Dənizin sahilindəki şəhər - Lənkəran

 

Astaraya tələsən sərnişin qatarı Lənkərana səhər erkən çatır. Dənizin sahili ilə mənzil başına şütüyən qatar elə bil Xəzərdən uzaqlaşmaq istəmir. Bu da vağzal, Lənkəranda müsafirləri ilk qarşılayan Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun möhtəşəm heykəlidir. Bir qədər sol tərəfdə Azərbaycanlıların Soyqırımı abidəsi yerləşir. Heydər Əliyev adına Dövlət İdarəçilik Universiteti, Nizami Gəncəvinin heykəli yaşıllıqlar qoynunda daha qürurlu görünürlər. Burda qeyd edək ki, Lənkərandakı yaşıllıqlar xüsusi zövq və yaradıcılıqla salınmışdır.

Həqiqət Rzayevanın adını daşıyan 2 saylı musiqi məktəbinin önündə onun öz büstü qoyulub. 23 avqust 1993-cü ildə igidliklə həlak olan Milli Qəhrəmanlar Paşa Təhməzovun, Soltanağa Bayramovun, Etibar Əliyevin yanbayan büstləri lənkəranlıları hər gün təbəssümlə qarşılayır. Polis leytenantı, Milli Qəhrəman Rövşən Abdullayevin büstübu sıradadır.

Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı, "Lənkəran" oteli şəhərin məşhur Qaya xiyabanında yerləşən yaraşıqlı binalardandır.

"Gilan-İnşaat"ın tikdiyi 14 ədəd 6 mərtəbəli yaşayış binası doğrudan Lənkərana ayrı bir hüsn verir.

Lənkəranın 50-100 il tarixi olan evlərinin əhatəsində tikilən bu möhtəşəm yaşayış binası öz müasirliyi ilə sanki keçmişə meydan oxuyur.

Yaşıllığı, gözəlliyi, rahatlığı ilə insanların ruhunu oxşayan Heydər Əliyev parkı, onun ətrafındakı Gənclər və Heydər Əliyev Mərkəzləri, Pedaqoji Kollecin, Lənkəran şəhər İcra Hakimiyyətinin inzibati binası, Təhsil şöbəsinin, Telekommunikasiya qovşağının, Zabitlər evinin binaları bir-birindən gözəldir. Gözəl Lənkəranın gözəl səhərini də hər gün Ulu Öndərin əzəmətli heykəli salamlayır.

 

Kəndlinin torpağı əkilər, zəmisi biçilər

 

Cari ilin birinci yarımilində Lənkəranda aqrar sahədə işlər uğurla davam etdirilmişdir. 29,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki dövrə nisbətən 6 faiz çox olmuşdur.

Bu ilin məhsulu üçün 8 min 64 hektar payızlıq və yazlıq bitkilər əkilmişdir. Təsərrüfatlarda tərəvəz məhsullarının tədarükü davam etdirilir.

Ötən dövrdə heyvandarlıq məhsullarının istehsalında da irəliləyiş baş vermişdir. Diri çəkidə 2952 ton ət, 15006 ton süd və 6,9 milyon ədəd yumurta istehsal edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət 1,6 faiz, süd istehsalı 3,9 faiz, yumurta istehsalı 0,8 faiz artmışdır.

İyulun 1-i vəziyyətinə rayonda iribuynuzlu mal-qaranın sayı 52969 min baş, xırdabuynuzlu mal-qaranın sayı 21495 min baş olmuşdur. İribuynuzlu mal-qaranın sayı 1,4 faiz, xırdabuynuzluların sayı 0,5 faiz artmışdır.

Sahibkarlığın inkişafı nəticəsində rayonda sənayedə istehsalın həcminin 66,8 faizi, aqrar bölmədə 99 faizipullu xidmətlərin 77,4 faizi özəl bölmənin payına düşür.

Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar rayonda kənd təsərrüfatı məhsullarının istehsalçıdan istehlakçıya çatdırılması məqsədi ilə ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi ilə əlaqədar tədbirlər müəyyənləşdirilmişdir.

Bu məqsədlə və əhalinin bayramqabağı ərzaq məhsullarına tələbatının tam təmin edilməsi üçün Novruz Bayramı ilə əlaqədar şəhərin dəmiryol vağzalı ərazisində ərzaq məhsullarının satış yarmarkası keçirilmişdir. Yarmarkada rayonda, ətraf rayonlarda və Bakı şəhərində fəaliyyət göstərən 33-ə yaxın firmanın məhsulları satışa çıxarılmışdır.

Ümumilikdə yarmarkada 450 tona qədər müxtəlif ərzaq məhsulları satılmış, qiymətlər bazar qiymətləri ilə müqayisədə 25-30 faiz aşağı olmuşdur.

Gözəllik ondur, doqquzu dondur

Rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Şəhərin giriş qapısı olan Ürgə-Göyşaban kəndi ərazisində, aeroport yolunda, şəhərin Akademik Zərifə Əliyeva, F.Məmmədov, Ş.Axundov, P.Təhməzov, Koroğlu küçələrində və Həzi Aslanov xiyabanında müasir hasarlar tikilərək ağ laylarla üzlənmiş, səkilərə tamet və boridürlər düzülmüş, müasir küçə işıqlandırıcıları quraşdırılmışdır.

 

(ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

 

Ədalət. - 2014.-  12 sentyabr.- S. 3.