ÜRƏYİMİN
GÜVƏNDİYİ KİŞİ
İçimdəki
adamlar silsiləsindən
O özündə də, əqidəsində də bütünlüklə
özüdü
Əvvəlcə bir giriş edim:
- Çoxdandı bu mövzunu fikirləşirdim.
Amma nədənsə hər dəfə tərəddüd
hissləri keçirir
və bu mövzunu kağıza köçürməyi yubadırdım.
Amma son vaxtlar həm yaşla bağlı, həm də səhhətimlə bağlı
müəyyən problemlər
yaşadığımdan qərara
gəldim ki, bu mövzunu mütləq kağıza
köçürmək lazımdır.
Çünki ömürə etibar
yoxdu, hər şey bir anda
baş verir. Mən də istəmirəm ki, içimdəki adamlarla bağlı düşüncələrimi
özümlə aparım
və bu adamların düşüncələrimdən,
fikirlərimdən xəbərləri
olmasın...
Bəri
başdan deyim ki, bu dünyada
heç də az yaşamamışam,
artıq 55 arxada qalıb. Əsrin yarıdan çoxu
indi ömür arxivindədi. Hər dəfə
bu arxivin qapısını açanda
neçə-neçə məqamlarla
qarşılaşıram. Əlimi uzadıb yaddaşdakı vərəqləri götürəndə
sevinirəm. Çünki onları toz basmasına imkan verməmişəm. Və
həmin vərəqlərin
hər biri mənim üçün bir yazıdı, bir insandı, bir xatirədi... nəhayət, mənim həyatımın ən yadda qalan, ən
önəmli bir parçasıdı...
Onu öncə
mətbuatdan tanımışdım. Tam səmimiyyətlə
etiraf edim ki, təkcə ::::Ulduz:::: jurnalında
imzasını görmüşdüm
və yaddaşımın
bir küncündə
bir işartı kimi özünə yer tutmuşdu. Çünki həmin sovet
dönəmində bu
qədər mətbuat
bolluğu yox idi. Ən çox mütaliə etdiyim, elə hamımızda belə idi, ::::Azərbaycan::::, ::::Ulduz:::: və ::::Qobustan:::: jurnalları və bir də
::::Azərbaycan gəncləri::::
qəzeti idi. Şəxsən mən bu jurnalların, bu qəzetin hər sayını xüsusi bir sevgi ilə,
həvəslə toplayıb
saxlayırdım. Sonralar ::::Təşviqatçı:::: juranlı
və ::::Sovet kəndi:::: qəzeti ilə də məktublaşmağa başladım
və həmin mətbu orqanların da ən maraqlı
nömrələrini kitab
rəfimdə topladım.
Bax, bu xatirəni
ona görə dilə
Gətirirəm ki, mən çoxlarının, lap elə
Aqil Abbasın da ilk bədii yazısını məhz ::::Ulduz:::: jurnalında oxumuşdum. Həmin ::::Ulduz:::: jurnalında
ilk tanışlığımız bir işartı kimi yaddaşımda iz salan müəlliflərdən
biri də Hüseynbala müəllim
oldu. O vaxtlar ağlıma da gətirməzdim ki, biz Qarabağda, Tuğda imzasını görüb
hekayəsini oxuduğum
müəlliflə elə
Qarabağda da görüşəcəm. Görünür, bu da bir
qismət imiş və yaxud da
mənim alın yazımdakı bir naxış. Hər halda,
yazı adamları ilə bağlı demək olar ki, həmişə naxışım gətirib.
Sevdiyim, arzuladığım yazarlarla
gec-tez birbaşa təmas qura bilmişəm. Amma bir məqama təəssüf
edirəm ki, onların bəziləri ilə məni Qarabağ savaşı qarşılaşdırıb. O cümlədən də Hüseynbala müəllimlə
də!
1988-ci il idi. Artıq ermənilər Qarabağda
qığılcımı alova çevirməyə başlayırdılar. O vaxtkı
sovet rejiminin Azərbaycandakı nümayəndələri
artıq əldən getməkdə olan Qarabağı geri qaytarmaq üçün güc, iradə göstərmək əvəzinə,
iqtisadi və mədəni tədbirlərə
əl atmışdı.
Erməniləri susdurmaq, razı
salmaq, könüllərini
xoş edib ələ almaq üçün kəndlərə
yollar çəkilir,
su xəttləri, işıq dirəkləri
dəyişdirilir, Qarabağ
qazlaşdırılırdı. Bakıdan mütəxəssislər, səlahiyyətli
adamlar Qarabağa ezam olunur və
onlar da bu tapşırıqları
yerinə yetirirdilər.
Qarabağa gələnlər arasında Hüseynbala müəllim də var idi. Mən onda ::::Qarabağ:::: qəzetində çalışırdım.
Qəzet rəhbərliyinin
yaratdığı şərait
mənə onunla görüşmək imkanı
verdi. Əslində bu görüş artıq gerçəkləşmişdi,
yəni Bakıdan gəlmiş bir dövlət adamı olduğu kəndlərdə,
təmas qurduğu adamların yanında sözün həqiqi mənasında böyük
hörmət qazanmışdı.
Hər kəs onunla özünün ən yaxını, ən doğması kimi görüşür, çəkinmədən
fikirlərini söyləyir,
ondan məsləhət
alır, evinə qonaq dəvət edirdi. Təbii ki, onda sıravi Azərbaycan insanı bu iqtisadi tədbirlərin nəyisə dəyişəcəyinə
ümid edirdi. Amma şəxsən mən təmsada olduğum işıqlı
adamlardan, o cümlədən
elə Hüseynbala müəllimin özündən
də, hərəkətlərindən
də fəhm edirdim ki, ::::Quran oxumaqla donuz darıdan çıxan deyil::::. Yəni erməninin məqsədi tamam başqa idi. Ona nə yol lazım idi, nə yeni işıq
dirəkləri, nə
də qaz xətti. Onun istədiyi Azərbaycanın
ürəyinin bir parçası idi, yəni Qarabağ torpağı idi...
Bax, elə
o illərdə mən
yavaş-yavaş içimdəki
bir adamın yerinin möhkəmləndiyini,
necə deyərlər,
qayim-qədim olduğunu
anlamağa başladım. Gördüm
və duydum ki, bu ortaboylu
Qarabağda deyildiyi kimi, ağır taxtalı kişi
başqa bir ürəyin, başqa bir əxlaqın, başqa bir dünyagörüşün sahibidi.
O, məmur olsa da, tam səmimiyyətlə
deyim ki, ::::quru:::: adam
deyil. Onun hissləri, duyğuları,
hətta torpaq uğrunda şəhid olanlarla bağlı nəmlənən kiprikləri
özü-özlüyündə iç dünyasından xəbər verirdi. Göstərirdi ki, o, vəzifəsini
icra etməklə yanaşı, daxilində tamam başqa bir insanı da yaşadır və onun diqtəsinə,
onun hökmünə
zaman-zaman tabe olur. Həmin adam qələmlə,
sözlə nəfəs
alır, qələmə,
sözə söykənir...
Həyatımın müxtəlif anlarından
biri də Qarabağda tanıdığım
və onu sevənlərin dediyi kimi, Dağlıq Qarabağın bir sakini olan Hüseynbala
müəllimi Bakıda
yenidən görməyim
və onunla ara-sıra görüşlərim
oldu. Kitablarını oxudum,
tədbirlərdə, mətbuatda
çıxışlarını izlədim və anladım ki, indi bu insan
iç dünyasındakı,
daxilindəki həmin
o çoxlarının görmədiyi
insanla eyniləşməyə,
tamlaşmağa başlayır.
Çünki onun ziyalılığı,
onun söz yaradıcılığı artıq
məmurluğu sıxışdırıb
arxaya keçirirdi.
İstər Çindən yazsın,
istər Ərəb dünyasından, istər
Qarabağdan, fərq etməz. Bu yazıların
hamısında o içindəki
insanın ömrünü
sözün yaxşı
mənasında şam
kimi əridir. Yol qeydlərindən tutmuş
bədii əsərlərinə
qədər hər birində özü olduğu kimi görünən və qəbul olunan Hüsenybala müəllim
əqidəsində də,
adamlara yanaşmasında
da belə olduğu, yəni göründüyü kimidi.
Böyük Mövlanənin
dediyi kimi, olduğu kimi də görünür, göründüyü kimi
də var...
Bura qədər söylədiklərimi oxuyan hər kəs hansı hissləri keçirəcək az-çox anlayıram. Amma yenə əlimi ürəyimin üstünə qoyub deyirəm ki, bu yazdıqlarım içimdəki adamın özünə, sözünə və şəxsiyyətinə olan münasibətinin ifadəsidi. Üstəlik, bir xeyirxahlıq, bir nəciblik nümunəsi kimi mən onun həyat yolundan xəbərdaram. Hələ bir dəfə də olsun kiməsə əl tutduğunu, kiməsə qayğı göstərdiyini onun dilindən eşitməmişəm. Üstəlik bir dəfə də olsun onun sadə ifadə etsəm, məqsədli, umacaqlı yazılarına rast gəlməmişəm. Hətta dövlət xadimləri ilə, din rəhbərləri ilə, sadə adamlarla bağlı yazılarının hamısında kifayət qədər işıq, kifayət qədər səmimiyyət görmüşəm və şahidi olmuşam. Bir oxucu kimi anlamışam ki, səmimi söz adamı daha çox özünə çəkir...
Hər dəfə onunla qarşılaşanda elə bilirəm ki, Qarabağdayam, elə bilirəm ki, bu adam Qarabağdan özü ilə götürüb gətirdiyi o mehribançılığın işığında, o səmimiyyətin aurasında mənim dərd yükümü mütləq yüngülləşdirəcək. Və bu günə qədər də elə düşündüyüm kimi də olub. Hətta özümün, doğmamın, Qarabağdan olan hansısa bir yerlimin xahişini elə səmimiyyətlə qarşılayıb, elə canıyananlıqla ona reaksiya verib ki, özüm bu münasibətin qarşısında sıxılmışam. Və anlamışam ki, demək insan ürəyinə güvənsə, ürəyini gücə salsa, bir az ağrıyıb acıya bilər, amma bir dünya rəhmət qazanar, savab qazanar, özü də sağlığında. Bu hər adama nəsib olmur...
Hə, mən ürəyimdə ayrıca yeri olan, yəni içimdəki adamlar silsiləsindən yazımı Hüseynbala müəllimlə ona görə başladım ki, O mənim üçün həm də seçdiyi yola, özünü aid etdiyi əqidəyə birmənalı şəkildə sadiqdi. Elə burda onu da xatırladım ki, son vaxtlar sadiqlik kürsüylə, vəzifəylə bağlı olub. Kürsü əldən gedəndə sadiqlik də itir. Məhz Hüseynbala müəllim hər məqamında əqidəsini, sadiqliyini büruzə vermədən, reklam etmədən, qoruyan, yaşadan KİŞİDİ! Mən də elə bu cür Kişilərə güvənirəm. Çünki bu cür kişiləri ürəyim qəbul edib, ürəyim özününküləşdiribdi...
Ədalət.-2014.-15 oktyabr.-S.6.