AZƏRBAYCAN REALLIĞININ ZAQATALA
NÜMUNƏSİ
REGİON
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
(əvvəli ötən
saylarımızda)
Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun yenidən qurulması kənddə
inkişafın əsas göstəricilərindəndir.
Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2013-cü il tarixli Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamı ilə on altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun təmiri məqsədi ilə Prezidentin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə ayırmış vəsait hesabına avtomobil yolunda tikinti işləri davam etdirilmiş, ilin əvvəlindən 9.5 km olmaqla ümumilikdə 23.5 km uzunluğunda asfalt örtüyü döşənmişdir.
Bundan əlavə Zaqatala şəhərinin küçələrinə 14000 kvm, Qımır-Çobankol avtomobil yoluna 1,5 km, Muxax-Zəyəm avtomobil yoluna 0.5 km, Zaqatala şəhərindən Zilban kəndi istiqamətindəki avtomobil yoluna 1,5 km uzunluğunda asfalt örtüyü döşənmişdir.
Təhsil sahəsinin
uğurları
Rayonun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi üçün mövcud təcrübənin təkmilləşdirilməsinə və yeni mexanizmlərlə işləməsinə diqqət artırılmış, Əliabad qəsəbə 1 saylı, Yolayrıc kənd tam orta, Danaçı kənd 4 saylı ibtidai məktəblərində kurikkulum nəzəriyyəsi öyrənilmiş, eyni zamanda Qandax kənd tam orta, Şəhər 5 saylı, Car 2 saylı ümumi orta məktəblərində riyaziyyatın tədrisi vəziyyəti öyrənilərək rayon Təhsil şöbəsinin Şura iclasında müzakirə edilmişdir.
Balakən rayonunda keçirilən "Cəsurlar" idman oyunlarının zona birinciliyində Humanitar Fənlər Gimnaziyasının komandası I yerə, Sərhəd Qoşunları tərəfindən keçirilən Gənc sərhədçi yarışında Danaçı 2 saylı tam orta məktəbin komandası Respublika yarışında IV yerə layiq görülmüşdür.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Nə, Harada, Nə zaman" intellektual oyununun zona mərhələsində Zaqatala komandası I yerə layiq görülərək Fəxri Fərman və qızıl medalla təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təhsildə fərqlənən 40 nəfər IX-XI sinif şagirdi Quba-Xaçmaz rayonlarına səfər edərək xoş təəssüratlarla geri dönmüşlər.
Cari ildə rayonun orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 1214 nəfər məzundan 475 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və onlardan 341 nəfəri tələbə adını qazanmışdır. Rayon üzrə 18 nəfər 600-dən yuxarı, 37 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
2013-2014-cü tədris ilində 4 nəfər məzun qızıl medala layiq görülmüş, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Humanitar Fənlər Gimnaziyasının ibtidai sinif müəllimi Qazıyeva Məhsəti Sabir qızı "Tərəqqi" medalına, şəhər 3 saylı tam orta məktəbin biologiya müəllimi Baqqayeva Səadət Bilal qızı "Əməkdar" müəllim adına layiq görülmüşdür.
Rayonda səhiyyənin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, 2014-cü ilin 9 ayı ərzində xəstəxana 307920 manat dəyərində dərman və sarğı materialları ilə təmin edilmişdir. Ərzaq təminatındakı problemlər aradan qaldırılmış, xəstəxananın gündəlik yükü 60-70 xəstə sayından 110-120 xəstə sayına qədər artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun Rayon İcra Hakimiyyətinin Şura yığıncağının qərarına əsasən xəstəxanada qərargah yaradılmış və rayonda fəaliyyət göstərən bütün təşkilat və müəssisələrdə çalışan əməkdaşların, o cümlədən digər əhalinin müayinəsi başa çatdırılmışdır. Görülən işlərin nəticəsində 80665 nəfər tibbi profilaktik müayinədən keçmişdir.
Mədəniyyət və turizm:
Görülən işlər və perspektivlər
Azərbaycan dövlətinin bütün sahələrinin dinamik inkişafı mədəniyyət sahəsinin də inkişafını sürətləndirmişdir.
Hesabat dövründə rayonda zəngin folklor tariximizi, mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı ilə əlaqədar təntənəli tədbirlər keçirilmişdir. Bakı şəhərində Novruz bayramı ilə əlaqədar keçirilən sərgidə rayon üzrə turizm məhsulları ilə yanaşı kənd təsərrüfatı, arıçılıq, şirniyyat məhsulları, milli mətbəx və sənətkarlıq nümunələrinin satış yarmarkası təşkil edilmiş, folklor sənətkarlıq nümunələri nümayiş etdirilmişdir.
Mart ayının 27-də Amerikanın Grammi mükafatına namizədliyi irəli sürülmüş Meri Mak Brayd Musiqi Qrupunun konserti keçirilmişdir.
18 aprel "Beynəlxalq abidələr və tarixi yerlər günü" ilə əlaqədar Zaqatala Tarix Mədəniyyət Qoruğunda "Açıq qapı" günü elan edilmiş, gün ərzində qoruğu 765 nəfər ziyarət etmişdir.
10 may ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə rayonda gül bayramı keçirilmiş, "Dünya siyasətinin Heydər Əliyev zirvəsi" adlı konfrans və bayram konserti təşkil olunmuşdur.
Hesabat dövründə rayonda VII kitab bayramı və 15 may - Beynəlxalq Ailə günü münasibəti ilə bayram tədbiri keçirilmişdir.
15-iyun Milli Qurtuluş günü münasibəti ilə rayonda silsilə tədbirlər həyata keçirilmiş, 19 iyun tarixində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə "Azərbaycanda folklor turizmi: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda dəyirmi masa təşkil edilmişdir.
24 iyul-03 avqust tarixlərində Qəbələ rayonunda keçirilmiş VI Beynəlxalq Musiqi Festivalında rayonun mədəniyyət işçiləri də iştirak etmişdir. 01 avqust 2014-cü il tarixində rayon Mədəniyyət evində Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsinin Zaqatala, Balakən və Qax rayonlarının sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə görüşü keçirilmiş, 24 avqust 2014-cü il tarixində Qəbələ şəhərində keçirilən mürəbbə festivalında Zaqatalanın milli mətbəx nümunələri də nümayiş etdirilmişdir.
Onu da qeyd etmək lazımdır ki, bu ilin doqquz ayı ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralov, Vergilər Naziri cənab Fazil Məmmədov, Sənaye və İqtisadiyyat Naziri cənab Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyev Zaqatala şəhərində Zaqatala-Şəki bölgəsi üzrə vətəndaşların qəbulunu keçirmiş, onları narahat edən bir çox məsələlərə aydınlıq gətirmiş, bəzi məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişlər.
MƏZAHİR
ƏHMƏDOĞLU
ədalət.-2014.-23 oktyabr.-S.7.