Ramiz Mehdiyevin kitabı təqdim olundu
Bu gün Azərbaycan Milli Elmlər
Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi
Şurasının genişləndirilmiş iclasında
akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan "Dağlıq
Qarabağ: məxəzlərdən oxunmuş tarix"
kitabının müzakirəsi və təqdimatı
keçirilib.
Adalet.az-ın məlumatına
görə, institutun direktoru Yaqub Mahmudov bildirib ki, Ramiz
Mehdiyevin Moskvada çap olunan "Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" (rus dilində) kitabında Azərbaycanın
Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri
araşdırılır. Müəllif çoxsaylı ilk mənbələr
və elmi ədəbiyyat əsasında, ilk növbədə,
xarici dillərdə və erməni dilində nəşr
olunmuş mənbələrdəki təkzibolunmaz faktlara
istinad edərək Dağlıq Qarabağın tarixin ən qədim
dövrlərindən başlayaraq Azərbaycanın
ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan
xalqına məxsus olması barədə tarixi həqiqəti
rusdilli oxuculara təqdim edir. Əsərdə zəngin tarixi
faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr
aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin həlli yolunda məqsədyönlü
surətdə törədilən süni maneələrə də
münasibət bildirilir.
Y.Mahmudov qeyd edib ki, akademik Ramiz
Mehdiyev adıçəkilən monoqrafiyasında
Dağlıq Qarabağın tarixini Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi kontekstində
araşdırıb. Bununla da görkəmli alim bir vətəndaş
tədqiqatçı olaraq müasir mərhələdə
xalqımızın taleyüklü problemi olan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti
bütün incəlikləri və tarixi kökləri ilə
araşdırıb ortalığa çıxarmağı
qarşısına məqsəd qoyub.
Onun sözlərinə görə,
akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk mənbələrdəki,
o cümlədən erməni mənbələrindəki və
erməni tarixçilərinin əsərlərindəki
çoxsaylı faktlara söykənərək müasir erməni
saxtakarlarının uydurduqları əsas "dəlili"
onların əlindən alır, ermənilərin guya Cənubi
Qafqazın "aborigen əhalisi" olması barədəki
saxta erməni uydurmalarını alt-üst edir: "Müəllif
düzgün olaraq belə bir əsaslı elmi nəticəyə
gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi
Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət
mübarizəsinin gedişində çar Rusiyası tərəfindən
Qacarlar İranı və Osmanlı imperiyasına qarşı
gələcək müharibələrdə istifadə olunmaq
üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən
Şimali Azərbaycan torpaqlarına
köçürülüb gətiriliblər".
Alim bildirib ki, müəllif ermənilərin
Şimali Azərbaycana 1828-ci ildən etibarən
köçürülüb gətirilməsini sübut etməklə
kifayətlənmir, tarixin daha dərin qatlarına enir,
"tarixin atası" Herodota, onlarla qədim Roma, yunan, erməni,
Suriya, rus, ingilis və digər dillərdəki ilk məxəzlərə,
elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya
qitəsinin də yerli əhalisi olmadığını,
onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan
yarımadasından köçüb gəldiyini
açıqlayır: "Və öz kitabının
oxucularına belə bir tarixi həqiqəti yetirir ki, erməni
etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə
frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri
ilə və onların qarışığından
yaranıb. Bu gün ermənilərin özlərinə aid
etdiyi "mədəniyyət", hətta "erməni"
adının özü belə onların özlərinə -
haylara aid deyil, oğurluqdur".
İclasda görkəmli
tarixçi alimlər də kitabla bağlı öz fikirlərini
bildiriblər.
Ədalət.
- 2014.- 11 sentyabr.- S. 2.