Bir millət, iki dövlət”in söz çələngi

 

"...Şairlər xalqın səsi, əsrin səsidir. Şairlər vətənin saçlı əsgəridir. Şairlərin sözüylə ordular ayağa qalxar, şeirinin ümmanında daşlar da axar...” Bu sözlər bu günlərdə Türkiyədə çapdan çıxmış, qərbi Avropa, Amerika, Avstraliya ölkələrinin ədəbiyyatı üzrə doktorluq eyitimi almış Tamilla Abbasxanlı-Əliyevanın "Çağdaş Türkiye ve Azerbaycan Şairlerinin Şiirlerinde Evrensel Temaların Karşılaştırılmasıkitabındandır.

Doğrudan da bu kitabda xalqın, əsrin səsi olan şairlərdən, onların qızıl kimi sözlərindən bəhs edilmişdir. Əsərlərdə əsas mövzunu Vətən, təbiət sevgi təşkil edir. "Bir millət, iki dövlətolan Türkiyə Azərbaycan şairlərinin əsərlərindəki mövzular qarşılaşdırılmış, onlardakı oxşar fərqli cəhətlər oxucuların diqqətinə çatdırılmışdır.

Qardaş ölkədə işıq üzü görmüş bu kitab 7 cilddən ibarətdir. Hər cilddə şeirlər öncə vətənlə, torpaqla başlayır. Əsərlərin əsasını isə əzəli-əbədi mövzu olan eşq təşkil edir.

 

Məmməd Araz:

 

Gülüm, bir de görüşüne geciksem,

Adımı söyle, nerde dağlar dumansa,

Gözünü sık, hangi dağda su yansa,

O taş altta Memmed Araz yaşıyor...

 

B.Vahabzadə:

 

Mey olsan yanında bir kadeh ollam,

Gül olsan çetrini öpen çığ ollam,

Ot olsan bir anda dönüp meh ollam,

Dağ olsan zirvene yağan karam ben.

 

Feyzi Hacılı:

 

Gönül bir ceylan güzele,

Takılı, takılı kaldı.

Aşk gönlüme yaprak yaprak

Dökülü dökülü kaldı.

 

M. Kubat:

 

Ceylandır bakışın, tatlıdır dilin,

Bahardır gülüşün, sıcaktır elin.

Adete can verdi bana senin şu,

Işven, cilven, nazın, sözün, her halin.

 

Kitabı vərəqlədikcə Abdullah Şatoğlu, Nəriman Həsənzadə, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Feyzi Hacılı, Hüseyn Arif başqa bir-birindən ünlü şairlərin şeirləri oxucuya yaşam, döyüş eşqi bəxş edir.

Bu temanı ilk dəfə olaraq iki dövlət arasında sınayan professor doktor Tamilla xanım Abbasxanlı-Əliyevanı təbrik edir ona daha böyük uğurlar arzu edirik.

Düşünürük ki, bu söz çələngi hər iki məmləkətdə öz oxucusunu tapacaq.

 

Fəridə Rəhimli

 

Ədalət. - 2014.-  11 sentyabr.- S. 3.