Dənizin sahilindəki şəhər - Lənkəran

 

 (əvvəli ötən sayımızda)

 

Milli Qəhrəman Əsgər Əliyev adına park yenidən qurulmuş, parka daha keyfiyyətli tamet döşənmiş və yeni bordürlər düzülmüş, müasir işıqlandırıcılar quraşdırılmış, dekorativ ağacgül kolları əkilmiş, divarlar layla üzlənmişdir. Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenidən mərmər üzlüklə işlənmişdir.

Ümumilikdə rayon ərazisində küçə, bağparklarda divarlara 13250 kvadrat metr lay vurulmuş, səkilərə 21400 kvadrat metr tamet və 5 min paqonometr bordür düzülmüş, 300-dən artıq yeni işıq dirəkləri quraşdırılmış, iki ədəd çoxmərtəbəli yaşayış binasının ümumilikdə 3500 kvadrat metr dam örtüyü əsaslı təmir edilərək yenidən qurulmuşbir ədəd dördmərtəbəli binanın fasadına müasir üslubda üzlüklər döşənərək rənglənmişdir. Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 15 çoxmərtəbəli yaşayış binasının ikisində bərpa-gücləndirmə işlərinə başlanılmışdır. Hazırda rayon ərazisində abadlıq və quruculuq işləri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirnə 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilərək istifadəyə verilmişdir. Lənkəran şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən "Azəryolservis" ASC tərəfindən ikinci dərəcəli Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 38,4 kilometr hissəsinin 10 kilometri əsaslı təmir olunaraq istifadəyə verilmiş, bu yolun daha 3,5 kilometr hissəsinin təmiri nəzərdə tutulmuşdur.

Cari ilin 6 ayında şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət vəsaiti hesabına şəhərdaxili küçələrdə 25000 kvadrat metr yol əsaslı təmir edilmiş, rayonun Darquba kəndində 2500 kvadrat metr, Boladi kəndində 750 kvadrat metr, Liman şəhərində 4500 kvadrat metr yola asfalt döşənmişdir.

 

Rahat həyat sosial qayğılardan uzaq olmalıdır

 

Lənkəran Elektrik Şəbəkəsi tərəfindən rayonun 4 yaşayış məntəqəsində 4205 metr yeni SİP kabel xətti çəkilmiş, 539 ədəd "SMART" kart tipli sayğac quraşdırılmışdır, ümumilikdə onların sayı 16580 ədəd olmuşdur.

Bundan əlavə rayonun ayrı-ayrı kənd və qəsəbələrində 7 ədəd müxtəlif gücə malik yeni transformatorlar quraşdırılmışdır.

Lənkəran Qaz İstismar Sahəsi 2014-cü ilin birinci yarımilində əhalinin və müəssisələrin təbii qazla təminatı sahəsində bir sıra işlər həyata keçirmişdir. Rayonun Sütəmurdov kənmdində 1000 paqonometr metal boru, 3758 ədəd yeni sayğac və tənzimləyici quraşdırılmışdır. Abonentlərin sayı 3103 nəfər olan 6 ədəd yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 54 yaşayış məntəqəsi mavi yanacaqdan istifadə edir.

Ötən dövrdə Lənkəran Su-Kanal İdarəsi tərəfindən şəhərin içməli su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Dövlət Proqramına əsasən "Hidrolotus" tikinti şirkəti tərəfindən Xanbulan kəndində 1 ədəd su təmizləyici qurğu inşa edilmiş və 10 min kub metr tutumlu su anbarının tikintisi başa çatmaq üzrədir.

İndiyədək Lənkəran şəhərində 18870 paqonometr yeni su xətti çəkilmiş, 2872 ədəd yeni "SMART" kart tipli sayğac quraşdırılmış və 21 kilometr kanalizasiya xətti inşa edilmişdir.

 

Rayonun sənaye göstəriciləri

 

2014-cü ilin birinci yarımilində Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı artan templə davam etmişdir. 6 ay ərzində rayonda ümumi məhsul buraxılışı 3,8 faiz artaraq 144,7 milyon manat təşkil etmişdir. Sənayedə 9,5 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 2,8 fazi artmış və ümumi həcmdə onun xüsusi çəkisi 66,8 faiz təşkil etmişdir.

2014-cü ilin birinci yarımilində sənayedə işləyənlərin orta aylıq əməkhaqqı 6,1 faiz artaraq 251 manata çatmışdır.

Hesabat dövründə sənaye müəssisələrində 37 ton dondurulmuş balıq və balıq məhsulları, 289 ton çörək, 297 ton quru çay, 2878 kub metr kərpic və kərpic bloku, 4400 ton tikinti qumu və çınqıl, 1057 ton südüzlük süd məhsulları, 6,2 ton kərə yağı, 192 ton pendir və kəsmik istehsal edilmişdir. Nəqliyyatda özəl bölmənin inkişafı hesabına sərnişindaşıma 6,3 faiz, yükdaşımalar 4,1 faiz artmışdır.

"Lənkəran-sərnişin" ASC tərəfindən sərnişinlərin rahatlığı üçün 6 ədəd yeni sərnişin avtobusu alınaraq xəttə buraxılmışdır.

Bütün bunlardan görünür ki, Lənkəranda nailiyyətlərin sayı hər gün genişlənməkdədir.

 

Səxavət Məmmədli

 

Ədalət. - 2014.-  13 sentyabr.- S. 4.