ÖZÜ VƏ SÖZÜ BÜTÖV
ŞAİR
Noyabrın 2-də sevilən şairimiz Oqtay Rza 80 yaşa "Salam!" - deyəcək. Bütün yaradıcılığı boyu təbiətə, insanlara, onu əhatə edənlərə vurğunluğunu açıq şəkildə büruzə verən, həmin o qarşılıqlı istəkdən də könül rahatlığı qazanan şair Oqtay Rza əslində hamımız üçün doğmadı. Ona görə ki, o, təpədən dırnağa el-oba, xalq adamıdı. Hər yerdə arzulanır, hər yerdə gözlənilir və hər bir gözlənilən məclisdə də o, özünü olduğu kimi ifadə edir.
Mənə elə gəlir ki,
Oqtay Rza 80
yaşın qapısını açdığı bu anlarda təkcə müdrikliyini diqqətə
çatdırmır. O həm də gənclik həvəsini,
ürəyinin ən kövrək
pıçıltılarını yenidən kökləyir. Bu belə də olmalıdı. Həmişə
intriqalardan, giley-güzardan,
xəbislikdən uzaq dayanmış, bu cür hissləri
özünə yaxın buraxmamış Oqtay
Rza yaradıcılığında da elə səmimiyyətə, gerçəkliyə
üstünlük vermişdir.
Onun özü
sözündə ifadə olunur, sözü də özündə. Yəni sözü və özü
bir olan Oqtay Rza 80 yaşı bax beləcə, bizlərlə birgə
qarşılayır. Mən də bu dəyərli insanı, bu
sevilən şairi, Salyanı bu gün hər yerdə yorulmadan təbliğ edən, sevdirən, onu Azərbaycan sevgisinə çevirən Oqtay müəllimi ürəkdən təbrik
edir və Oqtaylar
içərisində öz yeri olan Oqtay
Rzaya "yubileyin
mübarək!"di - deyirəm.
Ədalət.-2014.-31 oktyabr.-S.7.