Ömrü nağıl kimi yazan ədib

 

Yazıçılar Birliyində Fərəc Fərəcovun yeni kitabı təqdim olundu

 

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, yazıçı-publisist Fərəc Fərəcovun "Ömür bir xatirədirkitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Adil Cəmil Fərəc Fərəcovun sənətkarlığından, həm şair, həm yazıçı-publisist, jurnalist kimi fəaliyyətindən söz açıb: "Fərəc Fərəcov sözün dəyərini, qədrini bilən yazarlardandır. O, sözə çox böyük məsuliyyətlə yanaşır. "Ömür bir nağıldırxatirə-romanında müəllif ağrı-acılı uşaqlıq illərindən başlayaraq keçdiyi mənalı şərəfli ömür yolunu, həyati həqiqətləri əks etdirir”.

Tədbirdə daha sonra çıxış edən "Ulduzjurnalının baş redaktoru, şair Qulu Ağsəs Fərəc Fərəcovun insani keyfiyyətlərini qabartdı. Ədibin yaradıcılığa, sözə olan sayğısından, nəzakətindən bəhs etdi: "Əminəm ki, Fərəc Fərəcov hətta həbsxana həyatından, müharibədən yazsa belə yenə danışıq mədəniyyətini unutmadan ən nəzakətli şəkildə fikrini izah edəcək, jarqonlardan, təhqirlərdən uzaq duracaq. Ona görə onun əsərlərini istənilən yaş həddində olan oxuculara tövsiyə etmək olar, ailə daxilində rahatlıqla oxumaq mümkündür”.   

Yazıçı Elçin Hüseynbəyli  Fərəc Fərəcovu gözəl qələm ustası, etibarlı, sədaqətli dost kimi xarakterizə etdi: "İnsan gərək özü özünü yazsın. Onun kitabında həyatının müxtəlif mərhələləri bədii lövhələrlə elə təqdim olunur ki, oxucu müəllifi olduğu kimi tanıyır. Kitabda özünə inam şükranlıq duyğusu hiss olunur”.

Təqdimat mərasimində yazıçı Firuz Mustafa, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli, şair Yusif Nəğməkar başqaları çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışdılar, müəllifə yaradıcılıq uğurları arzuladılar. Onun hekayələrində Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin qələminin duzu olduğunu bildirdilər. Qeyd etdilər ki, əsərlərində səmimiyyət, incə yumor, sətiraltı istehza müəllifin üslübunu dolğun şəkildə əks etdirir.

Qeyd edək ki, Fərəc Fərəcov 10-dan artıq publisistik bədii kitabın müəllifidir. "Culfa şəhidləri”, "Vətən qürurumdur mənim”, "Yaycı yetirmələri”, "Yaycı soyqırımı”, "Aydın sabahlarkitablarının başlıca qayəsini vətən, torpaq sevgisi milli-mənəvi dəyərlərə bağlılıq təşkil edir.

Fərəc Fərəcov həm ictimai-siyasi fəaliyyətlə məşğuldur, o, Naxçıvan Muxtar Respublikası Milli Məclisinin deputatıdır.

 

 

Ədalət.-2014.-22 oktyabr.-S.4.