"MASALLININ
SÖZ ÇƏLƏNGİ""
Azərbaycanın cənub bölgəsində bir rayon - Masallı təkcə öz təbii sərvətləri ilə deyil, yurdumuza bəxş etdiyi söz, sənət adamları ilə də tanınır. "Masallının söz çələngi" toplusu da məhz bu rayonda doğulan, istər orada yaşayan, istərsə də Bakıda, qaynar ədəbi mühitdə fəaliyyət göstərən şairlərin, nasirlərin, publisistlərin yaradıcılığından seçmə nümunələri əks etdirir (tərtibçisi Allahverdi Bayrami, redaktoru Rafiq Məmməd, rəyçisi Arif Fərzəli).
Topluda 106 müəllifin yazıları təqdim edilir.
Əlbəttə, bu toplunu qətiyyən bir əyalət yazarlarının "hesabatı" kimi qəbul etmək yanlışlıq olardı. Ümumən, belə bir fikir söyləmək olar ki, indi Azərbaycanın hər bir rayonunda ədəbi həyat, sözə, sənətə tükənməz həvəs qətiyyən səngiməmişdir. Azərbaycanın əksər söz ustadları məhz rayonlardan, kəndlərdən çıxıb və Bakıda böyük ədəbiyyat aləminə qovuşublar. O cümlədən, Gülhüseyn Hüseynoğlu, Azad Talışoğlu, Məmməd Kazım, Elmira Axundova, Vaqif Yusifli, Rahid Ulusel, Zeydulla Ağayev, Tahir Qurban, Kəramət, Fərahim Sadıqov, Böyükxan Pərviz, Rəsmiyyə Sabir, Füzuli Bayat, İmamverdi Həmidov, Musa Nquluzadə, Əlişirin Şükürlü, Loğman Rəşidzadə, Ağəddin Mansurzadə, Fəxrəddin Ziya, Mirəziz Seyidzadə, Arif Fərzəli, Cavanşir Yusifli, Tofiq Hüseyn, Süleyman Əlisa, Süleyman İsmayıl, Zakir Abbas kimi şairlər, nasirlər, publisistlər və tənqidçi-ədəbiyyatşünaslar Masallıda dünyaya göz açmışlar və qətiyyən səhv etmərik, deyək ki, onların əksəriyyəti sizə yaxşı tanışdır. Bəziləri artıq bu dünyada yoxdular (Allah onlara rəhmət eləsin!), bəziləri isə yazırlar, yaradırlar, ədəbiyyatımızın inkişafında hərə öz xidmətini göstərir. Təbii ki, 106 müəllifin hər birinin yazıları barədə söz açmaq qeyri-mümkündür, amma qısaca xatırlamalar olacaq.
O topluda adicə şeir həvəskarları da var, professionallar da. Kimlər ki, sadəcə
həvəskardırlar, sözləri
düzüb qafiyələndirməkdən
başqa bacarığı
yoxdu, onlar sonradan bu çətin,
məşəqqətli yoldan
çəkinəcəklər. Kimlər ki, sözbəsöz, misrabəmisra artırlar...
onlar ŞAİRdirlər.
İlk növbədə, aramızdan
vaxtsız getmiş Tahir Qurbanı xatırlayıram. Altmışıncı illərdə, rayon "Çağırış"
qəzetində bir ədəbiyyat dərnəyi
vardı. Tahir də
o dərnəyə gəlirdi
və oxuduğu şeirləri ilə hamını heyrətdə
qoyurdu. Çox keçmədi onun
"Ulduz" jurnalında
şeirləri çap
olundu və bu şeirlər ədəbi aləmdə səs-səda doğurdu.
Amma Tahir Qurbanın imzası bundan sonra mətbuatda görünmədi. Böyük bir
istedad meydandan tez də çəkildi.
Bu da izahı mümkün olmayan bir sirdi..
Əvəz Nəbioğlu da
parlaq şair gələcəyi vəd edirdi, "Azərbaycan"
jurnalında bir neçə şeiri çap olunandan sonra o da şeirin
daşını atdı.
Həmin ədəbiyyat
dərnəyinə gəlib-getmələrindən
asılı olmayaraq Novruz Xoşbəxt, Şulduz Tarıverdiyev
(Allah hər ikisinə
rəhmət eləsin!),
Rəsul Rzayev, Qulu Vəcioğlu, Tofiq İlham (o da vəfat edib),
Dadaş Bəxtiyar, Xanəli Ağayev, Əli Səmədov, Adəm Seyfullayev, Məmmədağa Məmmədov
da o illərin Masallı yazarlarıydı.
Onların həmin illərdə
rayon qəzetində çıxışlarını
tez-tez izləyirdim.
Bəzilərinin yazıları çox
çətinliklə olsa
da, mərkəzi mətbuatda (Bakıda) işıq üzü görürdü. Yetmişinci
illərdə də bu proses davam
elədi. Yeni imzalar gördüm: Qəni Bəxtəvər,
Rafiq Məmmədli, Nurməmməd Ağa, Süleyman Əlisa, Arif Fərzəli, Qardaş Əlişoğlu,
Camal Lələzuə,
Həsənağa Əliyev,
Əlixas və s.
Əlbəttə, "Çağıırış"
qəzetinin Masallı
ədəbi mühitinin
yaranmasında rolunu heç cür dana bilmərik
və həyatdan nakam getmiş, gözəl şair Vaqif Hüseynova (O, Masallıya Lənkərandan
gəlmişdi) "qəbri
nurla dolsun" deyirik. Vaqif Hüseynov gözəl
şair idi, onun yaradıcılığı
ayrıca bir söhbətin mövzusudur.
Bir tənqidçi-ədəbiyyatşünas kimi, çoxillik fəaliyyətim boyu mən Masallı ədəbi mühitilə
həmişə ünsiyyətdə
olmuşam. Keçən əsrin 90-cı illərində Masallıda
Məmməd Kazımın
redaktorluğu ilə
"Qala" qəzeti
çap olunurdu.
Məmməd Kazım
artıq səksən
yaşındadır, bu
il onun
yubileyi ədəbi ictimaiyyət tərəfindən
layiqincə qeyd olundu. Həmin qəzetdə Vaqif
və Cavanşir Yusifli qardaşları tez-tez öz yazıları ilə çıxış edir,
Bakıda yaşayan tanınmış sənət
adamları ilə müsahibələrini dərc
edilmək üçün
qəzetə göndərir,
həmçinin Masallıdan
olmayan yazarların da yazılarını
"Qala"ya ünvanlayırdılar.
Sözün açığı, "Qala" o illərdə respublika səviyyəli bir mətbuat orqanına çevrilmişdi.
Heyf ki, qəzetin maliyyə imkanları tükəndi və sonra nəşri dayandı.
Bu almanaxda
çap olunan müəlliflərin bir çoxu artıq müasir Azərbaycan ədəbiyyatında tanınmış
simalardır. Hər dəfə onların
yazılarını (şeir,
hekayə və publisistik yazılarını)
ən mötəbər
saydığım qəzet
və jurnallarda oxuyanda içimdə bir qürur hissi duyuram. Kəramətin, Arif Fərzəlinin, Fikrət
Əsədin, Fəxrəddin
Ziyanın, Əlişirin
Şükürlünün, Rəsmiyyə Sabirin müasir Azərbaycan poeziyasında özünəməxsus
dəst-xətləri var. Arif
Fərzəli rayonda yaşasa da, "Azərbaycan" və
"Ulduz" jurnallarında
tez-tez şeirləri çap olunur, indi xəstədir və Allahdan ona şəfa diləyirəm. Kəramət isə "Ədəbiyyat
naminə" aylıq
ədəbiyyat qəzetinin
təsisçisi və
baş redaktorudur.
Şeirləri müasir poetik
təfəkkürün ən
gözəl nümunələrini
əks etdirir. Budur, onun Qədir
Rüstəmova həsr
etdiyi bir şeir: "Keçmişdən
gələn səs".
Çənəmizdə sağ
əlimiz bənövşə,
Əlində qaval yerinə
Ay tutmuşdun...
Dünya yaşıdı
dağlara
ağız tutub qışqırsam,
necə ki, səsim
dünyanın dibinə dəyib
qayıdan
qərib bir qocaya dönəcək, necə
sənin səsin də eləcə...
Rəsmiyyə Sabirin şeirləri də artıq ədəbi tənqidin diqqətini cəlb edib. Mənim istedadlı bir
tənqidçi kimi tanıdığım Nərgiz
Cabbarlı Rəsmiyyənin
şeirləri barədə
təqdiredici bir məqalə yazıb və bu məni
sevindirməyə bilməz.
Onun ilk kitabına ön sözü isə Xalq Şairi Sabir Rüstəmxanlı yazıb. Onun ilhamı Azərbaycan
şeirin həm sərbəstində, həm
də hecasında eyni dərəcədə
uğurlu nümunələr
yarada bilir.
Xəyal dünyası
qururam,
Tikdiyimi sökür fələk.
Yürüyürəm yavaş-yavaş,
Ayağımdan çəkir fələk.
Dərdə tuş olandan bəri,
Bir sümüyəm,
bir də dəri,
Yediyim qəmi-kədəri,
Gözlərimdən tökür fələk.
Mən nə saydım, o nə sayır,
Gəl ağı
qaradan ayır,
Üstümdən dərdi
atmayır,
Ürəyimə çökür
fələk.
Yer üzündə
haqq gəzirəm,
Hər əmrinə
müntəzirəm,
Onun sirrini çözürəm,
Açdığımı bükür fələk.
Azərbaycan poeziyasında onlarla "fələk" rədifli
şeirlər var, amma Rəsmiyənin şeiri də seçilir. Deyim ki, Rəsmiyənin
şeirlərində dilimizin
saflığı, zərifliyi
də qorunur, bu şeirlərdə kələkötür, naşamvar
misralara, bəndlərə
rast gəlməzsən.
Mən Əlişirin
Şükürlünün və Fəxrəddin Ziyanın şeirləri barədə də xoş sözlər deyə bilərəm və demişəm də... Əlişirin sərbəstdə, Fəxrəddin isə hecada özlərini çox sərbəst hiss
edirlər. Amma şeirin hansı vəzndə yazılmasının
bir elə əhəmiyyəti yoxdur,
təki ortada ürəklə ağılın
vəhdətindən yaranan
gözəl şeirlər
olsun..
Əlbəttə, bir balaca yazıda
"Masallının söz
çələngi"ndə yazıları təqdim olunan müəlliflərin
hamısından söz
açmaq, onların şeirlərini, hekayələrini
təhlil eləmək
mümkün deyil. Amma masallılılar içində
ilk "Divan" müəllifi Hacı Mirəziz Seyidzadənin, Əməkdər
jurnalistlər - Vasif Səmədov və Zakir Abbasın, professor Vaqif Nəsirin, Millət vəkili, tanınmış publisist
Elmira Axundovanın adlarını
çəkməyə bilmərəm.
Allah insanın
alnına nə yazıbsa, odur -deyirlər. İnsan nə vaxt dünyadan köçəcəyini,
gözlərini bu işıqlı dünyaya
qapayacağını bilmir.
Mənim üçün
ən gözlənilməz
bir neçə ölüm var. Görəsən,
istedadının ən
parlaq bir çağında Böyükxan
Pərviz niyə əlli yaşını görmədən dünyasını
dəyişdi Budur, onun bir şeiri:
Dərdim birmi, ikidimi?
Taladı, yedi içimi.
Dünya bir ovuc duz kimi,
Başıma fırlanıb keçdi.
Bəxtim imiş
elə dostum,
Yüz kərə
barışdım, küsdüm,
Sevincin yolunu kəsdim,
Üstümdən dırmanıb keçdi.
Ah çəkib,
haray elədim,
Ömrü eşqə pay
elədim,
Göz yaşımı çay elədim,
Yar gəlib, çırmanıb keçdi.
İstedadlı şair Tofiq Hüseyn Masallıda doğulsa da, Şirvan şəhərində yaşayır və bu gün onun müasir poeziyamızda özünəməxsus fərdi üslubu ilə seçildiyini görürük.
Görürəm, yolumda duman sürünür,
Dumana qaya ol, dağ ol, ürəyim.
Yaşadığın ömür
ürək ömrüdür,
İnfarkt olduğunçün sağ ol, ürəyim.
Sən ürək deyilsən, dürsən, sədəfsən,
Heyif ki, yoruldun bu son pillədə.
Ürəyim, o qədər
aydın hədəfsən,
Səndən yan keçməyib bircə güllə də.
Ruhum yaşamaqçın
ümidlər dilər,
Ürəyim fələyə
erkən can verir.
O xanım
hardasa sevinə bilər,
Bir vaxt atdığı
ox indi qan verir.
Azərbaycan ədəbiyyatının nəsr qolunu da masallılılarsız təsəvvür etmək olmaz. Mən ilk növbədə, yaşı səksəni keçmiş, istedadlı nasirimiz Gülhüseyn Hüseynoğlunun adını çəkmək istəyirəm. Qətiyyətlə demək olar ki, onun mənsur şeirləri, bir sıra hekayələri və povestləri ədəbiyyatımızı qayət zənginləşdirib. Onun ardıcılları sırasında mən Ağəddin Mansurzadənin, Zeydulla Ağayevin, (hər ikisinə Allah rəhmət eləsin!) Nurəddin Ədiloğlunun, Əli Şimşəyin, Aliq Nağıoğlunun, Əhməd Səmədovun adlarını çəkirəm.
Bu kitab haqqında təəssüratlarımı qısaca da olsa, ifadə etdim. Arzum budur ki, heç olmasa, hər 3-4 ildən bir Söz Çələnginin yeni nəşrləri işıq üzü görsun. Kitaba maliyyə dəstəyi göstərən insanlara təşəkkür edirik. Rayon icra hakimiyyətinin başçısının bu sahədə təşəbbüsü isə alqışa layiqdir.
Bu
dünyanı SÖZ yaratdı. "Söz
oldu bu cahanda
cilvələnən ilk gözəl" (Nizami Gəncəvi). Dünyada
da SÖZ QALACAQ.
Ədalət.
- 2014.- 17 sentyabr.- S. 4.