NUR YOLU...

 

ELÇİN İSGƏNDƏRZADƏ - 50

 

Bu il sentyabr ayının 16-da 200-dən artıq elmi əsərin, 47 ixtiranın, 14 elmi monoqrafiya və dərs vəsaitinin, 85 bədii kitabın, 125 çevirmə kitabının müəllifi, 300-dək elmi və bədii kitabın redaktoru, alim, şair, naşir, publisist, pedaqoq, ictimai xadim, xeyriyyəçi, rəssam, Avropanın Fəxri Alimi və Əməkdar İxtiraçısı, Avrasiya Mədəniyyət Səfiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru Elçin İsgəndərzadənin 50 yaşı tamam olur...

Elçin İsgəndərzadə bu əlli yaşında - barlı-bəhərli, çoxspektrli, mənalı və dəyərli bir ömürdə bir neçə həyat yaşayıb. Bu ömrün ictimai-siyasi-elmi-bədii-fəlsəfi siqləti olduqca böyük əhəmiyyət kəsb edir...

Elçin İsgəndərzadə hələ uşaq olarkən ona ünvanlanan-sən böyüyəndə kim olacaqsan?- sualına dəqiq və sərrast cavab verib-LOMONOSOV. Elçin bu böyük niyyətin ardınca gedib, yaşadığı hər anın qədrini bilib, onu boş nəsnəyə yönəltməyib, böyük niyyətinin gerçəkləşməsinə fəda edib...

Orta məktəbdə rəssamlığa, seirə, elmə böyük maraq sərgiləyib. Bu sahədə fırçasını, qələmini sınayıb, mürəkkəb düsturların açılışı üzərində baş sındırıb. İlk şeiri 6-ci sinifdə-orta məktəbdə oxuyarkən rayon qəzetində dərc edilib. Doqquzuncu sinifdə Elçin İsgəndərzadə daha bir uğura imza atıb. "Kvant" jurnalında tapşırıq kimi verilən kvant məsələsinin həllinə nail olub. Bu o zaman SSRİ məkanında baş verən çox nadir bir hadisə hesab edilib və gənc fizik jurnalın redaksiya heyəti tərəfindən mükafatlandırılıb...

Uşaq vaxtı Elçin İsgəndərzadənin oyuncaqları bolt - qayka olub. Belə ki, atası Barat dayı o zaman Xankəndində yerləşən "Elektrotexnika" zavodunda mühəndis işləyib. Həm zavoddan evə balaca Elçinə oyuncaq əvəzi müəyyən detallar gətirib, həm də balaca Elçini tez- tez özü ilə zavoda aparıb. Öz işinin sirlərini ustalıqla gələcəyin Lomonosovuna öyrədib. Nəticədə, Elçində mühəndislik peşəsinə böyük maraq oyadıb...

Gələcəyin Lomonosovu orta məktəbi qızıl medadlla bitirib. Bu onun bütün fənləri eyni dərəcədə qavramasına şahidlik edən faktordur. Hər hansı bir instituta girmək Elçin üçün o zaman elə bir problem yarada bilməzdi. Ancaq Elçin atasının və özünün istəyilə orta məktəbi bitirdikdən sonra sənədlərini Politexnik institutuna verib və yüksək balla həmin ali məktəbə qəbul olub. Elçin ali məktəbə hazır mühəndis kimi daxil olub. 1- ci kursun 2- ci semestrindən o, institutun ixtiraçı müəllimlərilə maraqlanıb. Tale onu institutda professor Xanoğlan İmanovla rastlaşdırıb. Daha doğrusu, o, özü Xanoğlan müəllimi axtarıb tapıb. O zaman Xanoğlan İmanov Elçingilə dərs demirdi...

-Sizin yanınıza elmi-tədqiqat aparmaq, alim olmaq, ixtira etmək üçün məktəb keçməyə gəlmişəm-ilk görüşdə Xanoğlan İmanova gələcəyin fenomen ?əxsiyyətinin sözü bu olub. Xanoğlan müəllim eləməyib tənbəllik onu bir xeyli tapşırıqla sınağa çəkib. Gənc istedad sınaqdan uğurla çıxıb. Bundan sonra Elçin dövlət müqviləsi əsasında ali məktəbdə "elmi işə" işə götürülüb. Ali məktəbdə oxuya- oxuya ( 3- cü kursda) Elçin Bakı Məişət Kondinserləri zavodunda nəzəri biliklərini tətbiq edib və yeni usulla "sürüşmə yastıqlarının" materialını tapıb. Həmin ixtiranın o zaman 1,2 milyon rubl səmərəsi olub.

Həmin vaxt Elçin eyni zamanda poeziya sahəsində yeni bir uğura imza atıb. İki seiri böyük ustad Məmməd Arazın uğurlu yolu ilə "Azərbaycan gəncləri" qəzetində dərc edilib. Həmin ildən Elçin intensiv şəkildə öz üzərində işləməyə başlayıb. Bütün SSRİ miqyasında keçirilən elmi konfranslara, simpoziumlara dəvət olunub, böyük aditoriyalarda elmi çıxışlar sərgiləyib, respublikamızı uğurla təmsil edib. Nəticədə, SSRİ miqyasında elmi mühitin havasını ciyərlərinə çəkə bilib. Eyni zamanda dövrü mətbuatda şeirləri intensiv şəkildə çap olunmağa başlayıb...

1996-cı ildə Elçin Azərbaycan Politexnik institutunun mexanika fakültəsini fərqlənmə diplomuyla başa vurub. 3 il sonra - 1989-cu ildə "Maşın və mexanizmlər nəzəriyyəsi" ixtisası üzrə həmin institutun aspiranturasına qəbul olub. 1993- ildə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 2001-ci ildən Elçin texnika elmləri doktorudur və həmin ildən professor adını daşıyır...

Səsdən sözə, sözdən elmə, elmdən rəngə, rəngdən ictimai-siyasi həyata keçidlər etmək, hər sahədə eyni səviyyədə böyük səviyyəni qoruyub saxlamaq hər bəndəyə nəsb olan xoşbəxtlik deyil. Fitrətən böyük yaradılmayan kəslər böyük ola bilməzlər. Bu öz yerində. Bu böyük təkandır. Bu böyük təkanın verdiyi imkanı real həyatda gerçəkliyə çevirmək çox zor bir işdir. Bu insandan böyük iradə, dözüm, səbir, şükranlıq, ardıcıllıq, sistem tələb edir. Elçin İsgəndərzadə bütün bu saydığım və demədiyim bir çox müsbət keyfiyyətləri özündə ehtiva edən böyük şəxsiyyətdir...

Mən nə vaxtsa, 40 yaşından sonra insanın içərisi üzünə hopur, insanın sifəti insanın özü olur demişəm. İçərisi pis olan MƏNin sifəti 40-dan sonra pisləşir, içərisi nurlu olan ŞƏXSin siması nura qərq olur söyləmişəm. Bu gün 50 yaşın astanasında sifəti, siması ilahi nura qərq olan Elçin İsgəndərzadənin gül üzünə baxıram, içimdə güllər açır, boş söz demədiyimin bir daha fərqində oluram...

Hər bir insanın içərisinə doğulduğu gündən, dünyasını dəyişən günədək ilahi və qeyri-ilahi enerji axır. Şüur səviyyəsi yuxarı olan şəxs bu enerjini yuxarı səviyyədə özündə saxlayır, aşağı səviyyəli şüurda bu enerji aşağı səviyyədə ehtiva olunur. Şüurun növləri müxtəlifdir: Elmi, bədii, siyasi, ictimai, fəlsəfi, dini, mifoloji, hüquqi və sairə. Adi adamlarda bu şüurun bir növü inkişaf edir. Saydığım süur növünün hər biri Elçin İsgəndərzadədə qədərindən artıq inkişaf edib. Bu səbəbdən belə bir fenomen formalaşıb...

Elçin İsgəndərzadənin ortaya qoyduğu elmi-bədii kitablar, apardığı içtimai-siyasi işlər, dinamik fəaliyyət elə-belə kitablar, elə-belə işlər, elə-belə fəaliyyət deyil. Bütün bunların mahiyyətini dərk etdikcə, adam onun zəkasının qarşısında heyrətlənməyə bilmir. Demək olar ki, onun beyninin sağ və sol yarım kürəsi eyni səviyyədə inkişaf edib. Bildiyimiz kimi elmi idraka xas olan cəhətlər: analiz və sintez, abstraktlaşdırma və idealizasiya, induksiya, deduksiya və analogiya, modellləşdirmə, müşahidə və eksperiment, həmçinin, nəzəri biliyin digər forma və metodları beynin sol yarımkürəciyində, dünyanın emosional-hissi obrazlı dərk isə beynin sağ yarımkürəciyində baş verən proseslərdir. Elçin İsgəndərzadənin elmi- hüquqi və fəlsəfi-ictimai-bədii şüuru yuxarıda qeyd etdiyim kimi paralel şəkildə, bir-birinə tən səviyyədə inkişaf edib. Buna görə də bir-birindən dəyərli elmi və bədii əsərlər onun qələminin qüdrətindən, qeyri- adiliyindən xəbər verir.

İnsanı insan edən münasibət formasından biri də SEVGİdir. İnsan xarakterinin əsas atributları SEVGİdə cəm olur. SEVGİ duyğusu çoxçalarlıdır. Onun bir növünü fəlsəfi ədəbiyyatda EROTİK sevgi adlandırırlar. Bu sevgi gözəlliyə və güçə, qüdrətə olan sevgidir. Sevginin başqa bir növü xeyrxahlıq və qayğıkeşlikdən ibarətdir. Fəlsəfi ədəbiyyatda onu AQAPE sevgisi adlandırırlar. Həmçinin, qeyd edilən ədəbiyyatda sevginin digər bir növünü KARİTATİV sevgi adlandırırlar. Bu incəlik və zəriflik sevgisidir. Başqa bir növ sevgi də var. Bu sevgiyə STRASTAT sevgisi deyirlər. Bu sevgi hər şeyə yiyələnmək, ona sahib olmaq sevgisidir. Elçin İsgəndərzadə eyni zamanda həm gözəlliyə, gücə, qüdrətə könül verən, həm xeyrxahlıq və qayğıkeşliyi ilə könülləri ələ almağı bacaran, həm incəlik və zəriflik qarşısında incə və zərif davranış sərgiləyən, həm də yiyələndiyi nəsnəyə sahib olan alimdir, şairdir və sairədir...

Neoosfer ideyasının banisi V. İ. Vernardskiyə görə başqa enerji növləri və canlı maddənin biokimyəvi enerjisi ilə yanaşı, insanın yerdə meydana gəlməsi yeni növ enerji yaradıb. Bu enerji insanın psixi fəaliyyəti və zəkası ilə əlaqədardır. Elçin İsgəndərzadə yaradıcılığına nəzər salanda həmin neoosfer enerjisinin keyfiyyət baxımından xeyli saflaşmasının şahidi oluruq...

İdrak prosesi rasional və rasional olmayan əməliyyatlar, irrasional cəhətlər vasitəsilə gerçəkləşir. Nəzərə almalıyıq ki, rasional olmayanla irrasional cəhətlər eyni məzmunlu deyil. Rasional olmayan əməliyyatlar xüsusi biososial qanunauyğunluqlar əsasında beynin müxtəlif sahələrində baş verir. Bu proses insanın iradəsindən və şüurundan asılı olmur. Bu səbəbdən insan düşdüyü müxtəlif situasiyalarda rast gəldiyi, qarşılaşdığı hadisələrdə qeyri- standart qərarlar qəbul edir. Bu proses adətən yaradıcılıq adlandırılr. Böyük filosoflardan bəzisi yaradıçılığı ilahi qabiliyyət, bəzisi dahinin fərqləndirici xüsusiyyəti hesab edib. Freydə görə isə yaradıcılıq dərk edilməyən, təkrar yaradılmayan, qeyri-şüuri baş verən, rasional idrakla bir araya sığışmayan hal kimi dəyərləndirilib...

Yuxarıda deyilənlərin hər birində həqiqətdən bir az pay var. Bütövlükdə həmin prosesin (yaradıcılığın) dəqiq anlayışını vermək qeyri-mümkündür. Bu öz yerində. Ancaq qeyri-şüuri də baş verənləri rasional idrak vasitəsilə dərk etmədən, onu sistemləşdirmədən dahi olmaq olmaz. Dəlilər həmin prosesi şüurda emal edib sistemləşdirə bilmirlər. Bu proses beyinə axan enerjinin çox, onu emal edən şüurun aşağı olması səbəbindən insanı dəliliyə aparıb çıxardır. Yəqin ki, dəliliklə dahilik arasında bir addımlıq məsafə var deyən müdriklər yuxarıda qeyd etdiyim halı nəzərdə tutublar...

Şəxsiyyətinin və yaradıcılığının azman keyfiyyətindən bəlli olan odur ki, Elçin İsgəndərzadə də müxtəlif situasiyalarda müxtəlif hadisələrlə qarşılaşıb, nəticədə idrak prosesində qeyri- şüuri baş verən nəsnələri özbaşına buraxmayıb, daim inkişaf edən və anbaan mükəmməlləşən rasional idrakı ilə onları nizama, sistemə salıb...

Elçin İsgəndərzadə böyük mətləblərin nə olmasından xəbərdar olan şəxsiyyətdir. O, özünü uşaqlıqdan həmin mətləblərin qayəsi əsasında proqramlaşdırıb. Bu səbəbdən Elçin bir alim, filosof, şair- rəssam kimi ən xırda mətləbin içərisində böyük məna axtarıb tapır, müqayisəyə gəlməz nəsnələri müqayisəyə gələn tərəfdən müqayisələndirir, fərqli cəhətlərin oxşar hallarını bir nöqtədə fokslaşdırmağı bacarır...

Elçinin poetik yaradıcılığına nəzər salanda bir-birinin ardınca üstümüzə gələn və bizi qoynuna alan müxtəlif dalğaların şahidi oluruq. Ancaq sonda bu dalğalar bir- birinin içərisində qərq olub azman bir dalğa şəklində bizi özünə valeh edir...

Elçin İsgəndərzadənin 50 yaşına 5-10 gün qalıb. Onun ömür yoluna, gördüyü işlərin çeşidinə, sözdə və işdə gerçəkləşdirdiyi işıqlı əməllərə nəzər saldıqca adamı heyrət bürüyür. Hiss edirsən ki, o, böyük bir akademiyanın işini təkbaşına görüb...

Elçin İsgəndərzadə "Ədəbiyyat" qəzetinin (Azərbaycan), "Müəllim sözü" qəzetinin (Azərbaycan), "Mars" dərgisinin (Azərbaycan), "Alov" dərgisinin (Azərbaycan), "Kümbət altında" dərgisinin (Türkiyə), "Turnalar" dərgisinin (Quzey Kıbrıs), "Kaynak" dərgisinin (Bolqarıstan), " Türkçem" dərgisinin

(Kosova). "Jalın" dərgisinin (Kazaxstan), "Yeni nəşrlər" dərgisininb (Azərbaycan), "Yazıçı" dərgisinin (Azərbaycan), "Kərkük" dərgisinin (İraq), "Doqquz İqlim", İhlamur" dərgisinin (Türkiyə) və digər nəşrlərin İdarə Heyətinin üzvüdür...

Elçin İsgəndərzadə 1994-cü ildə "VEKTOR" Beynəlxalq Elm Mərkəzini təsis edib. 2000-ci ildə " VEKTOR" Beynəlxalq Elm Mərkəzi tərəfindən Xudu Məmmədov adına Beynəlxalq Elm mükafatı və Şahmar Əkbərzadə adına beynəlxalq ədəbiyyat mükafatının əsasını qoyub...

2003-cü ildə Şahmar Əkbərzadə adına benəlxalq Mədəni Əlaqələr Vəqfini, "BAYATI" Beynəlxalq ədəbi-sənət dərgisini, "VEKTOR" Nəşrlər Evini təsis edib. Eyni zamanda hər iki dərginin baş redaktoru seçilib...

Elçin İsgəndərzadə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, eyni zamanda Bolqarıstan Yazarlar Birliyinin, Rumıniya Yazarlar Birliyinin, Kosova Türk Yazarlar Birliyinin, Türkiyə Yazarlar Sendikasının, Rusiya Yazarlar Birliyinin, Ukrayna Milli Yazarlar Birliyinin üzvüdür. Nyu-york Elmlər Akademiyasının, "Qafqaz xalqları" Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Təbiət Elmlər Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Avropa Mədəniyyət Akademiyasının İtaliya Beynəlxalq Elmlər Akademiyasının, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi (akademik) üzvü seçilib...

Elçin İsgəndərzadənin iştirak etdiyi Beynəlxal elmi, bədii, ictimai, siyasi konfransların, tədbirlərin sayı-hesabı yoxdur. Az qala dünyada elə bir ödül yoxdur ki, almasın, elə bir ödül yoxdur ki, onu təsis edib paylamasın...

Elçin İsgəndərzadə həm də səxavətli adamdır. Qazandığı az- maz paranı ehtiyacı olanlara verməkdən zövq alır...

Viktor Hüqo yazırdı ki, pul yaxşı adamların əlində yaxşı, pis adamların əlində isə pis işlərə xərclənir. Elçin İsgəndərzadə təsis etdiyi nəşriyyatda yüzlərlə yazarın kitabını pulsuz çap edib onların işığını cəmiyyətə yayıb, əlində olan kapitalı biznesə, şadlıq saraylarına, bara, kafeyə yatırmayıb...

Elçin İsgəndərzadə bu başından baxanda o başından aydın görünən bir nurlu yoldur. Bu yola qədəm basan adam durulur, içərisi nura qərq olur.

Elçin İsgəndərzadə neçə varsa o, şəkildə görünür. Elçin İsgəndərzadə bir ömürdə yüz həyat yaşayıb.

Bu həyatın hərəsi bir ömrə bərabərdir...

 

Mübariz Məsimoğlu

 

Ədalət. - 2014.-  13 sentyabr.- S. 8.