
üzüm gülmədi
evə gəlincə,
Günəşdir könlümün asimanında,
Devirdi zülməti
evə gəlincə.
Bu incə məqamı Tanrımı seçdi,
Hər nə var, o qızsız əbəsdi,
heçdi,
Elə bil yanımdan ilk bahar keçdi,
Ətri çəkilmədi evə
gəlincə.
Məni
görər-görməz halı
dəyişdi,
Döndü zəlzələyə, balı dəyişdi,
Yanımdan keçəndə yolu
dəyişdi,
Nə çəkdim,
bilmədi, evə gəlincə.
Sonaydı, hüsnündə su
gözəlliyi,
Beləmi
olurmuş qu gözəlliyi,
Nə əcəb buraxdı bu gözəlliyi,
Gözüm tökülmədi evə
gəlincə.
Ayrılıq şığıdı, geri çəkildim,
Qınaqdan çəkinib gözümü
sildim,
Mirdamət, yaxşı ki,
yeriyə bildim,
Dizim bükülmədi evə
gəlincə.
Ədalət.-2014.-15 oktyabr.-S.7.